Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Paşinyan sərhəd bölgəsindədir–3-cü Qarabağ döyüşləri başlaya bilər?

 
Nikol Paşinyan Ermənistan polis rəisi Kazaryanın  və onlarla polis əməkdaşının müşayiəti ilə Qazax rayonu ilə həmsərhəd Tavuş bölgəsinə gedib.
 Yenixeber.org: Erməni sosial mediasının yaydığı məlumata görə, Paşinyan səfər çərçivəsində yerli özünüidarəetmə orqanları ilə Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyasi və demarkasiyası ilə bağlı məsələləri müzakirə edəcək. 
Erməni sosial mediası narahatdır ki, Paşinyan artıq Qazax rayonunun işğal altında olan 7 kəndini qaytarmaq məcburiyyətindədir və bu məsələsini yerli hakimiyyətlə razılaşdırmaq, kəndlərdəki əhalini evukasiya etmək niyyətilə bölgəyə yollanıb.
 
Əgər sərhədlərin delimitasiyası prosesində SSRİ dağılmamışdan əvvəlki sovet xəritələrinə istinad olunacaqsa, Ermənistan Tavuş rayonunda birtərəfli güzəştlərə gedəcək və strateji əhəmiyyət daşıyan bir sıra yaşayış məntəqələrini Azərbaycana təhvil verəcək”, - Telegram şəbəkəsinin erməni seqmentinə aid bəzi səhifələri bu təxminləri irəli sürürlər.




 
Maraqlıdır ki, Paşinyanın bu səfərindən sonra ermənilər Kəlbəcərdəki mövqelərimizi atəşə tutublar. Görünür, erməni lideri komandasına Azərbaycana aid torpaqları niyə təhvil verməli olduqlarını başa sala bilməyib. Onun bu niyyətini boykot etmək üçün erməni hərbi qüvvələri təxribatlara başlayıblar. 
 
Bu iddialar öz təsdiqini taparsa, sülh təşəbbüslərinin ermənilər tərəfindən pozulmasını əsas gətirən rəsmi Bakının ölkə ərazilərini işğaldan azadetmə əməliyyatına başlamaqdan başqa yolu qalmayacaq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam