Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Paşinyan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır-ŞƏRH

Yenixeber.org: Azərbaycan-Ermənistan sərhədində 2020-ci ilin "İyul ssenarisi" təkrarlanır. Paşinyan yenə də vəziyyəti qəsdən gərginləşdirmək qərarına gəlib. Keçən il erməni qoşunları fəal və məqsədyönlü şəkildə sərhəd münaqişəsini təhrik edirdi – münaqışəni Qarabağ hərbi əməliyyatlar teatrından dövlətlərarası qarşıdurmaya çevrmək məqsədi ilə. Ermənilər xain planlarlarını gizlətmirdilər - münaqişəyə üçüncü qüvvəni, daha doğrusu KTMT və Rusiyanı cəlb etmək istəyirdilər. Eyni zamanda özünün dərin strateji düşüncəyə malik olduğuna inanan Paşinyan fikirləşib ki, belə bir təsir yolu  ilə Ermənistan Azərbaycanı gözlənilməz nəticələri olan yeni bir müharibə reallığı ilə qorxudacaq və Bakı üçün uyğun bir kompromis mövqeyi tutmaqdan başqa yol qalmayacaq. Belə bir "ağıllı strategiya", daha doğrusu, Paşinyanın ağılsızlığı Ermənistan üçün kədərli hərbi macəra ilə nəticələndi. Erməni xalqı bu günə qədər bu strategiyanın bəhrəsini özündə hiss edir.

Dəhşətli hərbi məğlubiyyət də Ermənistan hakimiyyətini özünə gətirmədi. Son günlərdə baş verən hadisələrin də göstərdiyi kimi, Ermənistan höküməti reallıq hissini tamamilə itirib. "Moskva formatında" danışıqlara xələl gətirən Paşinyan yenə də keçmişdə Ermənistanı ağır məğlubiyyətə sürükləyən strategiya seçib. Azərbaycanla sərhəd toqquşmaları barədə xəbərlər Ermənistanın informasiya və siyasi həyatının boz gündəliyini doldurub.

 

 

Sərhəddə ilk böyük hərbi qarşıdurma müsəlmanlar üçün müqəddəs bir gündə - Qurban Bayramında baş verib. Ermənistan müharibə dövrü üçün də yazılmamış qanunlara məhəl qoymadan, yeni bir təxribata əl ataraq Azərbaycan mövqelərinə hücum edib. Azərbaycan isə Olimpiya sakitliyi nümayiş etdirib. İkinci böyük hərbi təxribat Olimpiya Oyunlarının başlamasına təsadüf edib. Həm Elid, həm də Ellada bütpərəstlik dövründə belə, Olimpiya Oyunları zamanı qan tökülmürdü. Lakin xristian Ermənistan getdikcə təkçə yazılı qanunları deyil, həm də yazılmamış qanunları pozaraq, qeyri-insani davranış nümayiş etdirir. Yalnız Azərbaycan qanını deyil, həm də erməni qanını tökməklə.

 

Ancaq gəlin pafosdan ayrılıb özümüzə əsas sualı verək - Ermənistan niyə vəziyyəti gərginləşdirir? Hərbi məğlubiyyətə uğrayan ermənilər üçün müəyyən mənada qəddar olsa da, yenə də aydın bir həqiqətlə, yeni reallıqla – qoşunların təmas xəttinin və şərti cəbhə xəttinin Ağdamdan və ya Füzulidən deyil, Zəngəzurdan (Sünik) və Göyçədən (Sevan) keçməsi ilə barışmağın vaxtı deyilmi? Ermənistan situasiya ilə barışmaq istəmir və bunun üçün acınacaqlı reallığı rədd edir. Ancaq eyni zamanda, erməni generalları ermənilər üçün bu kədərli status-kvonu dəyişdirə bilmirlər. Erməni generallarına pis rəqqas kimi yalnız bir şey mane olur - döyüşə hazır silahlı qüvvələrin olmaması. Və nədənsə, məğlub olduğları müharibədən sonra ortaya çıxan reallığı dəyişdirmək üçün, Ermənistanda yeni bir ximeraya - ötən əsrin əvvəllərində yaranan ütopik fikrə inanırdılar. Guya, döyüş meydanlarında yeni, inqilabi və döyüşə hazır ordu doğulur. Bu yəqin ki, belədir, amma bu döyüş meydanında baş verir, kiçik mübahisə meydanında yox....

Ermənistan yeni hiyləyə əl ataraq, hərbi əməliyyatlarının başlamasına gətirən Paşınyanın “ağıllı strategiyasını” həyata qaytarıb. Döyüşlər hər yerdə, bütün sərhəd boyu davam edir - Laçında, Kəlbəcərdə, Tovuzda, Gədəbəydə ... Və yeni vəziyyətdə ermənilər üçün ən dəhşətlisi bu dəfə müharibənin öz ərazilərinə yayılması təhlükəsidir. Paşinyanın ilk strategiyası Azərbaycan qoşunlarını Ermənistan sərhədlərinə gətirib. İkincisi daha acınacaqlı nəticələrə gətirib çıxaracaq.

 

Paşinyanın başqa çarəsi yoxdur. Hərbi-siyasi məğlubiyyətin nəticələrinə əlavə olaraq, koronavirus böhranının dərinləşməsi gözlənilən payız böhranı və yeni ac qış ərəfəsində Ermənistan iqtisadiyyatını çökdürür. Parlament seçkilərindən sonra Köçəryan və üsyançılar oyundan kənarda qaldılar və hökumətin siyasətindəki yeni səhvləri asanlıqla "Rus partiyası" na aid etmək mümkün deyil. Diaspora ilə Qərbin payladığı vəsaitlər Paşinyana vəziyyəti bu qədər tez xilas etməyə və hətta düzəltməyə kömək edə bilməz. Vaxt lazımdır. Paşinyanda isə artıq vaxt yoxdur. Çünki onun vaxtı tükənir.

Beləliklə, Paşinyan sınanmış və hiyləgər bir üsuluna əl atdı - bütün uğursuzluqlarını "üçüncünün" üstünə atmaq, baxmayaraq ki, Ermənistan ordusunun tam məğlubiyyəti şəraitində azərbaycanlıların yeni əks-hücumunu dayandıracaq kimsə yoxdur. Yeni vəziyyətdə, keçən il olduğu kimi, Paşinyan da Azərbaycanı “üçüncü” elan edib. Müharibənin miqyası və faciəli nəticələri barədə düşünmədən!

Paşinyanın sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı danışıqlara qarsı açıq təxribatını başqa cür necə izah etmək olar? Axı, imzanızın olduğu müqavilənin tələblərini yerinə yetirərək qərar vermək və razılığa gəlmək daha ağıllı və asandır, elə deyilmi? Niyə  bu müqavilə və ya təslim aktını imzalamaq lazım idi? Daha sonra təxribat həyata keçirib icra etməmək üçün? Xeyr, belə olmur.

Sərhəd mübahisələrinin həlli ilə bağlı Moskvada keçirilən ən vacib danışıqlar ərəfəsində vəziyyəti gərginləşdirmək nə üçün lazım idi?

Diplomatik mənbələrdən haqqin.az-a daxil olan məlumata görə, yaxın günlərdə Moskvada danışıqların yeni mərhələsi gözlənilirdi. Və sözün əsl mənasında, yeni taleyüklü razılaşmadan bir neçə saat əvvəl İrəvan Rusiyanın vasitəçiliyi ilə aparılan danışıqları ləğv edib.

Yoxsa kimsə Paşinyana atəşkəsi pozmağı məsləhət gördü? Təəccüblüdür ki, Ermənistan baş nazirinin inadkar susqunluğu fonunda – o, Azərbaycanla sərhəddə baş verən hadisələrə münasibət bildirmədi, - Ermənistan hökumətinin rəsmi nümayəndəsi kimi daha çox Jonatan Lokan (Fransanın Yerevandakı səfiri) çıxış edir. Paşinyan yox, Lokan Azərbaycanı hədələyir. Paşinyan deyil, Lokan Rusiyanın sülh planını rədd edir. Paşinyan yox, Lokan son illərdə “Ermənistanın yeni ağıllı strategiyası” nı müəyyənləşdirir. Bəli, Makronun Yelisey Sarayının İrəvana köçürülməsi ilə barışdıq.

Və uduzan təkcə Paşinyan deyil. Liviyada, Mərkəzi Afrikada, Livanda eyni dərəcədə biabırçı məğlubiyyətə uğramış Makron, Bonapartizm və Qollizmin parıltısını itirmiş Fransanın mövqelərindən asılı olmayaraq hələ də Azərbaycana qarşı çıxış edir.

Belə  vaxtda ABŞ səfirinin yeni cəbhədə, Azərbaycanla sərhəddə görünməsi bir çox suallar doğurur. Xüsusilə Paşinyanın NATO hərbi kontingentinin Azərbaycanla sərhəddə yerləşdirilməsi barədə təkidli açıqlamasından sonra. NATO-ya ehtiyacımız yoxdur, amma Paşinyanın münaqişəni beynəlmiləlləşdirməkdən başqa yolu yoxdur. Paşinyan məhkumdur və bu zərərli reallığın mahiyyətini ondan yaxşı heç kim anlamır. Amma Paşinyan özü ilə birlikdə "qanlı Sevan burulğanına" bütün erməni xalqını və onunla birlikdə bütün bölgəni - Qafqazı çəkir.

Yeni bir müharibə, Paşinyanın, Yerevandakı Yelisey Sarayının, həmçinin Mərkəzi Kəşfiyyat İdarəsinin təlimçilərinin birgə seçimdir. Yalnız indi də, son müharibədə olduğu kimi, bunun əvəzini erməni xalqı ödəməli olacaq. İrəvan bu barədə düşünməlidir ...

Elnur Eminoğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam