“SOCAR Türkiyə”də FETÖ faktoru yenə diqqət mərkəzindədir…
Yenixeber.org: Türkiyədən və Azərbaycandan olan və bu günə qədər özlərini bu və ya digər şəkildə gizli saxlamağa nail olan FETÖ-çuların bir hissəsi “SOCAR Türkiyə” şirkətində özlərinə istu yuva tapıblar. Cumhuriyyet.az-a daxil olan məlumata görə Vaqif Əliyevin “SOCAR Türkiyə”nin rəhbərliyindən alınmasından sonra FETO-çuların bir qismi ordan uzaqlaşsalar da, 2022-ci ildə Elçin İbadovun “SOCAR Türkiyə”yə baş direktor gətirildikdən sonra yenidən bu şirkətdə özlərinə sığınacaq tapıblar. Mənbə bildirib ki, FETÖ-çuların “SOCAR Türkiyə”yə qayıtmasında həm Elçin İbadovun, həm də Adnan Əhmədzadənin xüsusi rolu olub.
Qeyd edək ki, Adnan Əhmədzadənin FETÖ-yla əlaqələri çoxdan bəllidir. Onun “SOCAR Türkiyə”də əsas söz sahiblərindən biri olması da heç kimə sirr deyil. 2016-cı ildə yaranan səs-küydən sonra Adnan Əhmədzadə FETÖ-çuların yenidən “SOCAR Türkiyə”yə qayıtarılmasının əsas təşəbbüskarlarından biri hesab olunur. Elə bu məqsədlə də Adnan Əhmədzadənin gizli “nurçu”lardan olan Elçin İbadovun “SOCAR Türkiyə”yə baş direktor təyin olunmasını təmin edib.
Gülənin akademik çevrəsinin nəzarət etdiyi Hacəttəpə Universiteti məzunu olan Elçin İbadov Qafqaz Universiteti ilə də ciddi əlaqələrə sahib olub. Bəzi məlimatlara görə keçmiş Elçin İbadov Qafqaz Universitetinin prorektoru, tanınmış FETÖ-çulardan olan Natiq Paşa ilə sıx əlaqələrə sahib olub və məhz Natiq Paşanın səyləri ilə prestijli universitetlərdə təhsilini davam etdirib. Həmçinin Elçin İbadov keçmiş Qafqaz Universitetinin xarici əlaqələr üzrə prorektoru Sənnur Əliyevlə eyni dönəmdə Hacəttəpə Universitetində oxuyubvə onların da yaxın münasibətləri olub. Yəni Elçin İbadov faktiki olaraq Azərbaycanın iki ən önəmli “FETÖ imamı” ilə çox yaxın münasibətdə olub və bu münasibətlər bu gündə yüksək səviyyədədir.
Elçin İbadov Çikaqo İllinois Universitetindən məzun olduqdan sonra 2002-ci ildən başlayaraq keçmiş Qafqaz Universitetinin tələbələrinin “SOCAR Türkiyə”də yerləşdirilməsində rol alıb. Bu barədə mətbuatda hələ 2016-cı ildə yazılıb. Buna görə də 2016-cı ildə “SOCAR Türkiyə”də yaşanan FETÖ qalmaqalından bir neçə il sonra Elçin İbadovun “SOCAR Türkiyə” rəhbərliyinə gətirilməsini də heç də təsadüf adlandırmaq olmaz. “Nurçu”larla yaxın əlaqədə olan Elçin İbadov məhz “Hizmet herekatı”nın güclü dəstəyi ilə bu önəmli vəzifəyə sahib ola bilib və Adnan Əhmədzadə də bu işdə ona kömək olan əsas şəxslərdən biridir.
“SOCAR Türkiyə”də baş verənləri xarakterizə edən mənbə bildirib ki, energetika sahələrini ələ keçirmək FETÖ-nün hər zaman əsas strategiyalarından biri olub və bu sektorda açar mövqelərə yerləşdiridikləri şəxslər vasitəsi ilə nəzarəti ələ keçirmək FETÖ-nün taktikası olub. 2016-cı ildə “SOCAR Türkiyə”də itirdikləri mövqelərini geri qaytarmaq isə onlar üçün çox vacib olub və buna da Elçin İbadov sayəsində nail olublar.
Mənbə həmçinin bildirib ki, digər tərəfdən “SOCAR Türkiyə”nin çətiri altında olmaq FETÖ-çuları Ərdoğandan qoruyur və buna görə də son zamanlar “SOCAR Türkiyə”də çalışan “nurçu”ların sayı kəskin artıb.
Adnan Əlizadənin həbsindən sonra isə “SOCAR Türkiyə”də çalışan FETÖ-çular narahat olublar. Onlar əməliyyatların “SOCAR Türkiyə” sıçrama təhlükəsindən narahatdırlar və Azərbaycan neftinin çikləndirilməsi ilə bağlı araşdırmalar gec-tez bu əməliyyatlara gətirib çıxaracaq.









AZ
RU
