Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Rusiya dəvəquşu rolunda...

 

       Rusiya özünü başını kola soxub gizəndiyini hesab edən dəvəquşu kimi aparır

Yenixeber.org: Xarici havadarlarının, xüsusilə də, Rusiyanın, hərtərəfli siyasi-iqtisadi-hərbi dəstəyi nəticəsində erməni faşistlərinin zəbt etdiyi və 30 ilə yaxın bir müddət ərzində işğal altında saxladıqları əzəli və əbədi torpaqlarımızın xeyli hissəsi əskər və zabitlərimizin misilsiz qəhrəmanlığı nəticəsində 44 gün ərzində ildırım sürəti ilə azad edildi! Torpaqlarımızın təmamilə azad edilməsinə yenə də, özünü sözdə Azərbaycanın “strateji müttəfiqi” adlandıran, əslində isə uzun əsrlər boyu Azərbaycana düşməncəsına yanaşan Rusiya, vertalyot təxribatı törətməklə, indi isə aydın olur ki, həm də Şuşaya İsgəndər raketi, Xırdalana ballastik raket atmaqla, “sülhməramlı” adı altında ərazimizə soxulmaqla, mane oldu. “Sülhməramlıların fəaliyyəti” göstərir ki, onlar yerləşdikləri ərazilərlərdə özlərini bu ərazilərin əsl sahibi kimi aparırlar. Rusiya, törətdiyi təxribatların nəticəsi olaraq, 10 noyabr 2020-ci ildə ildə imzalanmağa vadar edilmiş üçərəfli sazişin müddəalarına zidd olaraq hələ də zəbt etdiyi Azərbaycan ərazilərdə yerləşən erməni silahlı birləşmələrini nəinki oradan çıxarmaq niyyətində deyil, əslində niyyəti seperatçıların cinayətkar, üzdəniraq “rəhbərlərinin” açıqlamalarından göründüyü kimi, onların yenidən toparlanmasına, müasir silahlarla təmin edilməsinə yardım etməkdir. Yenə də, üçtərəfli razılaşmaların ziddinə olaraq, Rusiya azərbaycanlı köçkünlərin Dağlıq Qarabağa qayıdışına, bu ərazilərdə Azərbaycanın mülki hakimiyyətinin bərqərar olmasına, Azərbaycan tərəfinin, “sülhməramlıların” işğalı altında olan, öz ərazisində sərbəst hərəkətinə bütün imkanları ilə mane olur. “Sülhməramlıların” ermənipərəst bədnam komadanının “Dağlıq Qarabağa yalnız onların (Azərbaycanın yox!) icazəsi ilə Ermənistan və Rusiya vətəndaşları sərbər daxil ola bilər” bəyanatı, Rusiya rəsmi şəxslərinin, son olaraq, Rusiya Müdafiyə Nazirinin müavini general Bulqakovun, Azərbaycanın icazəsi olmadan, Xankəndinə səfəri, bunla bağlı Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda Azərbaycanın adının çəkilməməsi və “Naqornıy Karabax” ifadəsinin işlədilməsi bir daha sübüt edir ki, Rusiya sözdə Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu desə də, əslində zəbt etdiyi ərazilərin Azərbaycana deyil, faktiki olaraq Rusiya məxsus olduğunu nümayiş etdirir. Ən qəribəsi, əslində nifrətə layiq haldır ki, Rusiya özünü başını kola soxub gizləndiyini hesab edən dəvəquşu kimi aparır. Şuşaya atılan İskəndər raketinin Ermənistan ordusunun ixtiyarında olan “E” indeksli modelə deyil, məhz Rusiya Silahlı Qüvvələrinin istifadə etdiyi “M” modifikasiyasına aid olması, ANAMA tərəfindən, raketin qalıqları əsasında, sübut edilsə də, Rusiya bunu inkar edir. Rusiyanın, üçtərəfli sazişin ziddinə olaraq erməniləri zorla Dağlıq Qarabağa köçürməsi, onlar üçün evlər, məişət xidməti, səhiyyə, ticarət obyektləri tikməsi, dağılmış tikililəri bərpa etməsi, qondarma “arsağ respublikasının” cinayətkar “rəhbərliyi ilə işbirliyi, onları faktiki olaraq rəsmi şəxs kimi qəbul etməsi, Azərbaycana məxsus olan ərazilərdə rus dilinə qeyri-qanuni olaraq rəsmi dil statusunun verilməsini təşkil etməsi, Qarabağda yerləşdirilən hərbi kontingentinin sayını artırması və ona hərbi baza statusu verilmək cəhdi bir daha sübüt edir ki, o, Azərbaycan ərazisindən çıxmaq niyyətində deyil. Bütün bunlara Azərbaycanın rəsmi şəxslərinin, xüsusilə də, Xarici İşlər Nazirliyinin susğunluğu, seyirçi münasibət bəsləməsi başadüşülən deyil, nəzər alınmır ki, Rusiyanın bu qeyri-qanuni, beynəlxaq hüquqa, sülhməramlıların madatına zidd hərəkətlərinə rəsmi etiraz edilmədikcə o, zəbt etdiyi ərazilərdə daha da möhkəmlənir, getdikcə azğınlaşır. Rusiyanın Azərbaycan ərazisində özbaşınalığına son qoymaq üçün rəsmən tələb edilməlidir ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli sazin müddəalarından kənara çıxan hərəkətlərinə, Rusiyanın, eləcə də, Ermənistan rəsmilərinin və vətəndaşlarının Azərbaycan ərazilərinə onun icazəsi olmadan daxil olmasına, azərbaycanı köçkünlərin öz doğma torpaqlarına qayıdışına törətdiyi maneələrə, “sülhməramlıların” sayının artırılmasına son qoysun, Dağlıq Qarabağda hələ də sülənən erməni terroçularını ərazilərimizdən təmizləsin. Əks halda rəsmən bəyan edilməlidir ki, Azərbaycan Rusiya “sülhməramlılarının” Dağlıq Qarabağdan tezliklə çıxarılmasını tələb etmək hüququnu özündə saxlayır!

 Teyyub Qənioğlu: Təkamül Partiyasının sədri


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam