Redaktor seçimi
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Günün xəbəri

ABŞ hegemonluq şansını ərəb səhralarında itirdi: Putin dünya savaşının vaxtını bilir

 

NATO-nun Rusiya üzərində hərbi qələbə imkanlarının olmaması Ağ Evdə ciddi əndişə yaradır; Kreml isə öz mövqelərini qorumaq üçün hətta üçüncü dünya müharibəsinə yol açacaq addımlara belə, hazır olduğunu biruzə verir...

Yenixeber.org: "Dünyanı kim idarə edir" sualı hazırda kifayət qədər aktualdır. Əgər, 10-15 il əvvəl bu sualın daha arqumentli cavabı mövcud idisə, indi bu barədə danışmaq nisbətən çətindir. Və birmənalı cavab verməyə cəsarət göstərənlər ciddi əksarqumentlərlə üzləşə bilərlər.

Məsələ ondadır ki, vaxtilə bir çoxları dünyanın məhz ABŞ tərəfindən idarə edildiyinə əmin idilər, buna şübhə etmirdilər. Onların bu əminliyini ABŞ-ın hərbi-siyasi qüdrəti, eləcə də, Ağ Evin beynəlxalq hegemonluq hədəflərinə bağlı faktorlar da dəstəkləyirdi. Bu səbəbdən də, keçmiş SSRİ-nin dağılmasından sonra ABŞ uzun müddət dünyaya hökm edən yeganə superdövlət statusunu qoruya bilmişdi.

Ancaq yeni əsrin ilk onilliyindən sonra ABŞ bu statusunu tədricən itirməyə başladı. Ağ Evin beynəlxalq hərbi-siyasi məkandakı bir çox mövqeləri tədricən əldən verildi. ABŞ-ın hərbi-siyasi qüdrəti Yaxın Şərqin qumlu səhralarında əriyib, yox olmağa başladı.

yaxin_serq_2223.jpg (42 KB)

Bunun əsas səbəbləri sırasında Ağ Evin ABŞ üçün perspektiv hədəfləri böyütmək niyyətinə düşməsi də olmamış deyil. ABŞ xüsusi xidmət servislərinin ssenariləşdirdiyi barədə iddialar hələ aktual olan, törədilməsi müəmmalı hesab edilən 11 sentyabr terror aktından sonra ABŞ özünə "yeni missiya" icad etmək istədi. Və sonradan məlum oldu ki, Ağ Ev əslində, ABŞ-ın üzərinə hələlik daşımağa hazır olmadığı bir missiyanı - özünün dünya hegemonluğunu bütün dünyaya qəbul etdirib, birdəfəlik rəsmiləşdirmək hədəfini yükləyib.

Müəmmalı 11 sentyabr terror aksiyasının arxasına sığınan Ağ Ev beynəlxalq terrorizmə qarşı mübarizə edəcəyini bəyanladı. Bu bəhanə ilə Yaxın Şərq regionunda dünya düzənini nəzarətə almaq üçün nəhəng hərbi-siyasi əməliyyata başladı. Ancaq elə bir açıq və gizli beynəlxalq müqavimətlə üzləşdi ki, bu dünya hegemonluğu əməliyyatından geriyə yalnız Yaxın Şərqin xarabalıqları qaldı.

Ağ Evin Yaxın Şərqdə hərbi kampaniyaya illərlə xərclədiyi yüz milyardlarla dollar havaya sovrulmuş oldu, ağır hərbi-siyasi məğlubiyyət ABŞ-ın tədricən öz beynəlxalq mövqelərini itirməsinə yol açdı. Yəni, ABŞ-ın dünya hegemonluğunu rəsmiləşdirmək planları 11 sentyabr terror aksiyası nəticəsində dağılmış əkiz qüllələrin qopardığı tozanağın içərisində yox olub, getdi.

11sentyabr-ekiz-qulle.PNG (291 KB)

Məsələ ondadır ki, Ağ Evin başı Yaxın Şərq kampaniyasına qarışdığı müddətdə ABŞ-ın iki önəmli beynəlxalq rəqibi peyda olmuşdu. Çin sürətlə inkişaf edərək, yaxın gələcəyin supergücünə çevrilmək potensialı ilə hər kəsin diqqətini çəkə bilmişdi. Eyni zamanda, keçmiş SSRİ-nin dağılmasından sonra beynəlxalq mövqelərini itirən və hərbi-siyasi iradəsi o qədər də ciddiyə alınmayan Rusiya yenidən dirçəlmişdi. ABŞ-a müqavimət göstərmək imkanlarını bərpa etmişdi.

Yəni, Ağ Ev Yaxın Şərqdə şəriksiz dünya hegemonluğunun arxasınca düşdüyü dövr ərzində ABŞ özünə iki qüdrətli rəqib qazanmışdı. Deməli, artıq dünya hegemonluğu iddialarında ABŞ-ın şərikləri var. Və onların öhdəsindən eyni vaxtda gəlmək mümkün deyil.

Düzdür, Ağ Ev həmin ölkələrin hər ikisini eyni vaxtda ABŞ-ın beynəlxalq düşmənləri elan edib. Ancaq ABŞ istənilən halda, Çin və Rusiya ilə növbəlilik prinsipinə uyğun mübarizəyə məcburdur. Və bütün müşahidələr göstərir ki, Ağ Ev ilk hədəf kimi Rusiyanı seçmək qərarına gəlib.

Hazırda ABŞ əsasən NATO vasitəsilə Rusiyanın üzərinə gedir. Rusiyanın bütün Qərb sərhədlərini NATO hərbi bazaları ilə əhatələməklə, Rusiyanı öz içərisinə sıxışdırmağa çalışır. İndi bu proses əsasən Rusiyanın dəniz sərhədlərində davam etdirilir.

1559310806_d.jpg (72 KB)

Ancaq son baş verənlər Qara dəniz hövzəsində NATO-nun vəziyyətinin ümidverici olmadığını göstərir. Belə ki, Qərb ekspertləri NATO-nun Qara dənizdə Rusiya üzərində üstünlük qazanmasının mümkün olmadığını düşünürlər. Onların fikrincə, ən azından yaxın gələcəkdə həm ABŞ, həm də NATO buna nail ola bilməyəcək.

NATO-nun Qara dəniz hövzəsindəki hərbi təlimlərindən sonra yaranmış hərbi-siyasi mənzərə olduqca sadədir. Yəni, bu su hövzələrində hərbi toqquşmaların baş verəcəyi təqdirdə, qalib tərəfin əvvəlcədən proqnozlaşdırılması üçün elə bir qəliz faktor mövcud deyil. Əksər Qərb ekspertləri hesab edirlər ki, NATO-nun Qara dənizdə Rusiya ilə müharibədə qələbə şansı demək olar, yoxdur.

Onu da qeyd edək ki, Kremldə də bu reallığı tam dəqiqliyi ilə nəzərə alırlar. Rusiyanın hərbi-siyasi dairələri hesab edirlər ki, bu ölkəyə qarşı savaş qərarı vermək cəsarəti hazırda Kremlin heç bir rəqibində yoxdur. Və Kremldə bu reallığı daha çox üçüncü dünya müharibəsi ehtimalına bağlayırlar.

Situasiyanı tam aydınlaşdırmaq üçün Rusiya prezidenti Vladimir Putinin bir müddət öncə dilə gətirdiyi açıqlamaya diqqət etmək yetərlidir. Kreml sahibi Böyük Britaniya hərbi gəmisi ilə bağlı beynəlxalq qalmaqala eyham vuraraq, bildirib ki, "Rusiya hərbi donanması Krım sahillərinə yaxınlaşan Britaniya gəmisini dənizin dibinə göndərsəydi belə, üçüncü dünya müharibəsi başlanmazdı".

photo_127479.jpg (44 KB)

Təbii ki, Kreml sahibi bu açıqlama ilə Rusiyanın rəqiblərinə müəyyən mesajlar verməyə çalışır. Bir tərəfdən Rusiyanın öz beynəlxalq mövqelərini qorumaq üçün üçüncü dünya müharibəsindən belə, çəkinməyəcəyini qabardır. Digər tərəfdən isə Rusiyanın rəqiblərinin cəsarətsizliyinə eyham vurur. Və Kremlin ən sərt addımlara, hadisələrin hətta üçüncü dünya müharibəsi istiqamətində inkişafına belə, hazır olduğunu qabardır.

Maraqlıdır ki, ABŞ və Qərb də Rusiya ilə savaşın ən real nəticəsinin ağır hərbi məğlubiyyət ola biləcəyini anlayır. Yəni, prezident Vladimir Putinin bu qədər ölkəsinin hərbi qüdrətindən əmin danışması da bu baxımdan, qətiyyən yersiz deyil. Və bundan sonrası artıq Ağ Evin əsas problemləri sırasına daxildir.

Təbii ki, Ağ Evin də geri çəkilməyəcəyi qətiyyən şübhə doğurmur. Nəzərə almaq lazımdır ki, Qara dənizdə hərbi-siyasi gərginliyin təməlində məhz Rusiya tərəfindən ilhaq olunmuş Ukraynanın Krım yarımadasının statusu yatır. Böyük ehtimalla Ağ Ev bu gərginlik faktorundan bundan sonra da Rusiyaya qarşı istifadə etməkdə israrlı davranacaq.

Ancaq Kreml bu faktoru nəzərə almamış deyil. Krımı ilhaq etdikdən sonra Rusiya Qara dəniz donanmasını yeni döyüş gəmiləri ilə ciddi şəkildə gücləndirməyə başlayıb. Və bu, ABŞ-ın NATO üzərindən qurduğu planları əhəmiyyətdən sala bilər.

1464072514_img2090543.jpg (27 KB)

Məsələ ondadır ki, NATO-nun regionda hansısa dövlətin dəstəyinə ümid bəsləməsi də tamamilə yersizdir. Türkiyə NATO üzvü olsa da, Rusiya ilə hərbi və iqtisadi əməkdaşlığa böyük önəm verir. Ukrayna, Rumıniya və Gürcüstanın dəstəyinin isə NATO hərbi dəniz qüvvələrinin üzünə öz limanlarını açmaqdan uzağa getməyəcəyini anlamaq o qədər də çətin deyil. Bunun əksinə olaraq, Rusiyanın Qara dənizdə istənilən hərbi rəqiblə savaş potensialına sahib olması NATO-nun qələbəsinə ümidlərin reallıqdan uzaq qaldığını təsdiqləyir.

Bütün bunlar onu göstərir ki, ABŞ və NATO-nun Rusiya üzərində qurmağa çalışdığı təzyiq kampaniyası Ağ Evin hegemonluq planları üçün o qədər də yararlı deyil. Ağ Evin bu planları reallaşdıra bilməsi üçün üçüncü dünya müharibəsinə çevrilmə ehtimalı olan bir savaşa başlamağa ehtiyacı var. Halbuki, ABŞ belə imkanları, cəsarəti hazırda mövcud deyil.

Kremldə də bu reallığı tam dəqiqliyi ilə bilirlər. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bir müddət öncə bəyan etmişdi ki, nüvə pariteti qorunduğu üçün hazırda dünya müharibəsinin baş verməsi mümkün deyil. O, vurğulamışdı ki, Rusiya bu pariteti pozmaq cəhdlərini əngəlləmək və ABŞ-ın qabaqlayıcı nüvə zərbəsindən qorunmaq üçün kompleks addımlar atmaqda davam edir.

Bütün bunlardan belə anlaşılır ki, Rusiya ABŞ da daxil olmaqla, heç bir beynəlxalq rəqibindən çəkinmir. Hətta dünyanın nüvə potensialının nəzarətdə saxlanmasında da önəmli siyasi iradəyə sahibdir. Bu baxımdan, üçüncü dünya müharibəsinin nə vaxt başlayacağı ilə bağlı suallara yəqin ki, Kremldə daha dəqiq cavab verə bilərlər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam