Redaktor seçimi
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
Günün xəbəri

Qarabağda qalan var…-Azərbaycan qarşısına qoyduğu hədəflərə yetişə bildimi?

 

Başa çatmaqda olan 2021-ci il, gözləntilərə rəğmən, “Qarabağ ili” adlandırılmamışdı, “Nizami ili” elan olunmuşdu. Amma ilin 12 ayında dahi Nizami Gəncəvi ancaq Mədəniyyət Nazirliyinin “quş qoymaq” xətrinə keçirdiyi növbətçi tədbirlərdə anıldı. Hökumətin və bütövlükdə cəmiyyətin gündəmi isə 44 günlük qalibiyyətli müharibənin tam həll edə bilmədiyi Qarabağ problemi idi.

Yenixeber.org: Rusiya sülhməramlılarının bölgədəki qanundankənar davranışları, üçtərəfli görüşlər, təmas xəttində və dövlət sərhədində baş verən hərbi toqquşmalar nəticəsində şəhid olan hərbçilər, 10 noyabr bəyanatının icrası ilə bağlı mübahisələr, nəhayət, işğaldan azad edilən ərazilərdə başlanmış bərpa işləri 2021-ci ilin əsas mənzərəsini təşkil edib.

Müharibədən sonra Azərbaycan dövlətinin qarşısında dayanan strateji vəzifələr hərbi zəfərin diplomatik və siyasi müstəvidə qəbul olunmasına nail olmaq, ölkənin bütün ərazilərində dövlət suverenliyinin bərpasından ibarətdir. Azad edilən ərazilərin minalardan təmizlənməsi, ordunun yeni mövqelərdə möhkəmləndirilməsi, nəqliyyat infrastrukturunun yaradılması, xarici şirkətlərin bərpa prosesinə cəlb edilməsi də əsas vəzifələr sırasına daxildir.

Bu vəzifələrə nə dərəcə nail olunub, hansı uğurlardan və uğursuzluqlardan danışmaq olar, ən əsası, müharibədən ötən bir il Qarabağın işğalda qalan hissəsini bizdən uzaqlaşdırıb, yoxsa suverenliyi bərpa etməyə daha yaxınıq?

Əvvəlcə nailiyyətlərə diqqət yetirək:

Ermənistan üçün nəfəslik olan Gorus-Qafan yolunda dövlət sərhəd nəzarəti bərpa olunub və İranın təzyiqləri neytrallaşdırılıb;

Azad edilmiş bölgələrdə, xüsusən Ermənistanla sərhəddə Azərbaycan ordusunun mövqeləri möhkəmləndirilib, bölgə, eyni zamanda, Rusiyanın müvəqqəti nəzarətində olan ərazilər nəzarətə götürülüb;

Ermənistan silahlı birləşmələri ilə baş verən toqquşmalarda birmənalı hərbi üstünlük nümayiş etdirilib;

Minsk Qrupu münaqişənin həlli prosesindən kənarda saxlanıb, habelə Ermənistanın Qərb tərəfdaşları vasitəsilə əlini gücləndirmək cəhdləri boşa çıxıb. Beynəlxalq güclər sözdə Qarabağın statusundan danışsalar da, real siyasətdə Azərbaycanın qələbəsinin yaratdığı status-kvonu qəbul ediblər;

Qarabağın statusu məsələsi böyük ölçüdə beynəlxalq gündəmdən çıxarılıb, bölgənin Azərbaycanın yurisdiksiyasında qalacağı barədə aydın təsəvvür yaranmağa başlayıb;

Türkiyə ilə hərbi-siyasi əlaqələr dərinləşib, xüsusən ordunun NATO standartları ilə yenidən komplektləşdirilməsi, döyüş qabiliyyətinin artırılması, hərbi arsenalının yeni silahlarla təchiz edilməsi istiqamətində addımlar atılıb;

İşğaldan azad edilən ərazilərdə genişmiqyaslı işlər görülüb, Şuşaya Zəfər yolu çəkilib və şəhərin bərpasına başlanıb, Füzulidə beynəlxalq hava limanı tikilib istifadəyə verilib, habelə digər kommunikasiya xətlərinin əhəmiyyətli hissəsi bərpa edilib. Ağdamın yenidən qurulmasına start verilib və s.

Bu siyahını hökumət üzvləri daha da genişləndirə bilər, amma bunlar artıq detallara varmaqdır. Əsas məsələ cəmiyyətin il boyu doğrulmayan gözləntiləri, artan nigaranlığıdır. 2021-ci ildə elə hadisələr də baş verdi ki, yuxarıda sadalanan nailiyyətlər onun kölgəsində qaldı. Dövlətin strateji piroritetlərini təşkil edən bu məsələlərin həlli hökumətdən iradə, cəsarət tələb edir. Təəssüf ki, cəmiyyət hələ də bu istiqamətdə real addımlar atıldığını görmür. Söhbət nədən gedir:

10 noyabr bəyanatının bəzi maddələrinin yerinə yetirilməməsi başlıca problemdir. Erməni silahlı birləşmələrinin bir neçə minlik hissəsi Xankəndində və ətraf ərazilər qalır;

Laçın dəhlizində dövlət sərhədinə nəzarət yoxdur və oradan həm Rusiya, həm separatçılar, həm də Ermənistan maneəsiz istifadə edir;

Müharibənin bitdiyi gün qoşunların dayandıqları mövqelər tədricən möhkəmləndirilən təmas xəttinə çevrilir və Azərbaycan bu prosesi sadəcə müşahidə edir;

Daxili kommunikasiyalar açılmayıb, Azərbaycan Kəlbəcərə getmək üçün əsasən Daşkəsən istiqamətindən, ilin 6 ayı hava şəraitinə görə bağlı olan yoldan istifadə etməyə məcbur olub. Bu da çoxsaylı qəzalara və insan itkilərinə səbəb olur. Tərtər-Ağdərə-Kəlbəcər yolu sülhməramlıların nəzarətindədir və ancaq həftədə iki dəfə qeyri-hərbi yüklərin daşınmasına icazə var;  

Rusiya nəzarət etdiyi bölgədə separatçılarla birgə “dövlət” quruculuğu ilə məşğuldur, Azərbaycanın cinayətkar elan etdiyi şəxslərlə tərəf kimi ünsiyyət qurur və onların bütün problemlərini həll edir;

Xocalıda, Şuşanın kəndlərində və s. yerlərdə Azərbaycanın icazəsi olmadan tikintilər və məskunlaşma aparır;

Xankəndində Rusiya Federasiyası hakimiyyət orqanlarının nümayəndəlikləri yaradılır, rus icması formalaşdırılır;

Məskunlaşma birtərəfli aparılır, müharibə zamanı qaçan erməni ailələri geri qaytarılır və lazım olan hər şeylə təmin edilir;

Qarabağ ermənilərinin reinteqrasiyası proqramı qəbul edilməyib. Ümumiyyətlə, sülməramlıların 4 ildən sonra bölgəni tərk etməsi üçün vacib olan başqa addımlar atılmır. Bu sıralamanı xeyli uzatmaq olar, amma konkret ifadə etsək, Azərbaycan Qarabağı tam nəzarətə götürmək üçün hüquqi, siyasi addımları ləngidir, yaxud dişsiz mövqe qoyur ki, bu da arzuolunmaz nəticələrə gətirib çıxara bilər.

Dünən Fransa prezidentliyinə namizəd Valeri Pekresin Xankəndinə qanunsuz səfəri və Azərbaycan Xarici İşlər Nazirliyinin hələ də bu fakta reaksiya verməməsi problemin mahiyyətini çılpaqlığı ilə üzə çıxarır. Azərbaycana mane olan nədir, hansı qüvvədir, bu barədə heç bir rəsmi açıqlama yoxdur. Rəsmi Bakı müharibənin başa çatdığını bəyan edir, bu o deməkdir ki, Azərbaycan beynəlxalq hüquqla tanınan sərhədlərinə nəzarət etdir. Amma edə bilirmi? Təəssüf ki, yox. Bu reallıq döyüş meydanında əldə olunan qələbənin siyasi və diplomatik müstəvidə birmənalı qəbul olunmadığını göstərir. Deməli, Azərbaycan strateji məqsədinə hələ də nail olmayıb və burada başlıca səbəb kimi Rusiyanın apardığı basqı siyasətini göstərmək olar. Amma ona qarşı bir dirəniş də olmalıdır və rəsmi Bakı özündə o gücü və cəsarəti tapa bilmir.

Əlbəttə, cəmi 1 il ərzində bütün vəzifələri yerinə yetirmək mümkün deyil, 30 il davam etmiş bu münaqişə bölgədə silinməz yaralar açıb. Onları sarımaq, əvvəlki dinc dövrü qaytarmaq, bölgəni cana gətirmək üçün qarşıda uzun illər var. Amma indi təməllər atılan zamandır, Azərbaycan gərək təməlləri elə atsın ki, sonra onun üzərində gəzəndə büdrəməsin…(pressklub)

Turqut


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam