Redaktor seçimi
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Günün xəbəri

İki Semyonun “partizanlığı” –ermənilərin baş bəlası

Ermənistanda hərbi mükələfiyyət yaşını keçmiş və ya oğlu, qardaşı hərbi xidmətə yararlı olmayan, “bron”u olan hər bir ictimai-siyasi fəal revanşistdir, oturub-durub Azərbaycanın azad etdiyi əraziləri yenidən işğal etməkdən (özləri “azad etmək” deyir), bizdən qisas almaqdan danışırlar.

Yenixeber.org: Bunu o adamlar deyir ki, hərbi əməliyyatlar yenidən başlansa, şəxsi planda ağrı-acı yaşamayacaqlar, övlad, qardaş itkisinə məruz qalmayacaqlar, səngərlərdə qırılanlar şəxsən tanımadıqları erməni gəncləri olacaq. Olmasın 10 min nəfər, olsun 20 min nəfər. Bu, militarist-revanşistlərin vecinə deyil. Öz əsgər yaşlı uşaqları çoxdan Moskvada, Londonda, Parisdə ya təhsil alırlar, ya da iş qurublar.

եռաբլուր.jpg (248 KB)

Ancaq heç ağlabatan deyil ki, yeganə bir oğul böyüdən erməni qadın onu öz əlilə Qarabağ cəbhəsinə göndərsin, “get, oğul, get, döyüş, böyük erməni dövləti yaradılması ideyasına öz töhfəni ver” desin. Əlbəttə, az-az belə “məfkurəvi” qadınlar ola bilər, amma tam əksəriyyətinə utopik “böyük dövlət”dənsə öz oğlu əzizdir. Elə olmasaydı, oğul itirmiş analar 44 günün içində ləbələb dolmuş Erablur qəbristanlığında ağlayıb-sızlamazdılar, deyərdilər, “oğlum vətənə qurban gedib”.

Bu tərəfdə isə Semyon Bağdasarov və Semyon Peqov onlayn efirdə “Şuşanın döyüşsüz təhvil verilməsi”ndən, “partizan müharibəsi”ndən, “revanş”dan danışırılar.

123.jpg (99 KB)

Bağdasarov erməni əsilli rusiyalı politoloqdur, hərbi ekspertdir, 1995-ci ildə polkovnik rütbəsində ehtiyata buraxılıb, Yaxın Şərq ölkələrinin bilicisidir.

121.jpg (22 KB)

Semyon Peqov isə bizə 44 günlük müharibədən tanışdır. O, ermənifil hərbi reportyordur. Keçən il o, eyzən Hadrut civarında, Laçın dəhlizində, Şuşa-Xankəndi yolunda görünürdü, videosüjetlər yayırdı, bu səbəbdən və soyadına görə onun adını “Dəhliz kənarıyla qaçan alabaş” qoymuşduq. (Məşhur qırğız yazıçısı Çingiz Aytmatovun “Dəniz kənarıyla qaçan alabaş” - “Peqiy pyos, bequşiy krayem morya”- adlı romanı var).

İndi Bağdasarov ifrat nifrət və qəti əminliklə Şuşanın Azərbaycanlı hərbçilərin qoçaqlığı nəticəsində yox, erməni hərbçilərin, xüsusilə də baş nazir Paşinyanın xəyanəti nəticəsində döyüşsüz təhvil verildiyini deyir, Peqov da Paşinyana qarşı ittihama ortaqlıq etməsə də, Ermənistandan gələn hərbçilərin Şuşanın müdafiəsində “arsaxlılar”a kömək etmədiyini iddia edir.

1605287732_3b9e71c4-1579-3e75-baa6-cc8d3c405bf7_850.jpg (341 KB)

Hər iki Semyonun həyasızlığını, yalançılığını ötən ilin noyabrında Şuşada çəkilmiş videolentlər açıq-aydın ortaya qoyur. Əgər Şuşa döyüşsüz təhvil verilmişdisə və ermənistanlı hərbçilər Şuşanı müdafiə etməmişdilərsə, o zaman Şuşanın küçə və yollarında yan-yana düzülmüş və sayları, bəzi mənbələrə görə, 800-ə yaxın, bəzilərinə görə isə 1600 civarında olan erməni hərbçilərin meyidi haradan gəlib ora düşmüşdü? Üstəlik, bəs nədən onların Erablur qəbristanlığındakı məzar daşında Şuşada həlak olduqları qeyd olunub?

Aydın məsələdir ki, bu cür iddiaların hamısı cəfəngiyyatdır, erməni xalqının odu alınmış gözünün boyanmasına xidmət edir. Bağdasarov kimilər bu cür iddialar və ittihamlarla çalışırlar ki, məğlubiyyətin günahını Paşinyanın və bir neçə generalın üstünə yıxsınlar, nəticədə erməni xalqı düşünsün ki, “onun əsgəri məğluvedilməzdir, bu gün ayağa qalxar və düşməni məhv edər”.

Bu, bir az özünə təskinlik verməkdir, bir az özünü aldatmaqdır, amma daha çox məğlubiyyəti həzm edə bilməmək, özünü hələ də güclü sayaraq, reallıqlarla barışmaq istəməməkdir.

101.JPG (36 KB)

“Qarabağda mütləq partizan müharibəsi olacaq, erməni xalqı bu işi belə qoymayacaq” kimi isterik çığırışmalar da bu üzdəndir. Bağdasarov bunu əminliklə söyləyir, Peqov isə o qədər də əmin deyil, eləcə “istərdim ki, elə olsun” deyir.

Bu gün Qarabağda ara-sıra səslənən atəş səsləri, yenidən başladılması umulan “snayper müharibəsi” məhz o cür düşünən, düşmənçiliyi sürdürmək istəyən başıpozuq erməni xadimlərin fitvasından qaynaqlanır. Amma onlar unudurlar ki, artıq 1994-cü ildən 2020-ci ilin sentyabrına qədər uzanan vaxt kəsiyində olduğu kimi olmayacaq, hərbçilərimiz düşmən tərəfdən snayper atəşi açılan yeri küllü-kuf edəcəklər. Bizə 1 güllə atanda, 5 cavab alacaq, nəhayət, anlayacaqlar ki, durum fərqlidir.

Erməni xalqının əsas problemi “xarici düşmənlər” deyil, onların başına yüz illərdir bəla olan hikkəli, kinli “millət ataları”dır. Bu adamlar heç vaxt öz aiələrindən “fədai” yetişdirmirlər, yalnız kasıb-kusubun, yetim-yesirn övladlarını qızışdırıb qabağa verir, qırdırır, sonra bu havayı axan qanın üzərində siyasət yeridirlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam