Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Xankəndidə azərbaycanlılara qarşı törədilən terrordan -32 il ötür

Xankəndidə azərbaycanlılara qarşı törədilən terrordan 32 il ötür

1988-ci ilin sentyabrın 18-də Azərbaycanın Xankəndi şəhərində Ermənistan xüsusi xidmət orqanlarının azərbaycanlılara qarşı həyata keçirdikləri kütləvi terror hadisələrindən 32 il keçir.

Yenixeber.org: Sonradan Ermənistan tərəfindən ərazilərimizin davamlı işğalı, xalqımıza qarşı həyata keçirilən soyqırımlar fonunda 1988-ci ildə Xankəndində baş verən hadisələri bir qədər arxa planda qalıb.

Azərbaycanın Dağlıq Qarabağ Bölgəsinin azərbaycanlı icması olaraq tarixin bu qaranlıq səhfəsinə yenidən işıq salmağı, Xankəndində erməni təcavüzünə məruz qalan insanların həyat hekayələrindən ibarət məlumat bazası formalaşdırmağı qarşısına məqsəd qoyaraq “Xankəndi talanları” adlı yeni bir kampaniyaya start verib.

"Azərbaycan Dövlət Televiziya və Radio Verlişləri" QSC-nin texniki dəstəyi ilə lentə alınan video çarxlar sosial medianın tələblərinə uyğun olaraq hazırlanır. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması "Xankəndi talanları" kampaniyası çərçivəsində növbəti video çarxı təqdim edir. Bu video çarx Xankəndi şəhərinin sakini Telli Mirzəyevanın ağrılı həyat hekayəsindən bəhs edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam