Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Putinin Paşinyana dəstəyinin şifrələri açılır: Ermənilər növbəti savaşın bu il olacağını təxmin edirlər

Rusiya və Ermənistanın regional maraqları iki önəmli səbəb üzərindən ciddi şəkildə uzlaşmağa başlayıb; Azərbaycan isə Rusiyanın bölgədə qalıcı olmaq üçün qurduğu planları pozmaq imkanlarına sahibdir...

Yenixeber.org: Ermənistan hərbi-siyasi avantüralarına israrla davam edir. İlk baxışda bu, olduqca məntiqsiz davranış təsiri bağışlayır. Hər halda, savaşda ordusu darmadağın edilmiş bir ölkənin tamamilə fərqli mövqeyə üstünlük verməsi lazımdır.

Məsələ ondadır ki, Ermənistanın hərbi təxribatları hər an yeni savaşın başlanmasına səbəb ola bilər. Belə bir savaşda Ermənistanın tamamilə sıradan çıxarılma ehtimalı isə olduqca yüksəkdir. Bunu rəsmi İrəvan da anlamamış deyil.

Çünki Ermənistanın yeni savaş üçün hərbi və maliyyə-iqtisadi resursları mövcud deyil. Bu dəfə Ermənistanın birdəfəlik susdurulması üçün hətta 44 gün savaşmağa belə, ehtiyac qalmaya bilər. Yəni, mövcud situasiyada Ermənistanın ən yaxşı halda bir həftə və ya on gün müqavimət göstərə biləcəyi belə, inandırıcı deyil.

prezident-herbi.jpeg (46 KB)

Onu da qeyd edək ki, Ermənistan cəmiyyətində Paşinyan hakimiyyətinin hərbi-siyasi avantüralarına ziddiyyətli və tərəddüdlü münasibət mövcuddur. Erməni politoloqların bir qismi rəsmi İrəvanın əvvəlki mövqelərin geri qaytarıla biləcəyini hələ də ümid edirlər. Ancaq böyük əksəriyyət Paşinyan hakimiyyətinin yeni savaşa səbəb verə biləcəyindən ciddi şəkildə narahatdır.

Hətta Ermənistan cəmiyyətində növbəti savaşın başlanma vaxtı da təxmin edilməyə çalışılır. Sosial şəbəkələrin erməni siqmentində üstünlük təşkil edən ehtimallar daha çox sentyabrda növbəti genişmiqyaslı müharibənin başlaya biləcəyi ilə bağlıdır. Ermənilər hesab edirlər ki, Azərbaycan 44 günlük savaşın ötən il başlandığı tarixdə yarımçıq qalmış işi tamamlamağa çalışacaq. Və bu dəfə birbaşa Ermənistanın özünə sarsıdıcı zərbə endiriləcək.

Maraqlıdır ki, Ermənistan cəmiyyətində Azərbaycanın hərbi zərbəsinin istiqamətləri barədə də təxminlər gündəmə gətirilir. Hesab olunur ki, rəsmi Bakı Zəngəzur bölgəsi üzərindən, eləcə də, Naxçıvan istiqamətindən eyni vaxtda öz hərbi qüvvələrini hərəkətə gətirə və qısa müddətdə Ermənistanı iki yerə parçalaya bilər. Bundan sonra isə Azərbaycan ordusunun Ermənistanın şimal və cənub bölgələrinə doğru hərəkəti üçün o qədər də uzun müddət tələb olunmaz.

zengezur_161019.jpg (107 KB)

Əlbəttə, bütün bunlar Ermənistan cəmiyyətinin savaş qorxusundan qaynaqlanan ehtimallardır. Ancaq rəsmi İrəvanın Azərbaycan dövlətinin səbrini israrla sınağa çəkməsi bu ehtimalları hansı variantda reallığa da çevirə bilər. Və Paşinyan hakimiyyəti indi bu barədə ciddi şəkildə düşünməlidir.

Şübhəsiz ki, Ermənistanın öz darmadağın edilmiş ordusunu yenidən komplektləşdirə bilmədiyi bir situasiyada rəsmi İrəvan da bu hərbi riskləri nəzərə almamış deyil. Ancaq Paşinyan hakimiyyəti hərbi təxribatları törədərkən, ilk növbədə Ermənistanın xarici himayədarlarının genişmiqyaslı savaş təhlükəsini bloklaya biləcəyinə ümid bəsləyir. Və böyük ehtimalla rəsmi İrəvan öz xarici himayədarlarından müəyyən cəsarətləndirici təminatlar almağa nail olmuş kimi görünür.

Əvvəlcə rəsmi İrəvan Fransanın açıq, ABŞ-ın isə dolayısı dəstəyinə güvənirdi. Bu iki dövlətin maraqları Cənubi Qafqazda gərginliyin artmasını və nəticədə Minsk Qrupunun yenidən dirildilməsini tələb edir. Ermənistanın hərbi təxribatları isə həmin maraqların təmin edilməsində xüsusi əhəmiyyətə malikdir.

Son vaxtlar isə bu iki himayədar dövlətin sırasında Rusiya da öz yerini almış kimi görünür. Hər halda, Kreml artıq Ermənistanın maraqlarına yönəlik daha açıq mövqe tutmaq cəhdləri ilə diqqət çəkir. Bu isə Rusiyanın əslində, daha əvvəldən Ermənistanın hərbi təxribatlarında maraqlı olduğunu ehtimal etməyə əsas verir. Və Rusiya savaşdan sonra üçtərəfli anlaşmaların icrasında israrlı görünsə də, Kremlin səhnəarxasında hərbi-siyasi gərginliyin artırılması ilə bağlı rəsmi İrəvanla anlaşmış ola biləcəyi də istisna deyil.

1602150453_8515029.jpg (253 KB)

Məsələ ondadır ki, regionda gərginlik variantı Ermənistan ilə yanaşı, Rusiya üçün də sərfəlidir. Belə ki, rəsmi İrəvanın hərbi təxribatlarda əsasən iki önəmli hədəfi var. Əsas hədəf sərhədlərin yaxın vaxtlarda delimitasiya və demarkasiya olunmasından yayınmaqla bağlıdır. Əgər, rəsmi İrəvan bu hədəfə nail olarsa, deməli, ikinci məqsədindən də uzaq olmayacaq. Yəni, sərhədlərin delimitasiya və demarkasiya prosesi başa çatmadan rəsmi İrəvan Azərbaycanla yekun sülh sazişini imzalamaqdan yayına bilər. Bu isə rəsmi İrəvana münaqişənin hələ tam həll olunmadığı iddiaları ilə manipulyasiya imkanları vəd edir.

Bu, Rusiya üçün də hadisələrin daha sərfəli inkişaf variantı sayıla bilər. Çünki, əgər, ən qısa müddətdə sərhədlər delimitasiya və demarkasiya olunarsa, Rusiyanın bölgədə orbitr rolunda çıxış etmək istədiyi önəmli bir problem aradan qalxmış olacaq. Bununla da Ermənistan və Azərbaycan arasında yekun sülh sazişinin imzalanmasına növbə çatacaq.

Yekun sülh sazişinin imzalanması isə Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü tanımasını da özündə əks etdirəcək. Ərazi bütövlüyünün tanınması isə öz növbəsində Xankəndi və ətraf bölgədə yaşayan, Prezident İlham Əliyevin də dediyi kimi, Azərbaycanın yolunu azmış erməni vətəndaşlarının cəmiyyətimizə inteqrasiya prosesi sürətlənəcək. Deməli, Xankəndi və ətraf bölgədə Rusiya sülhməramlılarına da heç bir ehtiyac qalmayacaq.

prezident-yumruq-kollaj.jpg (819 KB)

Göründüyü kimi, Rusiya proseslərin normal inkişaf istiqamətlərindən ciddi şəkildə narahatdır. Kremlə bölgədə sülhün və əmin-amanlığın olması qətiyyən vacib deyil. Əksinə, Kreml üçün regionda Rusiya sülhməramlı qüvvələrinin missiyasını aktual saxlaya biləcək ziddiyyətlər və gərginlik lazımdır.

Ona görə də, Rusiya Xankəndi və ətraf bölgədə erməni separatçılarının fəaliyyətinə geniş imkanlar açır. Kreml Ermənistan ordusunun qalıqlarının bölgədən çıxarılmasını tələb edən üçtərəfli anlaşmaları məqsədyönlü şəkildə pozur. Üstəlik, Xankəndi və ətraf bölgəyə Ermənistandan əlavə hərbi qüvvə gətirilməsini də təmin edir.

Bütün bunları nəzərə aldıqda, Kremlin Paşinyan hakimiyyətinin hərbi-siyasi avantüralarına tolerant yanaşmasının əsas şifrələri açılmış olur. Ancaq Kremlin bu "geopolitik hoqqabazlığının" bölgədə növbəti 30 il üçün Rusiyanın maraqlarına uyğun qeyri-müəyyən situasiya yarada biləcəyinə inanmaq bir qədər çətindir. Çünki Azərbaycan artıq əvvəlki dövlət deyil və rəsmi Bakı Rusiyanın bölgədə qalıcı olmaq üçün qurmağa çalışdığı planları pozmaq imkanlarına sahibdir. Böyük ehtimalla Azərbaycanın yaxın vaxtlarda həmin imkanlardan qətiyyətlə yararlanacağı qətiyyən istisna deyil.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam