Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

Ukraynada savaşı bitirən sənədin altında “Türkiyə” yazılacaq

5 aydır davam edən müharibədən bəri ilk dəfə tərəflər atəşkəsə doğru çox kövrək addım atdılar; savaşdan əziyyət çəkən xalqları bu bəladan Türkiyə qurtara bilər...

Yenixeber.org: Türkiyənin üç aya yaxındır davam edən diplomatik cəhdləri öz nəticəsini verdi, İstanbulda tarixi “taxıl razılaşması” imzalandı. Türkiyə əslində, bunu BMT-nin iştirakı olmadan da edə bilərdi, amma Kiyevin Qərbdəki məsləhətçiləri Ankaranın və Prezident Ərdoğanın uğur qazana biləcəyindən qarın ağrısına düşdülər. Kiyev gözlənilmədən, Türkiyənin dipllomatik cəhdlərinə BMT-nin də qoşulmasını istədi, Ankara da buna razılaşdı. Çünki Türkiyə yeganə ölkədir ki, Ukrayna böhranında səmimi tərəf kimi iştirak edir. Bu diplomatik səylər əlbəttə ki, Türkiyəyə əlavə xallar da gətirir, ölkənin ciddi krizislərdə diplomatik rolunu artırır. Ərdoğan taxıl anlaşmasının imzalanmasından əvvəl çıxışında da Avropadakı və NATO-dakı tərəfdaşlarından fərqli olaraq, bir daha müharibənin dayandırılmasının zəruriliyindən danışdı, martda imzalanmış razılaşmanın pozulmasından üzüntülərini dilə gətirdi. Əlbəttə, Ərdoğan bir neçə ay əvvəl imzalanmış sənədin bir neçə saat sonra Kiyev tərəfindən niyə qəbul edilmədiyinin(Buça bəhanə idi) əsl səbəblərini də bilir, burada ABŞ və NATO-nun hansı mənfi rol aldığını da həmçinin...Amma Türkiyə yorulmadan bu vacib missiyasını davam etdirir. Şəxsən inanıram ki, bu müharibənin başa çatması barədə tarixə keçəcək sənəddə də “Türkiyə” və “İstanbul”adlarını mütləq görəcəyik...

11144rr.jpg (70 KB)

Bu dəfə imzalanmış razılaşmanın pozulmayacağına ümid var. Əvvəla, ona görə ki, Kiyevin Qərbdəki patronlarının razılığı olmasaydı, Ukrayna Rusiya ilə bir sənədə imza atmasa da, (Rusiya və Ukraynanın müqavilələrdə birgə imzaları yoxdur, tərəflər Türkiyə və BMT ilə ayrı-ayrılıqda razılaşma imzaladılar) bu razılaşmaya gedəcəyi inandırıcı görünmürdü. Prinsipcə, Rusiya Qərblə taxıl oyununda qazanan tərəf kimi görünür. Əvvəl taxıl şantajı ilə dünyanı təhdid etdi, sonra “Ukrayna taxılını və kənd təsərrüfatı mallarını çıxaracaqsa, Rusiyanın da Qara dənizdən öz taxılını və digər məhsullarını daşımaq” şərti qoydu. BMT-nin aclıq təhlükəsi ilə bağlı həyacanlı çağırışları Qərbi(Avropa Birliyini) Rusiyanın şərtləri ilə qismən razılaşmağa məcbur etdi. Bu razılaşma Kiyevə taxılını dünya bazarında satmağa, Moskvaya isə Rusiyanın kənd təsərrüfatı məhsulları və gübrələrinin ixracını məhdudlaşdıran Aİ sanksiyalarını yumşaltmağa imkan verəcək. Formal olaraq Aİ Rusiyadan buğda və gübrə almağı qadağan etməyib. Lakin onların ixracı dolayı sanksiyalarla əngəllənir. İstanbul razılaşması ərəfəsində Aİ-nin “kənd təsərrüfatı məhsulları və ərzaq məhsullarının alınması, idxalı və daşınmasını” təmin etmək üçün Rusiya banklarına qarşı sanksiyalar rejimini yumşaldılacağı açıqlanmışdı.

5566əəzz.jpg (109 KB)

Müqaviləyə(iki ayrı sənəddir) gəlincə, Ukrayna Rusiyanın dənizdən Odessaya hücumundan ehtiyat etdiyi üçün limanları minalardan tam təmizləməmək hüququnu özündə saxlayıb. Bu səbəbdən təhlükəsiz zonalardan beynəlxalq sulara dəhliz çəkiləcək. Rusiya isə öz növbəsində taxıl marşrutunun Ukraynaya xarici silahların tədarükü üçün yeni kanala çevrilə biləcəyindən narahat idi. Nəticədə, BMT və Türkiyə Rusiyanın Odessaya hücum etməyəcəyinə, Ukraynın isə taxıl marşrtundan silah daşımayacağına qarant durdular.

Yükləmə-boşaltma işlərinə nəzarət etmək üçün Rusiya nümayəndələri Ukrayna limanlarında olmayacaq. Rusiya isə öz növbəsində gəmilərə, eləcə də müqavilədə göstərilən limanlara (“Odessa”, “Çernomorsk” və “Yujnı” limanlarına) atəş açmayacağına zəmanət verir - hətta dənizdə bir partlayış belə bütün müqaviləni məhv edə bilər. Razılaşma ilə bağlı bütün məsələlərə isə İstanbulda qurulacaq birgə mərkəz nəzarət edəcək.

ssrrcciihh999.jpg (103 KB)

Taxıl dəhlizinin yaxın iki həftə ərzində işə düşməsi gözlənilir. Bu razılaşmadan sonra Ukrayna və Rusiyanın dünya bazarına nə qədər taxıl çıxara biləcəyi ilə bağlı məlumatlar isə ziddiyyətlidir. Zelenski iddia edir ki, keçən ilki 25 milyon ton taxıl ölkədə qalır. Payızda isə yeni məhsul hesabına bu həcm 75 milyon tona qədər arta bilər. Vladimir Putin isə israr edir ki, Ukraynanın Qara dəniz elevatorlarında cəmi 5 milyon ton taxılı var və bu həcm qlobal böhrana heç bir şəkildə təsir etməyəcək. Putin son olaraq Tehranda bildirib ki, Rusiyanın bu il təxminən 130 milyon ton buğda əldə edəcəyi gözlənilir.

Beləliklə, 5 aydır davam edən müharibədən bəri(bundan əvvəlki İstanbul razılaşması işləmədi) ilk dəfə tərəflər atəşkəsə doğru(ən azı Qara dəniz istiqamətində) çox kövrək addım atdılar. Bu müharibənin bitməsi lazımdır. Dünyanı və müharibədən əziyyət çəkən xalqları bu bəladan qurtara biləcək Türkiyəyə yenə ümid çoxdur... 

Nazim SABİROĞLU


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam