Tramp Putinlə yalnız bu şərtlə görüşə bilər -AÇIQLAMA
ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə yalnız bir şərtlə görüşə bilər.
Yenixeber.org: Bunu ABŞ Dövlət katibi Marko Rubio deyib.
“Ukraynadakı müharibənin dayandırılmasına kömək etmək üçün real şans olarsa, Tramp rusiyalı həmkarı ilə yeni bir sammit barədə razılığa gələcək. Hər iki tərəf prezidentlərimizin növbəti görüşünün konkret nəticə verməli olduğu barədə razılığa gəlib, biz bilməliyik ki, müsbət bir nəticə əldə etmək üçün real şans var. Vaşinqton görüş xatirinə görüşlər keçirmək istəmir”, - o bildirib.









AZ
RU
