Milyonların qanı-qadası bahasına alınan intiqam
Yenixeber.org: Mənbələrdən belə aydın olur ki, Sovet dövlətinin banisi “dahi rəhbər”, “millət atası” adlandırılan Vladimir İliç Ulyanov (Lenin) sovetlərin dili ilə desək, ailəliklə “inqilabçı”, əslində isə qisasçı olublar. V.İ.Lenin başda olmaqla ailə Aleksandrın qisasını almaq üçün “səfərbər olub”.
Ailənin 19-cu yüzilliyin sonlarından başladığı bu “səfərbərlik” 20-ci yüzilliyin əvvəllərində Sovet dövlətinin qurulması, çar sülaləsinin gülələnməsi ilə başa çatıb. Təəssüf ki, bu qisas milyonlarla insanın həbsi, sürgünü, gülələnməsi bahasına başa gəlib.
Əvvala hörmətli oxucuma xatırlatmaq istərdim ki, bu məqalədə V.İ.Lenin haqqında yox, onun qisasçı bacı və qardaşları haqqında məlumat vermək istərdim. Çünki “Lenin qardaşının qisasını aldı, yoxsa fəhlə-kəndli “hökuməti” yaratdı?” və “Onu bir daha tanıyaq və yaxud hər yolun yolçusu olan “dahi” sərlövhəli məqalələrimdə onun özü və valideyinləri haqqında geniş məlumat vermişəm.
Əgər arxiv sənədlərinə və yazılan tədqiqat əsərlərinə əsaslansaq, bu ailənin altı övladının hər biri savadlı, bacarıqlı, fitri istedada malik, bir neçə dil bilən, gimnaziya və universitet təhsili alan gənclər olub. Anna, Aleksandr, Vladimir, Olqa, Dmitri və Mariya (anası sonbeşik qızına öz adını qoyub). Hər biri inqilabi (qisasçı) hərəkatda Leninin ən yaxın silahdaşı olub. Xüsusən də Anna, Mariya və Dmitri Leninin qurduğu “Kommunist Partiyasının görkəmli xadimləri” kimi bəşər tarixə düşüblər. Ömürlərinin çoxunu sürgünlərdə, həbslərdə kecirsələr də, inadlarından dönməyiblər. Anaları Mariya Ulyanova da bu işdə övladlarına dəstək olub.
Leninin bacısı Olqa bu qisas əməliyyatında sona kimi ona dəstək ola bilmir. 1890-cı ildə Sankt-Peterburuq Universetinin fizika-riyyaziyyat fakültəsini əla qiymətlərlə başa vuran, alman, fransız, ingilis dillərini mükəmməl bilən Olqa universiteti qutarandan 6 ay sonra ağır xəstəlikdən dünyasını dəyişir.
Bəs bu ailəni qisasa gətirən səbəb nə idi? Ailənin böyük övladı Aleksandır 1883-cü ildə Simbirski gimnaziyasını qızıl medalla qutarıb Sankt-Peterburuq İmperator Universitetinə daxil olur. Ailənin sevinci uzun cəkmir. Universitetdə siyasi işlərdə fəallığı ilə secilən Aleksandır Ulyanov çar III Aleksandra sui-qəsd hazırlanmasında iştirakına görə 1887-ci ilin 1-martında həbs edilir. İki ay 8 gün ən ağır işgəncələrə məruz qalan Aleksandır bir neçə tələbə yoldaşı ilə birlikdə mayın 8-də edam edilir.
Bu ağır faciə Ulyanovlar ailəsində yalnız çar III Aleksandra qarşı yox, bütövlükdə çar ailəsinə, sülaləsinə, dost-tanışına qarşı bağışlanmaz bir nifrət yaradır. Ailə həmin gündən (başda Lenin olmaqla) Aleksandrın qisasını almaq üçün “inqilabı fəaliyyətə” başlayır. Bu zaman Lenin Simbirski gimnaziyasını qızıl medalla qutarıb, yenicə Kazan Universitetinin hüquq fakültəsinə daxil olmuşdu. 1887-ci ilin dekabrında onu inqilabi fəaliyyətinə görə həbs edərək sürgünə göndərirlər. Beləliklə gələcəyin “dahi rəhbər”nin qisas yolu başlayır.
V.İ.Leninə bu yolda ilk qoşulan böyük bacısı Anna olur. Bacıları və qardaşları kimi Anna da universet təhsili alıb. 1886-cı ildə tələbələrin inqilabi hərəkatında yaxından iştirak edən Anna 1898-ci ildə RSDFP üzv olur. 1903-04-cü illər Peterburqda, Kiyevdə, 1907-09-cu illərdə Moskvada inqilabi iş aparıb. Sonralar “Pravda”, “Prosveşşeniye”, “Rabotnisa” redaksiyalarında çalışan Anna Oktyabr inqilabının ən fəal iştirakçısı olub. Anna Leninə, Dmitriyə, Mariyaya nisbətən az həbs və sürgün edilib.
Lenin kimi daha çox həbslərə, sürgünlərə məruz qalan Mariya olub. İlk təhsilini Simbirskidə alan Mariya daha sonra Moskvada lisey, Sankt-Peterbruqda və Parisdə Universitet təhsili alıb və bir neçə dili mükəmməl öyrənib. 1898-ci ildə RSDFP üzv olan Mariya qızğın inqilabi fəaliyyətə başlayır. 1899-cu ildə onu həbs edərək Nijni Novqoroda göndərirlər. Həbsdən yenicə çıxan Mariya 1901-ci ildə sürgün edilir. 1905-ci ildə sürgün həyatını başa vurub Peterbruq qayıdır. 1907-ci ildə yenidən həbs edilən Mariya 1917-ci ilə qədər belə ağır həyat yaşasa da, inadından dönmür. 1917-ci ildə bu həbslərə, sürgünlərə son qoyulur. Mariya “Pravda” qəzetində işə başlayır. Sovetlər qələbə çaldıqdan sonra yalnız təhsil müəssələrində çalışır.
Dmitri də Mariya kimi sovetlərin qələbəsinə kimi ömrünü sürgünlərdə və həbslərdə keçirib. 1874-cü ildə anadan olan Dmitri əvvəl Samara kişi gimnaziyasını, sonra Moskva Universitetinin tibb fakültəsini əla qiymətlərlə başa vurur. İnqilabi fəaliyyətə 1897-ci ildən başlayır. Bir il sonra, 1898-ci ildən 1917-ci ilin sonlarına kimi həbs və sürgün həyatı başlayır. 1903-cü ildə RSDFP üzv olur. 1903-1914-cü illərdə inqilabi fəaliyyətilə yanaşı həkim də işləyir. 1917-ci ildən ailənin digər üzvləri kimi əsasən partiya işləri ilə məşğul olan Dmitri də sonda qardaşı Aleksandrın qisasını almağa nail olur.
Onlar qorxulu, gərgin, faciəli bir həyat yaşasalar da sonda istəklərinə nail oldular, qisaslarını aldılar. Amma çox təəssüf ki, milyonların qanı-qadası bahasına...(AYNA)
Qərənfil Dünyaminqızı