Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Paşinyan hərbi-siyasi reallıq qarşısında acizdir: “Sülh qatarı” Zəngəzur dəhlizindən keçir

 

Ermənistanda artıq anlayırlar ki, rəsmi Bakı Zəngəzur dəhlizi layihəsindən heç bir halda, imtina etməyəcək; Erməni siyasətçiləri hesab edirlər ki, Qarabağ Azərbaycan üçün qürur və nüfuz məsələsiydi, Zəngəzur isə strateji hədəfdir...

Yenixeber.org: Ermənistan Cənubi Qafqazda regional gərginliyin artırılmasında israrlı davranır. Belə ki, rəsmi İrəvan bütün mümkün vasitələrlə geopolitik proseslərin idarəolunmaz xarakter daşımasına cəhd göstərir. Və son vaxtlar baş verən hadisələr də göstərir ki, Ermənistan buna nail olmaq üzrədir.

Məsələ ondadır ki, Ermənistan Azərbaycanla sərhəd bölgəsində silahlı insidentləri artıq intensivləşdirib. Rəsmi İrəvanın hərbi təxribatları gündəlik xarakter daşıyır. Belə anlaşılır ki, Ermənistan bu hərbi təxribatlar sayəsində regional gərginliyin aktual qalmasında birbaşa maraqlıdır.

Əlbəttə ki, rəsmi İrəvan bu hərbi təxribatları təkbaşına qəbul etdiyi qərarlarla törətmir. Cənubi Qafqazda gərginliyin artırılması sifarişi böyük ehtimalla rəsmi İrəvana xarici himayədarları tərəfindən verilib. Yəni, Ermənistan hazırda yalnız hərbi təxribatların icraçısı rolunda çıxış edir.

71ba929708411242f1b0a73e80f6684e.jpg (98 KB)

Xüsusilə də, regional hərbi gərginlik hazırda daha çox ABŞ və Fransanın geopolitik maraqlarına cavab verməkdədir. Çünki Minsk Qrupunda həmsədr olan bu iki dövlət – ABŞ və Fransa üçtərəfli anlaşmaların imzalanmasından sonra regionda açıq-aşkar oyundankənar vəziyyətdə qalıb. Ona görə də bu vəziyyəti dəyişmək üşün ABŞ və Fransaya Cənubi Qafqazda yeni hərbi qarşıdurma vacibdir.

Məsələ ondadır ki, yalnız bu halda Rusiyanın qarantor rolunda çıxış etdiyi üçtərəfli anlaşmaların icrasından yayınaraq, ABŞ və Fransanın iştirakını təmin edəcək əvvəlki regional status-kvonun bərpasına şans yarana bilər. Ona görə də Minsk Qrupunun bu iki formal həmsədri rəsmi İrəvanı Ermənistanın hərbi-siyasi imkanlarını aşan hərbi təxribatlara cəsarətləndirirlər. Və hələlik Ermənistanı üçtərəfli anlaşmaların icrasına yönəltmək cəhdləri müsbət nəticədən uzaqdır.

Ancaq qəribə də olsa, rəsmi İrəvan hərbi təxribatlar törətsə də, siyasi məsuliyyəti Azərbaycanın üzərinə atmağa çalışır. Hər halda, Ermənistan Xarici İşlər Nazirliyinin son açıqlamasında açıq-aşkar “siyasi hoqqabazlıq” cəhdləri diqqətdən yayınmır. Bu düşmən ölkənin XİN-yi iddia edir ki, guya rəsmi Bakı Ermənistanın konstruktiv mövqeyinə yolverilməz addımlarla cavab verir. Hətta guya Ermənistanın ərazi bütövlüyünə müdaxilə edilirmiş.

Halbuki bir müddət öncə Azərbaycan və Rusiya prezidentlərinin Moskva görüşündə Kreml sahibi Vladimir Putin həmkarı İlham Əliyevə konstruktiv mövqeyinə görə təşəkkür etmişdi. Üstəlik, rəsmi Bakı israrla Ermənistan hakimiyyətini üçtərəfli anlaşmaları icra etməyə çağırır. Və Paşinyan hakimiyyəti hələ də bu çağırışlara müsbət cavab verməkdən yayınmağa çalışır.

erjfbhrefbrg2.jpg (92 KB)

Maraqlıdır ki, rəsmi İrəvan üçtərəfli anlaşmaların icrası mövzusunda danışarkən, məsələni mümkün qədər qəlizləşdirməyə cəhd göstərir. Buna misal olaraq, Paşinyan hakimiyyətinin nəqliyyat-kommunikasiya xətlərinin açılması mövzusunu Zəngəzur dəhlizinin yaradılması məsələsindən ayırmağa çalışmasını göstərmək olar. Və bu, böyük ehtimalla rəsmi İrəvan tərəfindən məqsədyönlü şəkildə edilir.

Məsələ ondadır ki, Azərbaycan Prezidenti İlham Əliyev artıq bir neçə dəfə bəyan edib ki, bütün nəqliyyat-kommunikasiya xətləri, o cümlədən də, Zəngəzur dəhlizi eyni vaxtda açılmalıdır. Yəni bunlardan hansınısa əvvəl açıb, digərini sonraya saxlamaq cəhdləri tamamilə yolverilməzdir. Çünki məsələyə belə yanaşılması yaxın gələcəkdə yeni problemlərə və mübahisələrə yol aça bilər.  

Onu da qeyd edək ki, əslində, Ermənistanda da artıq anlayırlar ki, Zəngəzur dəhlizi yaradılmadan Azərbaycan digər nəqliyyat-kommunikasiya xətlərinin açılması ilə razılaşmayacaq. Bu, o deməkdir ki, Zəngəzur dəhlizi açılana qədər Ermənistanın blokadadan çıxması qətiyyən mümkün olmayacaq. Və nəticədə Ermənistanın çökmüş iqtisadiyyatının da bərpa olunması mümkün olmayacaq.

Ermənistanın keçmiş baş naziri və Paşinyan hakimiyyətinə qarşı müxalif mövqe tutan siyasi düşərgənin liderlərindən olan Vazgen Manukyan da Azərbaycanın Zəngəzur dəhlizinin açılmasında israrlı mövqe tutacağını vurğulayıb. O, bildirib ki, Zəngəzur dəhlizi Azərbaycan və Türk Dünyası üçün strateji əhəmiyyət daşıyır. Və onun sözlərinə görə, rəsmi İrəvanın bu məsələdən yayınması o qədər də asan olmayacaq.

zengezur-unnamed.jpg (51 KB)

Maraqlıdır ki, V.Manukyan Azərbaycanın yalnız Zəngəzur dəhlizinin açılması ilə kifayətlənəcəyinə inanmır: “Azərbaycanın əsas hədəfi Sünik (Zəngəzur) vilayətini bütövlükdə ələ keçirtməkdir. Azərbaycan üçün Qarabağ qürür və nüfuz məsələsi idi. Ancaq Sünik (Zəngəzur) məsələsi Azərbaycan üçün strateji xarakter daşıyır”.

Göründüyü kimi, Ermənistanda da artıq anlayırlar ki, rəsmi Bakı Zəngəzur dəhlizi layihəsindən heç bir halda, imtina etməyəcək. Yəni, bu layihənin Ermənistanın istəyindən asılı olmayaraq, əvvəl-axır reallığa çevriləcəyinə erməni siyasətçiləri də şübhə etmirlər. Sadəcə, onlar proseslərin yekun nəticələrini Ermənistan cəmiyyətinə bir qədər şişirdərək, təqdim etməyə çalışırlar.

Halbuki, Azərbaycanın əsas iddiaları məhz bütün nəqliyyat-kommunikasiya xətlərinin, eləcə də, Zəngəzur dəhlizinin eyni vaxtda açılması üzərində indeksləşib. Ona görə də rəsmi Bakı israrla Paşinyan hakimiyyətini üçtərəfli anlaşmaları icra etməyə çağırır. Çünki, yalnız Ermənistanın hərbi təxribatlardan imtina edərək, üçtərəfli anlaşmaları icra edəcəyi təqdirdə, iki ölkə arasında bütün problemlərin həlli mümkündür. Və bu, bütövlükdə Cənubi Qafqaz regionunda davamlı sülhə tam təminat verə bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam