Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Rusiya sülhməramlıları erməniləri yenə -Kəlbəcərə APARDI

Rusiya sülhməramlıları erməniləri yenə Kəlbəcərə APARDI

“Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir”.

Yenixeber.org: Bu barədə Rusiya Müdafiə Nazirliyinin Dağlıq Qarabağ münaqişəsi zonasındakı Rusiya sülhməramlı kontingentinin fəaliyyəti barədə məlumatında bildirilir.

“İyirmi yeddi müşahidə məntəqəsində Rusiya sülhməramlıları vəziyyəti gecə-gündüz izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər.

Atəşkəs bütün təmas xəttində müşahidə olunur.

Rus sülhməramlıları vətəndaşların təhlükəsiz hərəkətini və mülki infrastrukturun bərpasını təmin edir və əhaliyə humanitar yardım göstərir” – açıqlamada deyilir.

Qeyd olunub ki, Humanitar Minalardan Təmizləmə Mərkəzinin minalardan təmizləmə qrupları Dağlıq Qarabağ ərazilərinin minalardan təmizlənməsi üzrə işlərini davam etdirirlər. Ümumilikdə, 23 noyabr 2020-ci ildən bəri, 1739 hektar ərazi, 541 km yol, 30 sosial əhəmiyyətli obyekt daxil olmaqla 1616 yaşayış binası partlamamış hərbi sursatlardan təmizlənib, 25 349 partlayıcı maddə aşkar edilərək zərərsizləşdirilib.

Məlumata görə, martın 22-də Rusiya sülhməramlı kontingenti “Rusiya Humanitar Missiyası”nın 144 ton humanitar yükünün Erebuni – Xankəndi marşrutu üzrə daşınmasını təmin edib. Həmçinin bildirilib ki, sülhməramlılar erməni zəvvarları Kəlbəcərin Vəng kəndindəki Xudavəng monastırına ziyarətə də aparıblar:

“Rus sülhməramlıları Xankəndidən Xudavəng monastırına və oradan geri dönən on zəvvarı müşayiət edib”, – deyə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Sonda qeyd olunub ki, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında baş verə biləcək hadisələrin qarşısını almaq üçün səyləri əlaqələndirmək üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır.  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam