Saakaşvili xəstəxananı tərk etdi

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili müalicə aldığı “Vivamed” klinikasından həbsxanaya qaytarılıb.
Yenixeber.org: Bu barədə ölkənin Xüsusi Penitensiar Xidməti məlumat yayıb.
Qeyd olunub ki, Saakaşvilinin vəziyyəti qənaətbəxş olduğu üçün xəstəxanadan buraxılıb və 12 saylı penitensiar müəssisəyə qaytarılıb.
Qeyd edək ki, Saakaşvili 2021-ci ilin oktyabrında Gürcüstana qayıtdıqdan sonra həbs olunub. O, 2022-ci ilin mayından “Vivamed” klinikasında müalicə alırdı.









AZ
RU