Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Erməni əsgərlərin valideynləri: -“Qarabağ bizim deyil, uşaqlarımız ora göndərilməməlidir”

Erməni əsgərlərin valideynləri: “Qarabağ bizim deyil, uşaqlarımız ora göndərilməməlidir”

Erməni əsgərlərinin valideynləri övladlarının qanunsuz şəkildə Qarabağa hərbi xidmətə göndərilməsinə qarşı çıxırlar.

Yenixeber.org: Ermənistan Müdafiə Nazirliyinin binası qarşısındakı növbəti mitinqlərdən birində etirazçılar övladlarını yenidən Qarabağa göndərməyəcəklərini elan ediblər.

“Oğullarımız yalnız Ermənistanın özündə xidmət etməlidirlər. Onların Qarabağda nə işi var? Başa düşməliyik ki, Qarabağ bizim deyil, biz Ermənistan vətəndaşlarıyıq. Bizim Qarabağla heç bir əlaqəmiz yoxdur. Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir. Əgər kimsə oğlumu Qarabağa göndərməyə hazırlaşırsa, o zaman özüm oğluma xidmətdən qaçmaqda yardım edəcəyəm”, - Ermənistan silahlı qüvvələrinin əsgərlərindən birinin atası söyləyib.

Ölkənin Müdafiə Nazirliyinin məsul şəxsləri valideynlərə övladlarının Ermənistanda xidmət edəcəyinə dair söz versə də, onlar inanmağa tələsmirlər.

“Xahiş edirəm, oğlumu Qarabağa göndərməyin. Ölkəmizdə nə baş verir?! Uşaqları dünyaya gətirmirik ki, əlimizdən alıb ölümə göndərsinlər”, - deyə əsgər anası kədərlənib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam