Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

RUS "SÜLHMƏRAMLILARI" BÜTÜN QIRMIZI XƏTLƏRİ KEÇİR -Və ya Azərbaycan maşınları öz ərazimizdə hansı haqla yoxlamaya məruz qoyulur?

“Tutaq ki, lap maşında tank, top, silah… atom bombası aparılır, axı bu yük başqa ölkənin deyil, öz ərazimizdə daşınan öz yükümüzdür...”

Yenixeber.org: Azərbaycana məxsus yük maşınlarının rus sülhməramlı kontingenti ilə yanaşı Qarabağda separatçıların “polis” uniforması geyinmiş şəxslər tərəfindən də yoxlanılması ciddi narazılıq doğurub.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin (MN) yaydığı videoda yoxlandığı görünən yük maşınının məxsus olduğu “Qarabağ” yükdaşıma şirkətinin rəhbəri Şövqi Həsənov “BBC News Azərbaycanca”ya müsahibəsində faktı təsdiqləyib: “Maşını Suqovuşandan Kəlbəcərə və əksinə istiqamətdə özüm idarə etdim. Suqovuşanı keçdikdən sonra orada ermənilərin də postu var. Ruslar bizə yaxınlaşıb dedi ki, onları maşının kabininə baxmağa qoymayın, amma yük yerini açın, baxsınlar”.

Humanitar yüklərin daşınmasını həyata keçirdiklərini deyən Şövqi Həsənov Qarabağdakı “erməni polislərin” maşınların yük yerinə baxdığını deyib. O, qeyd edib ki, ənənəvi olaraq gedib-gəldikləri Murov yolu qarla örtüldüyünə görə bu yoldan istifadə ediblər.

Daha əvvəl Şuşaya da yük apardığını bildirən Şövqi Həsənov qeyd edir ki, Xankəndi yolu ilə gedib-gəldiyi zaman rus postları ilə yanaşı, müxtəlif erməni postlarından da keçirdilər.

Şirkət rəhbəri vurğulayıb ki, Xankəndidən keçməklə Şuşaya getdikləri zaman heç vaxt “erməni polislər” maşınlara baxış keçirməyiblər: “Amma bu Kəlbəcər yolunda, nə məsələdirsə, maşına baxış keçirirlər. Mən orda ruslara dedim ki, bəs niyə bunlara icazə verirsən maşına baxsın? Erməninin nə maddi marağındadır ki, biz nə aparırıq, nə gətiririk? Dedi, yuxarıdan tapşırıq belədir ki, yük yerlərinə onlar da baxmalıdır. Gedəndə də açdırıb baxdılar, gələndə də. “Sürücülər mənə dedilər ki, son 1-2 aydır ermənilər də Azərbaycan maşınlarına baxış keçirir”.

 

 

Qeyd edək ki, ümumiyyətlə Azərbaycana məxsus avtomaşınların yoxlanması ilə bağlı 10 noyabr bəyanatında və daha sonra qəbul edilmiş razılaşmalarda hər hansı maddə yoxdur. Çünki Azərbaycanın öz ərazilərində bir nöqtədən başqa nöqtəyə hərəkət edən maşının başqa ölkənin hərbi qulluqçusu tərəfindən yoxlamaya məruz qalması absurddur. Sülhməramlılar bununla kifayətlənməyib separatçı qondarma rejimin “polislərini” də araşdırmaya cəlb etməsi artıq bütün qırmızı xətlərin keçilməsidir.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl isə hesab edir ki, adekvat nəzarət proseduru Laçın dəhlizində də yaradılmalıdır: “Rusiya silahlı qüvvələri Qarabağ ərazisində yerləşdikdən sonra nəzarət etdiyi ərazilərə Azərbaycan dövlətinin təsirlərini tədricən azaltmaq və perspektivdə tam sıradan çıxarmaq siyasəti aparır. Azərbaycan-Ermənistan münasibətlərindəki problemləri Qarabağ məsələsindən kənar tutmaqla, problemlərin həllini nəqliyyat infrastrukturundakı maneələrin aradan qaldırılmasına, sərhədlərin müəyyənləşməsinə yönəldərək, nəzarətində olduğu ərazidə bütün səlahiyyətlərin Rusiyaya aid olduğunu nümayiş etdirir. Və bu müddətdə Azərbaycanın daha çox təcrid olunması üçün, məhdud olsa da, Ermənistanın imkanlarından yararlanmağa çalışır”.

 

 

Ekspertin sözlərinə görə, 44 günlük müharibə başa çatandan sonra Rusiya telekanallarında Kreml sözçülərinin “Qarabağ 50 illiyinə Rusiyaya verilsin” təkliflərini yarı qəzəb, yarı gülüşlə qarşılasaq da, Moskvanın Qarabağda sənədləşməmiş belə bir siyasət apardığı açıq hiss olunur və artan xətt üzrə davam etdiyini görməmək mümkün deyil:

“Birincisi, Azərbaycanın bu ərazi haqqında rəsmi söz demək hüququndan tutmuş, elementar müdaxilə hüququna qədər imkanları məhdudlaşdırılıb...

İkincisi, Qarabağı ruslaşdırmaq siyasəti açıq şəkildə aparılır. İlk dəfə rus dilinin rəsmi dil kimi qəbul etdirilməsi, Xocalıda (!) rus pravoslav kilsəsinin tikilməsi, Rusiya ictimai xadimlərinin büstlərinin qoyulması, süni şəkildə, heç bir təbii əsası olmayan “Qarabağ rus icması”nın yaradılması və ona rəhbərlik etmək üçün xüsusi xidmət orqanının akademiyasını bitirmiş, rus soyadlı Bakı ermənisi Aleksandr Bordovun Xankəndinə ezam edilməsi, Rusiya Dövlət Dumasının üzvü Milonovun Xankəndinə səfəri və sairə humanitar aksiyalar altında Rusiya təbliğatının aparılması qeyd etdiklərimizin təsdiqidir”.

İ.İsmayıl əlavə edir ki, Rusiya Müdafiə Nazirliyinin internet səhifəsində yayılan bir məlumatın məzmununa diqqət edilsə, qarşıya hansı planların qoyulduğu hər kəs üçün aydın olar: “Xəbərdə deyilir: “Dağlıq Qarabağda rus dilinin və rus mədəniyyətinin dəstəklənməsi və möhkəmləndirilməsi çərçivəsində Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları Stepanakert Dram Teatrında olublar”. Bu, sadəcə mədəni tədbir haqqında xəbər deyil, “Dağlıq Qarabağda (!? – red.) rus dilinin və rus mədəniyyətinin möhkəmləndirilməsi”nin bir strateji hədəf olduğunu hamıya göstərməkdir”.

Onun sözlərinə görə, bizim ərazimizdə bizi o qədər təsirsiz həddə çatdırıblar ki, hətta Suqovuşandan Vəng istiqamətində Kəlbəcərə gedən Azərbaycanın yük maşınlarına təkcə sülhməramlılar deyil, separatçı rejimin polis işçisi də sözün birbaşa mənasında burnunu soxur: “Sanki belə də olmalı imiş . Rusiya sülhməramlılarının vəzifəsi yük maşınlarının təhlükəsizliyini təmin etmək məqsədilə onu müşayiət etməkdir, maşında aparılan yükün nə olduğunu yoxlamaq deyil. Tutaq ki, lap maşında tank, top, silah… atom bombası aparılır, axı bu yük başqa ölkənin deyil, öz ərazimizdə daşınan öz yükümüzdür. Necə olur ki, Ermənistandan və digər ölkələrdən Azərbaycana keçən yük və minik maşınları, insanlar Laçın dəhlizində bizim iştirakımız olmadan səthi yoxlanılıb ərazimizə buraxılır, amma bizim öz ərazimizdə öz yükümüzü həm Rusiyanın, həm də Araik Arutunyanın polisi yoxlayır. Yoxlayanlar nəyi axtarırdılar və qanunsuz olan nədir ki, onu axtarırlar? Biz öz ərazimizdə istədiyimiz yükü daşıya bilərik, Rusiya sülhməramlılarının vəzifəsi o yükün təhlükəsiz daşınmasını təmin etməkdir, vəssalam!”

İlham İsmayıl təəssüflə qeyd edir ki, Rusiya Müdafiə Nazirliyinin Suqovuşanda baş verən bu biabırçı yoxlamadan yaydığı videoda görünənlərə Azərbaycanın rəsmi reaksiyasının necə olduğunu bilmirik. O, əlavə edir ki, bu situasiya sıravi hal deyil və sadəcə komandan Volkova irad bildirməklə kifayətlənmək olmaz.

“Adekvat nəzarət prosedurunun – Azərbaycanın rəsmi sərhəd, gömrük, təhlükəsiz qüvvələrinin Laçın dəhlizindəki buraxılış məntəqəsində iştirakı məsələsi dövlətin iradəsi ilə reallaşdırılmalı, ən azı, Rusiya tərəfi qarşısında qaldırılmalıdır”, – təhlükəsizlik eksperti vurğulayıb.“Azpolitika”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam