Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Putini Qazaxıstandan kim çıxardı? -Qərb və Çinin Orta Asiyadakı ortaq maraqları... 

Yenixeber.org: Rusiya prezidenti Vladimir Putinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), əslində Rusiya, qoşunlarının Qazaxıstandan çıxmasına dair öz ölkəsinin müdafiə nazirindən məruzə qəbul etməsi maraqlı idi. Əlbəttə, onun mimikası, bədən dili mesajları çox önəmli idi. Putin, istəmədiyi nəqarətə uzun zamandır qulaq asmaq məcburiyyətində qalmış adamı xatırladırdı. Amma bu lazım idi. Bəli, biz Rusiya, məhz Rusiya ordusunun Qazaxıstanı tərk etməsinə “gələcəkdən keçmişə” rakursundan baxacağıq.  Hamı bilir ki, KTMT-də komandanlıq indi Ermənistanda idi. Paşinyan  təşkilata rotasiya yolu ilə bundan öncə rəhbərlik etmiş generalı həbs edib. İndi də başqa bir Ermənistan zabiti KTMT-nin rəhbərdir. Amma “evə qayıtmaq” əmrini Putin verir. Məruzəni də təbii ki, Sergey Şoyqu edir. Bu məqam orada hansısa beynəlxalq sülhyaratma missiyasından söhbət getmədiyini açıq ortaya qoyur ki, zatən buna şübhə edən də yox idi.  Ancaq əsas sual bu deyil. Bəs nədir hər kəsi düşündürən mətləb? 

                               Niyə bu qədər tez?  

Rusiyanın Qazaxıstandan heç vaxt çıxmayacağını deyənlər də var idi, bu “qonaqlığın” bir il sürə biləcəyini təxmin edənlər də. Amma heç kim, iki-üç həftədən sonra Rus qoşunlarının Qazaxıstanı tərk edəcəyini təxmin etmirdi. Proseslərin belə sürətli getməsi, əlbəttə, heyrət doğurmaya bilməz, amma bunun arxasında hansısa daha təsirli amillər dayanmamış deyil. Fikrimizcə, burada üç mühüm amil rol oynadı. 

1.Qazax xalqının uzun müddət süngü ilə idarə olunmasına inamın azlığı və xalqın bu yöndə daha da aqressivləşəcəyindən narahatlıq; 

2.Qərbin bu məsələni boş buraxmayacağı və Rusiyanın arxadan zərbə yeməkdən çəkinməsi; 

3.Çinin Moskvanın “neytral bölgəyə” icazəsiz girməsinə və orada qalmasına razılıq verməməsi; 

Birinci faktor üzrə sübutlar göz önündədir. Xalq tökülən qanlara görə Rusiyanı məsul tutur və ondan hesab sorulmasını tələb edirdi. Üstəlik, istisnasız olaraq hər kəs Rusiyanın gəlişini işğal kimi xarakterizə edirdi. İkinci faktor üzrə aşağıdakı iki bəyanatı xatırlatmaq pis olmazdı:  Almaniyanın ədliyyə naziri Marko Buşman hadisələrin davam etdiyi günlərdə Twitter üzərindən yayımladığı açıqlamada belə yazıb: “Nümayişçiləri öldürmək üçün xəbərdarlıq etmədən atəş açmağa icazə verən hər kəs sivil dövlətlərin sırasını tərk edib”

Bunun ardınca eyni ölkənin Xarici İşlər Nazirliyinin rəsmi açıqlamasında isə deyilir ki, rəsmi Berlin “öldürmək üçün atəş aç” əmri ilə bağlı bütün xəbərləri diqqətlə öyrənəcək. “Qazaxıstan hökuməti və bütün yüksək vəzifəli şəxslər mülki insanların müdafiəsinə cavabdehdirlər”

Sizcə də bu, bölgənin əsas sahiblərindən biri kimi hesab sormaq və ya sorulacaq hesabın anonsunu vermək deyilmi? Bu, Qazaxıstana, yoxsa Rusiyaya edilmiş xəbərdarlıqdır? Ayrı-ayrılıqda Qazaxıstana ünvanlana bilər, amma iki mətni birləşdirəndə Kremli hədəfdən yayındırmaq çətinləşir. Çinə gəlincə, bu ölkə açıq-aşkar Tokayevi siyasi yolla dəstəklədi. Onun hakimiyyətdə qalması üçün ölkədə sosial vəziyyətin yaxşılaşmasına kömək edəcəyini də gizlətmədi. Çin Kommunist partiyasının lideri onu ölkəsinə dəvət etdi. Əslində bu səfər Moskvaya olmalı deyildimi? Əgər Moskva üçün hər şey qaydasındadırsa? Deməli, durum fərqlidir və Kremlin nəinki Ukraynaya girmək, heç Qazaxıstanda qalmaq imkanları belə yoxdur.

Seymur Həzi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam