Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

"Dərin güc"lərin savaşı: Çin çökdürülür, online satış platformalarının və sosial şəbəkələrin dövrü bitir...

 

 Prezident Donald Trampın öz postunu qoruya biləcəyi təqdirdə, əsas hədəflərin sırasına nəhəng texnologiya şirkətlərinin, media quruluşlarının və bəzi internet resurslarının da əlavə ediləcəyi gözlənilir...

Yenixeber.org: Dünya düzəninin yenilənəcəyi ilə bağlı iddialar hazırda əsas müzakirə mövzuları sırasında ön plana çıxmış kimi görünür. İndi hər kəs yeni dünyanın necə olacağını təsəvvür etməyə çalışır.

Əlbəttə ki, bu, təəccüblü deyil. Çünki hər kəs eyni “gəmi”dədir. Ona görə də əksər insanların ümumi “gəmi”nin yeniləndikdən sonra hansı üstünlüklərinin və ya çatışmazlıqlarının ola biləcəyi ilə maraqlanması tamamilə normal haldır. Eyni zamanda, "gəminin üzəcəyi okean və tutacağı istiqamət" də böyük önəm daşıyır.

Təbii ki, bundan narahatlıq keçirənlər də, dünyanın yenidən dizayn edilməsinin vacibliyinə əmin olanlar da kifayət qədərdir. Bəziləri yeni dünyanın bəşəriyyət üçün daha qeyri-məqbul həyat şərtləri vəd etdiyini düşünürlər.

Onların fikrincə, "yeni dünya gəmisi" nə qədər cəlbedici şəkildə dizayn edilsə belə, onun "Titanik"in taleyini yaşama ehtimalı nəzərdən qaçırılmamalıdır. Bu ehtimala müxalif olanlar isə elə məhz indiki dünya düzəninin mövcud durumunu "Titanik"in taleyinə doğru irəliləyiş kimi təqdim edirlər. Və yeni dünya düzənindən daha çox ədalət gözlədiklərini qabardırlar.

unnamed.jpg (48 KB)

Ağ Evin son davranışlarına diqqət etdikdə, ABŞ-ın məhz Çini bir dövlət kimi, dünya xəritəsindən silməyi hədəflədiyi ilə bağlı ehtimallar kifayət qədər inandırıcı görünür...

 

Amma bir də hazırda dünyada baş verənləri "dərin güclərin hesablaşması"nın nəticəsi kimi təqdim edirlər var. Onların fikrincə, "dərin hesablaşmalar"ın nəticələri hec vaxt bəşəriyyətə faydalı olmayıb. Və bu dəfə də olmayacaq.

Diqqət etdikdə sonuncu yanaşma variantının daha praqmatik olduğunu düşünmək olar. Hər halda, dünyada cərəyan edən son proseslərin istiqamətləri buna əminlik yaradır.

Məsələ ondadır ki, epidemiyanın yayılmasından sonra ABŞ-Çin münasibətləri daha da gərginləşməkdə davam edir. Ağ Ev Çinə qarşı genişmiqyaslı siyasi-psixoloji hücuma keçib. Çin bəşəriyyəti fəlakətə sürükləməkdə, dünya iqtisadiyyatının çöküşünə səbəb olmaqda suçlanır.

Tramp administrasiyası Çinin beynəlxalq məhkəməyə verilməsi və dünya iqtisadiyyatına vurduğu ziyana görə 5 trilyon dollara yaxın məbləğdə təzminat ödəməsi üçün ciddi hazırlıq içərisindədir. Əgər, buna nail olunarsa, Çin indiki inkişaf səviyyəsi ilə vidalaşıb, dünyanın səfalət içərisində olan dövlətlərindən birinə çevrilə bilər. Və hətta bu halda, Çinin parçalanması, əvəzində bir neçə dövlətin yarana biləcəyi də istisna deyil.

Ağ Evin son davranışlarına diqqət etdikdə, ABŞ-ın məhz elə Çini bir dövlət kimi, dünya xəritəsindən silməyi hədəflədiyi ilə bağlı ehtimallar kifayət qədər inandırıcı görünür.

_111226873_mediaitem111226872.jpg (51 KB)

İddialara görə, həm Çin, həm də Ümumdünya Səhiyyə Təşkilatı Tramp administrasiyasının arxasında olan "dərin güc"ün rəqiblərinin himayəsi altındadır...

 

Amma hədəfdə yalnız Çin deyil, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da Ağ Evin qəzəbinə tuş gəlib. Belə ki, bu təşkilat Çinə epidemiyanın yayılmasını dünyadan gizlətməyə yardım etməkdə suçlanır. Və bu ittihamda həqiqət payı da olmamış deyil. Hər halda, Çində epidemiyanın yeni başlandığı dövrdə ÜST virusun dünyaya yayılma təhlükəsinin olmadığını bəyanlamışdı.

Amma Ağ Evin Çinə və ÜST-ə yönəlmiş qəzəbinin bir də səhnəarxası səbəbləri var. Belə ki, iddialara görə, həm Çin, həm də ÜST Tramp administrasiyasının arxasında olan "dərin güc"ün rəqiblərinin himayəsi altındadır.

Əslində, bu "dərin güclər"in savaşı dünyanın yenidən dizayn edilməsində əsas müəyyənləşdirici faktor hesab olunur. Çünki bu savaş yeni başlamayıb. Həmişə mövcud olub. Sadəcə, indi həlledici mərhələyə keçib.

Keçmiş SSRİ-nin dağılmasından sonra Çin gələcək taleyi müəmmalı olan dövlət hesab edilirdi. Ancaq Çin nəinki çökmədi, əksinə sürətli iqtisadi inkişaf sayəsində dünyanın yeni supergücü olmaq iddiasına düşdü. Hətta bəzi ehtimallara görə, Çinin 2030-cu ilə qədər dünyanın şəriksiz hegemon dövləti ola biləcəyi istisna deyildi.

unnamed (1).jpg (66 KB)

ABŞ-da bir-biriylə savaşan "dərin güclər"dən biri dağılmış SSRİ-dən boşalan yerə məhz Çini yerləşdirməyə çalışırdı...

 

Məsələ ondadır ki, ABŞ-da bir-biriylə savaşan "dərin güclər"dən biri dağılmış SSRİ-dən boşalan yerə məhz Çini yerləşdirməyə çalışırdı. Bu, reallaşacağı təqdirdə, dünyanın idarə olunması tək bir mərkəzdə - öz maliyyə-iqtisadi dəstəyi ilə Çini ön plana çıxaran "dərin güc"ün əlində cəmləşəcəkdi.

Yəni dünyanı Çin, Çini də səhnə arxasından onlar idarə edəcəkdi. Və bu hədəfə çox yaxınlaşsalar da, Donald Trampı hakimiyyətə gətirənlər buna müqavimət resursları tapa bildilər.

İddialara görə, hazırda məhz epidemiyanın yayılmasıyla, Çinin dünya supergücü olmaq şansını məhdudlaşdırmağa çalışırlar. Və Çinlə yanaşı, rəqib "dərin güc"ün himayəsində olanların hamısı hədəfə alınıb.

Maraqlıdır ki, Böyük Britaniya da hazırda ciddi təzyiqlər altındadır. Çünki Çinə investisiya yatırımlarının əsasən bu ölkə üzərindən edildiyi iddia olunur. Çin mənşəli bütün milyarderlərin Londondan himayə edildiyi bildirilir. Və son baş verənlərə əsasən, çinli milyarderlərin xilas üçün güvəndikləri ingilis himayədarların onlara dəstəyinin yetərli olmaya biləcəyini də düşünmək mümkündür.

20170-1531296402.jpg (38 KB)

İndi rəsmi Londonun qarşısında dayanan əsas problem Böyük Britaniyanın Çinlə münasibətlərinin məhdudlaşdırılması tələblərinə verilə biləcək ən doğru cavabın tapılmasıdır...

 

Məsələ ondadır ki, baş nazir Boris Consonun virusa yoluxdurulmasıyla verilən mesajdan sonra Londonda daha təmkinli davranmağa üstünlük verirlər. Hətta sağaldıqdan sonra baş nazirin özü də ortalıqda çox görünməməyə çalışır.

İndi rəsmi Londonun qarşısında dayanan əsas problem Böyük Britaniyanın Çinlə münasibətlərinin məhdudlaşdırılması tələblərinə verilə biləcək ən doğru cavabın tapılmasıdır. Çünki tələblərin sırasında Böyük Britaniya ilə yanaşı, İtaliya və Çinin də yer aldığı nəhəng iqtisadi layihələrdən imtina olunması, eləcə də Çin iqtisadiyyatına investisiya axınının durdurulması, Çin şirkətləri ilə ticari əlaqələrin kəsilməsi kimi önəmli xəbərdarlıqlar da yer alır.

Tələblər qulaqardına vurularsa, Çin şirkətləri ilə yanaşı, ingilis şirkətləri də hədəf taxtasına çıxarıla bilər. Hər halda, son məlumatlara görə, 50-yə yaxın nəhəng Çin şirkətinə qarşı sanksiyaların hazırlanması haqda bəyanat Ağ Evdəkilərin zarafat etmədiklərini göstərir.

Üstəlik, Böyük Britaniyanı ABŞ-ın əsas beynəlxalq müttəfiqi hesab edənlərin də hazırda Ağ Evdə olmadıqlarını nəzərə aldıqda, vəziyyətin kifayət qədər ciddi olduğu şübhə doğurmur. Və bəzi Avropa dövlətlərinə aid şirkətlərin artıq analoji sanksiyalara məruz qalmaqda olduğu da bunu təsdiqləyir.

62983.jpg (28 KB)

İqtisadiyyatı böhrana uğradılan Çinin uzun müddət ayaqda qala biləcəyi o qədər də inandırıcı görünmür. Hər halda, milyard yarımlıq əhalini doydurmaq və bahalı nəhəng ordunu təmin etmək elə də asan məsələ deyil...

 

Belə anlaşılır ki, Ağ Ev Çinin dünya dövlətləri ilə iqtisadi əlaqələrini kəsməyə çalışır. Böyük ehtimalla əsas hədəf kimi ticarət əlaqələrini pozmaqla, Çin iqtisadiyyatının tamamilə çökdürülməsinə çəhd göstərir. Çünki iqtisadi-ticari əlaqələr qırılarsa, nəhəng istehsal emalatxanası olan Çinin çökməsi tezləşə bilər.

İqtisadiyyatı böhrana uğradılan Çinin uzun müddət ayaqda qala biləcəyi isə o qədər də inandırıcı görünmür. Hər halda, milyard yarımlıq əhalini doydurmaq və bahalı nəhəng ordunu təmin etmək elə də asan məsələ deyil.

Ehtimallara görə, Çinin çökdürülməsi prosesi sona qədər davam etdiriləcək. ABŞ-da keçiriləcək prezident seçkilərindən sonra isə daha bir önəmli prosesə start verilə biləcəyi istisna deyil. Belə ki, prezident D.Trampın öz postunu qoruya biləcəyi təqdirdə, əsas hədəflərin sırasına nəhəng texnologiya şirkətlərinin və bəzi internet resurslarının da əlavə ediləcəyi gözlənilir.

Məsələ ondadır ki, Çin şirkətlərinin xarici ticarətində önəmli rol oynayan online satış şəbəkələrinin fəaliyyətinin məhdudlaşdırılacağı bildirilir. Eyni zamanda, rəqib "dərin güc"ün himayəsində olan nəhəng media quruluşlarının çökdürülməsinə cəhd göstəriləcəyi, sosial şəbəkə platformalarının sıradan çıxarılıb, onların yeniləri ilə əvəzlənəcəyi də iddia olunur.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert

13331023_1081110595260992_3771441806828143088_n.jpg (72 KB)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam