Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

İkigünlük sultanın 38 dəqiqəlik müharibəsi –İngiltərə Zənzibarı bir həmlə ilə məğlub edib

Yenixeber.org: Təxmini statistikaya görə, insanlığın mövcud olduğu dövrdən bu günə qədər planetdə 14500-dən artıq müharibə qeydə alınıb. Bütövlükdə bu müharibələr nəticəsində 3 milyard 500 milyona yaxın insan həyatını itirib, müharibələrin vurduğu zərərin məbləğini isə hesablamaq mümkün olmayıb. Müharibə tarixi qeyri-adi, ağılasığmaz və maraqlı hadisələrlə zəngin olsa da, bütün savaşlar iki əsas faktla yadda qalıb; qaliblər və məğlublar.

Müharibələrin davamlılıq müddətləri də fərqli olub, bu siyahıda bir neçə günlük müharibədən tutmuş 100 illik müharibəyə qədər rast gəlmək olar. Hətta müddətinə görə Ginnesin rekordalar kitabına düşən müharibə də olub – cəmi 38 dəqiqə davam edən savaş. 1896-cı ilin avqustun 27-də İngiltərə ilə Zənzibar sultanlığının arasında başlanan müharibə məhz 38 dəqiqə davam edib və tarixə ən qısamüddətli müharibə kimi düşüb.

Bu savaş Zənzibar adasında baş versə də, müharibənin kökü Almaniya ilə İngiltərə arasında şərqi Afrika uğrunda gedən mübarizədən qaynaqlanıb. Belə ki, uzun mübarizələrdən sonra 1890-cı ildə ada ingilislərin nəzarətinə götürülüb və Zənzibar sultanlığı Britaniya hökuməti tərəfindən idarə olunub.

25 avqust 1896-cı ildə Zənzibar sultanı Həmad ibn Tuvai müəmmalı şəkildə vəfat etdikdən sonra onun əmisi oğlu Xalid ibn Bərqaş almanların dəstəyi ilə özünü sultan elan edib. Bəzi mənbələrə görə, Tuvai Bərqaşın sifarişi ilə öldürülüb. Münaqişə də Xalid ibn Bərqaşın Zənzibar sultanlığına yeni hökmdar seçilməsi ilə başlanıb. O, hökmdarlığının ilk günündən Böyük Britaniya ilə əməkdaşığı dayandırmaq və Almaniya ilə daha yaxın münasibətlər qurmaq qərarı verib və bunu açıq şəkildə bəyan etməkdən çəkinməyib. İngilisləri qane etməyən bu qərar müharibənin başlanmasına səbəb olub.

Britaniyalılar Zənzibar sultanlığına avqustun 27-i saat 9-a qədər təslim olmaqları ilə bağlı ultimatum göndəriblər. Lakin Xalid ibn Bərqaş bu ultimatuma məhəl qoymayıb. Sultan almanların dəstəyinə arxayın olub. Ancaq ingilislərin qətiyyəti və ləngimədən hərbi əməliyyata başlaması Bərqaşın “arxayınlıq” planını alt-üst edib.

260px-Bundesarchiv_Bild_105-DOA0295,_Deutsch-Ostafrika,_Sultan.jpg (36 KB)

Həmin dövrdə sultanlığın 2800 nəfərdən ibarət ordusu, cəmi bir topu və bir hərbi gəmisi olub. Hərbi qüvvələrin qeyri-bərabər olduğu şəraitdə, təbii ki, ingilislər sultanlığı çox asanlıqla məğlubiyyətə uğradıb. Britaniya tərəfindən bu müharibəyə 900 dəniz piyadası və toplarla təchiz edilimiş üç hərbi gəmi cəlb edilib. Səhər saat 9.00-da başlayan müharibə saat 9.38-də yekunlaşıb. Dəqiqələr ərzində Zənzibar sultanlığının yeganə hərbi gəmisi aldığı zərbələrdən batmağa başlayıb. Bu qısa müharibədə Zənzibar ordusu 570 nəfər döyüşçüsünü itirib. İngilislərdən isə cəmi bir döyüşçü yüngül bədən xəsarəti alıb. Britaniya qoşunları 38 dəqiqəlik müharibədə heç bir silah itkisinə də məruz qalmayıblar.
Sözsüz ki, güclü ordusu, iqtisadiyyatı və düşünülmüş siyasəti olmayan Zənzibar sultanlığı üçün bu məğlubiyyət labüd sayılıb.

320px-AZW_title.jpg (112 KB)

 

Bərqaşın ordusu ingilislər tərəfindən darmadağın edildikdən sonra o, ələ keçməmək üçün Almaniya konsulluğunda gizlənib. Britaniya qoşunlarının komandanı Harri Rouson öz döyüşçülərinə Bərqaşın axtarılması barədə əmr verib. İngilislər sultanın Almaniya konsulluğunda gizləndiyini ehtimal etdiklərindən konsulluq binası mühasirədə saxlanılıb.

Almanlar Bərqaşın konsulluq binasından çıxarılması üçün xüsusi əməliyyat hazırlayıblar. Amma bu əməliyyat silahlı toqquşma ilə ilə müşayiət olunmayıb. Bərqaş ada sahilinə yan alan Almaniya gəmisinə yük qutularında keçirilib və ingilislər bundan xəbər tutmayıblar.

1525461490_glasgow.jpg.pagespeed.ce.KwQOBhqrRM.jpg (52 KB)

Bərqaş Almaniyanın şərqi Afrikadakı koloniyasında məskunlaşıb. İki günlük sultanın həyatı təhlükə və qorxu altında davam edib. O, Britaniya tərəfindən hər an tutulacağından ehtiyat edib və sabiq sultan öz düşüncə və şübhələrində yanılmayıb.

I dünya müharibəsi zamanı Britaniya qoşunları Almaniyanın şərqi Afrikadakı koloniyalarnı işğal edən zaman Bərqaş özünü xilas edə bilməyib, qaçmağa macal tapmayıb. O, 1916-cı ildə ingilis qoşunları tərəfindən çox asanlıqla əsir götürülüb.

AngloZanzibarWar.jpg (158 KB)

Bərqaş əsir kimi şərqi Afrikadakı ada dövləti olan Seyşeldə saxlanılıb. I dünya müharibəsindən sonra isə onu azadlığa buraxıblar. O, ömrünün sonuna, 1927-ci ilə qədər Keniyanın Mombasa şəhərində yaşayıb və 53 yaşında vəfat edib.

Beləliklə, iki günün sultanı olan Xalid ibn Bərqaş tarixə dünyanın ən qısamüddətli müharibəsinin müəlliflərindən biri kimi düşüb.

İlham Cəmiloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam