Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Rusiya Laçın dəhlizində 27 post qurub –Müdafiə Nazirliyi məlumat yayıb

Bir həftə ərzində Laçın dəhlizindən Qarabağa və əks istiqamətə 200-dən artıq tranzit nəqliyyat vasitəsinin, minə yaxın adamın təhlükəsiz gəliş-gedişi təmin olunub.

Yenixeber.org: Bu məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb. Nazirlik bildirir ki, 27 müşahidə postu avtomobil nəqliyyatının, həmçinin adamların Qarabağda sülhməramlıların müvəqqəti nəzrətində olan ərazilərə və əks istiqamətə təhlükəsiz gediş-gəlişini sutka boyunca təmin edir.

Məlumatda o da qeyd olunur ki, “mümkün provokasiyaların qarşısını almaqdan ötrü” bütün avtonəqliyyat vasitələri yoxlanır. Hərbi kontingentin təmsilçisi Yevgeni Mişin deyib ki, Müəyyən günlərdə postdan tikinti materialları olan avtomobil karvanları keçir, onları Rusiya sülhməramlı kontingentinin hərbi polis bölmələri müşayiət edir”.

Nazirlik postların hamısında video müşahidə kameralarının yerləşdirildiyini qeyd edir. Laçın dəhlizində və Qarabağda ümumilikdə 27 müşahidə postunun qurulduğu vurğulanır.

Nazirliyin oktyabrın 19-da yaydığı məlumatda isə deyilirdi ki, Rusiya hərbçiləri Yerevandakı Erebuni aerodromundan Xankəndinə Laçın dəhlizi vasitəsilə 10 ton humanitar yük gətiriblər. Bu yükün Qarabağda qalan və ehtiyacı olan erməni ailələr üçün nəzərdə tutulduğu bildirilir.

Ayaqqabı, geyim, məktəb ləvazimatı, qaz plitələri və digər əşyaların qaçqınlara, çoxuşaqlı ailələrə, məcburi köçkünlərə paylanacağı qeyd olunur.

Qeyd edək ki, ötən il noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli atəşkəs razılaşmasının bəzi bəndləri hələ də yerinə yetirilməyib. Müharibədə böyük ölçüdə darmadağın edilmiş Ermənistan silahlı dəstələrinin qalıqları hələ də Qarabağdan çıxarılmayıb. Laçın dəhlizi vasitəsi ilə Qarabağda qalan qanunsuz silahlı dəstələrin təminatı həyata keçirilir, habelə erməni rəsmilərinin maneəsiz gediş-gəlişinə də şərait yaradılır. Bununla bağlı rəsmi Bakının narazılıqlarına Moskvadan hələlik adekvat reaksiya verilməyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam