Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Cənubi Qafqazda geopolitik “düyün nöqtəsi”: Laçın dəhlizinə nəzarət “erməni problemi”nin sonu deməkdir

Ermənistanın hərbi təxribatlarının qarşısını almaq üçün Laçın dəhlizinə Azərbaycanın nəzarəti artıq vazkeçilməz şərtə çevrilməyə başlayıb; Bu humanitar dəhlizdən rəsmi İrəvanın hərbi məqsədlərlə istifadəsi Azərbaycana radikal addımlar atmaq hüququ verir...

Yenixeber.org: Ermənistan hərbi təxribatları artıq adi hala çevrilməyə başlayıb. Hər halda, Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri Ermənistan tərəfindən hər gün atəşə tutulur. Və bu, yaxın gələcəkdə yeni savaş ehtimalını aktual saxlayır.

Ancaq son vaxtlar rəsmi İrəvanın hərbi təxribatlarının əhatə dairəsi daha da genişlənməyə başlayıb. Belə ki, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti dislokasiya olunduğu Azərbaycan ərazilərində də atəş səsləri artıq tez-tez eşidilir. Və bu, Ermənistanın öz hərbi təxribatlarını birbaşa Azərbaycan ərazisinə keçirtməyə çalışdığını göstərir.

Rusiyanın bu hərbi təxribatlara reaksiyası da böyük maraq doğurmaqdadır. Belə ki, Rusiya Müdafiə Nazirliyinin informasiya bülletenlərində erməni təxribatları “Dağlıq Qarabağın hərbi qruplaşmaları ilə Azərbaycan ordusu arasında atışma” kimi təqdim olunur. Bu isə o deməkdir ki, Kreml erməni təxribatlarına adi hadisə kimi yanaşır.

rus-sulh-images.jpg (11 KB)

Halbuki bütün bu baş verənlər Rusiyanın sülhməramlı missiyasını şübhə altına salır. Kremlin bu missiyasının səmimi olduğuna inamı aradan qaldırır. Üstəlik, Rusiyanın üçtərəfli anlaşmaların icrasından məqsədyönlü şəkildə yayındığını göstərir.

Təbii ki, belə vəziyyət istər-istəməz bir çox sualların yaranmasına da səbəb olur. Birincisi, Kreml Azərbaycan dövlətinin ərazi vahidlərinin rəsmi və qanuni adlandırma prinsipini pozur. Kreml nəzərə almalıdır ki, Rusiya sülmməramlılarının müvəqqəti dislokasiya olunduğu bölgə məhz Azərbaycan dövlətinin tərkib hissəsidir. Azərbaycandasa, “Dağlıq Qarabağ” adlı ərazi vahidi yoxdur. Yəni, Xankəndi və ətraf bölgə Azərbaycanın Qarabağ iqtisadi regionuna daxildir.

Digər tərəfdən, üçtərəfli anlaşmaların heç birisində həmin bölgədə Rusiyanın indi “Dağlıq Qarabağın silahlı birləşmələri” adlandırdığı erməni terrorçu dəstələrinin ola biləcəyi ilə bağlı bir cümlə belə yoxdur. Əksinə, 10 noyabr anlaşmasının 4-cü bəndi Rusiya sülhməramləlarının bölgəyə gəlişinə paralel olaraq, Ermənistan ordusunun qalıqlarının ərazidən çıxarılmasını tələb edir. Bu, o deməkdir ki, Kreml həmin bəndin tələblərini hələ də icra etməyib.

236026235.jpg (75 KB)

Bunun əvəzində Rusiya Ermənistan ordusunun ərazidə hələ də qalmaqda olan tör-töküntülərini məhz “Dağlıq Qarabağın silahlı birləşmələri” kimi təqdim edir. Hələ bu, azmış kimi, üstəlik Rusiya sülhməramlı qüvvələri müvəqqəti dislokasiya olunduqları və orada baş verənlərə birbaşa məsuliyyət daşıdıqları bölgəyə Ermənistanın yeni hərbi biləşmələr göndərməsinə də göz yumur. Və nəticədə Ermənistan Azərbaycana qarşı hərbi təxribatlarını rus sülhməramlıların nəzarət etdiyi bölgəyə keçirtmək imkanları qazanıb.

Təbii ki, belə vəziyyətdə rəsmi Bakının seçə biləcəyi iki yol qalır. İndi Azərbaycan ya Rusiya sülhməramlılarını bölgədən çıxartdaraq, antiterror əməliyyatı keçirtməlidir. Ya da ki, Rusiya sülhməramlılarının Ermənistan ordusunun qalıqlarını bölgədən çıxartmasına nail olmalıdır. Ancaq bu iki variantın hansı reallaşdırılsa da, Azərbaycan Laçın dəhlizinə birbaşa nəzarəti də öz əlinə almaq məcburiyyətindədir.

Ən azından ona görə ki, hazırda Laçın dəhlizi Azərbaycan üçün artıq strateji əhəmiyyət daşımağa başlayıb. Çünki Laçın dəhlizi ilə Ermənistanın hərbi yüklər daşıması Azərbaycanın milli təhlükəsizlik maraqlarını birbaşa təhdid edir. Yəni, nə qədər məntiqsiz də olsa, Ermənistanı Xankəndi və ətraf bölgə ilə birləşdirən Laçın dəhlizi humanitar məqsədlərlə yaradılıb. Ancaq rəsmi İrəvan Laçın dəhlizindən humanitar deyil, məhz hərbi məqsədlərlə istifadə edir.

lacindehlizi.jpg (63 KB)

Bu baxımdan, rəsmi Bakı Laçın dəhlizini ya tam bağlamaq, ya da heç olmasa, ona Rusiya sülhməramlıları ilə paralel nəzarət etmək hüququ qazanıb. Heç bir qonşu ölkənin digər ölkəyə hərbi yüklər daşımaq hüquqi yoxdur. Əgər, rəsmi İrəvan bu önəmli prinsipi pozursa, rəsmi Bakının da Azərbaycan ərazisinə daşınan yüklərin təyinatından əmin olmaq hüququ yaranmış olur.

Ümuniyyətlə, son proseslərə dayanaraq, belə nəticə çıxartmaq olar ki, həm sərhəd bölgəsində, həm də Rusiya sülhməramlılarının müvəqqəti dislokasiya olunduğu ərazidə Ermənistanın hərbi təxribatlarının qarşısını almaq üçün Laçın dəhlizinə Azərbaycanın nəzarəti artıq vazkeçilməz şərtə çevrilməyə başlayıb. Rəsmi Bakı bu önəmli şərtə nail olmayana qədər yəqin ki, Ermənistanın hər iki istiqamət üzrə hərbi təxribatları davam edə bilər.

Bütün bunlar onu göstərir ki, əslində, Cənubi Qafqazda sülhün, sabitliyin və əmin-amanlığın təmin olunmasında, eləcə də, regionun dinc inkişaf mərhələsinə keçid şansı qazanmasında Laçin dəhlizinə nəzarət məsələsi artıq əsas geopolitik “düyün nöqtəsi”nə çevrilməyə başlayıb. Ona görə də indi rəsmi Bakının qarşısında Laçın dəhlizinə nəzarəti ələ alıb, bütün regionun inkişaf perspektivlərini bloklayan “erməni problemi”ni birdəfəlik həll etmək vəzifəsi durur.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam