Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Qarabağda köhnə rus ssenarisi –YENİ TƏHLÜKƏ

                 Sülhməramlıların müvəqqəti nəzarət etdiyi ərazidə rus icması yaradılır

Yenixeber.org: Rusiya Qarabağı postsovet məkanında apardığı ənənəvi siyasətdən kənarda qoymaq niyyətində deyil. Rəsmi Moskva dilucu bölgənin Azərbaycana məxsus olduğunu ifadə etsə də, əslində sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərdə özünə tabe strukturlar formalaşdırmaqda davam edir. Xankəndində “rus icması”nın yaradılması da köhnə ssenarinin bu günlərdə üzə çıxan yeni tərkib hissəsidir.  

Rusdilli caliber.az saytında dərc olunan təhlildə Kremlin bu istiqamətdəki niyyətlərindən bəhs olunur. Qeyd olunur ki, hələ 4-5 ay əvvəldən Moskvadan Federal Təhlükəsizlik Xidmətinin (FTX) Akademiyasının məzunu, erməni kökənli Aleksandr Bordov “rus icması”na sədr göndərilib. Dekabrın 1-dən etibarən Xankəndi və ətrafında slavyan əsilli şəxslərin siyahıya alınmasına başlanıb. Bu iş Rusiya silahlı qüvvələri tərəfindən həyata keçirilir. Ekspertlər Moskvanın bu planını gələcəkdə bölgədə ikinci “Donbas ssenarisi”ni işə salmaq istiqamətində hazırlıqların tərkib hissəsi kimi dəyərləndirirlər. Rusiya bu ssenarini Abxaziya, Cənubi Osetiya, Dnestryanı bölgədə və Ukraynanın şərq vilayətlərində gerçəkləşdirib. Əhalinin bir qisminə rus pasportları paylanıb, daha sonra konflikt zamanı onları qorumaq adı ilə faktiki işğal həyata keçirilib. Bəs Qarabağda necə, bu plan gerçəkləşdirilə bilərmi? 

Siyasi şərhçi Rauf Mirəqdirov bildirib ki, Rusiyanın Dağlıq Qarabağda rus diasporu yaratmasının elə də ciddi perspektivləri olduğunu düşünmür. Onun sözlərinə görə, həmin bölgədə milliyətcə rus əhalinin sayı maksimum yüzlərlə ola bilər. Ekspert hesab edir ki, nə qədər səy göstərilsə də say baxımdan ciddi nəticələr əldə etmək mümkün olmayacaq: 

“Xatırladım ki, Rusiya Abxaziyada, Cənubi Osetiyada, Dnestryanı bölgədə, Donbasda yaşayan əhaliyə rus pasportları paylayıb. Məndə olan məlumata görə, Donbasda yaşayan 2 milyona yaxın əhalinin 300 mini artıq Rusiya pasportu alıb. Belə bir əməliyyatı Qarabağda həyata keçirmək daha asan olacaq. Beləliklə, gələcək perspektivdə Qarabağdakı Rusiya vətəndaşları məsələsi ortaya çıxa bilər. Bu, daha ciddi problemdir”. 

R.Miqədirov bildirir ki, əslində Rusiya vətəndaşlarının hansı millətdən olmasının hüquqi baxımdan Moskva üçün elə də ciddi əhəmiyyəti yoxdur: “Abxaziyada, Cənubi Osetiyada baş verənləri yada salmaq lazımdır: rus qoşunlarının ora yeridilməsinin əsas səbəbi ondan ibarət idi ki, guya Rusiya orada öz vətəndaşlarının təhlükəsizliyini təmin edir. Perspektivdə bu problem ən azı iki səbəbdən bizim üçün də yarana bilər. Birincisi, keçmiş SSRİ vətəndaşlarının Rusiya vətəndaşlığına qəbul edilməsi daha yüngülləşdirilmiş prosedur üzrə həyata keçirilir. Nəticədə, Dağlıq Qarabağda doğulmuş keçmiş SSRİ vətəndaşlarını asanlıqla Rusiya vətəndaşlığını qəbul edə bilərlər. Əslində, bununla bağlı Rusiya qanunvericiliyində heç bir hüquqi əngəl yoxdur”. 

Siyasi şərhçi qeyd edir ki, Azərbaycan rəhbərliyi bu amili ciddi şəkildə nəzərə almalıdır. “Bu gün Azərbaycan- Rusiya münasibətlərində guya dostluq hökm sürür. Amma təəssüf ki, dövlətlərarası münasibətlərdə daimi sabitlik yoxdur. Məsələn, Azərbaycan mətbuatında təxminən bir ay əvvəl dərc olunmuş məqalələrə baxsaq, İranla münasibətlərin az qala müharibə həddinə çatdığını görə bilərdik. Amma indi yenidən İranla dost-qardaş olduğumuzu iddia edirik. Hər halda, hökumət mətbuatından belə nəticə çıxarmaq olur. Gərginlik dövrü arxada qalıb, əməkdaşlıq edirik, o cümlədən enerjidaşıyıcılarının istehsalı, mübadiləsi sahəsində yeni əməkdaşlığa başlayırıq. Yəni demək istədiyim odur ki, dövlətlərarası münasibətlər sabit deyil, onlar tez-tez dəyişirlər. Ona görə də biz bu təhlükənin mövcudluğunu nəzərə almalıyıq və ona qarşı müəyyən addımlar atmaq lazımdır. Ən əsas məsələ problemin mümkün qədər tez həll olunmasıdır”.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl caliber.az-ın məlumatına istinad edərək bildirir ki, 1989-cu il siyahıya alınmasında keçmiş DQMV-də cəmi 1922 rus yaşadığı, onun 800 nəfərini Xocavəndin Kuropatkino kəndində yaşayan molokanlar təşkil etdiyi, qalanlarının da ezam olunmuş partiya-sovet işçiləri olduğu göstərilib: “90-cı illərin əvvəlində həmin kəndin sakinlərinin bir hissəsi Azərbaycanın başqa rayonlarında yaşayan molokanların yanına köçüb, bir hissəsi də Rusiyaya. Faktiki, bu günlərdə Qarabağ sakini sayıla biləcək rusların mövcudluğu barədə heç bir informasiya yoxdu, varsa da bu, erməniyə ərə getmiş rus qadınlar ola bilər ki, onların da sayı 5-10 nəfər ola, olmaya. Və o qadınların içərisindən Qalina Somova deyilən “Rusiya diasporu”nın Qarabağdakı təmsilçisi 44 günlük müharibə başlayanda Rusiya prezidentinə teleqram vurub kömək istəyirmiş. Görəndə ki, qondarma “rus diasporu” işini aparmaq Somovanın bacardığı iş deyil, onu Rusiya xüsusi xidmət orqanlarının akademiyasını bitirmiş hüquqşünas və yazıçı Aleksandr Bordovla əvəz etmək qərarına gəliblər. Əslən erməni olan, Bakıda doğulmuş və Zori Balayanın yaxın dostu “Qarabağın rus icmasına” rəhbərlik etməyə başlayıb”.

Ekspert xatırladır ki, əvvəlcə Xocalıda pravoslav kilsəsi tikilir, sonra rus sərkərdəsi Aleksandr Nevskinin, rus yazıçılarının, ardınca da Ayvazovskinin büstü qoyulur. “Amma bu heykəltəraşlıq nümunələrinin önündə erməni uşağını xilas edən rus əsgərinin heykəli gəlir. Şərqi Almaniyada da buna bənzər bir heykəl qoyulmuşdu, zaman keçdi, indi o əsgərin sərhədi Berlində yox, Rostovdadır. Qarşıdakı düşməni də öz pravoslav qardaşı ukraynalılardır, Ukrayna dövlətidir”, – o vurğulayır. 

İlham İsmayıl deyir ki, indi hədəfdə Azərbaycanın Qarabağ bölgəsidir: “Azərbaycanın qarşısında kilsəsini, heykəllərini, əsgərini, indi də qondarma “Qarabağ rus diasporu”nu yaradan bir dövlət var. Bir separatçı ideoloqun, xüsusi xidmət orqanı akademiyasını bitirmiş hüquqşünasın “diaspor sədri” qoyulmasının perspektivdə bizə nə vəd etdiyini bilmək üçün xüsusi qabiliyyət gərək deyil. Hər şey göz qabağındadır. İşimizi bilib, onu görməliyik. Təklif verməyə ehtiyac yoxdur, işin içində olanlar hardan başlamağı yaxşı bilirlər”.(pressklub)

Turqut 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam