Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Paşinyan özünü çuqçvanqa sürüklədi –Səfir dəyişimi

 

KTMT-nin Astana sammitində Ermənistan üçün qəbul edilən alçaldıcı qərardan sonra rəsmi İrəvan hərarətli şəkildə çətinləşən vəziyyətdən çıxış yolu axtarır. Vaxt da erməni hökumətinin əleyhinə işləyir – Qərblə oynadığı oyunlar nəticəsində Paşinyan özünü ən ağır çuqçvanqa (şahmatda növbəti gedişin vəziyyəti daha da ağırlaşdırdığı situasiya) sürüklədi və indi də hər dəqiqəni qazanmağa çalışır.

Yenixeber.org: Ermənistan mətbuatı bu gün Ermənistanın Qazaxıstandakı səfiri Ara Saakyanın geri çağırıldığını yazıb. Bundan cəmi bir neçə saat sonra isə onun yerinə Qagik Kalaçyan təyin edilib.

Yeni təyin olunan səfir KTMT-nin işi ilə yaxından tanışdır. Başqa sözlə desək, o, təşkilatın daxilindəndir – 2001-2004-cü illərdə KTMT-nin daimi şurasının üzvü olub. 2009-2011-ci illərdə isə Ermənistanın Yunanıstan, Albaniya və Serbiyadakı səfiri olub.

Astana sammitinin Ermənistan üçün rüsvayçılıqla yekunlaşmasından dərhal sonra erməni mətbuatında Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Ermənistana qarşı razılaşması ilə bağlı ittihamlar səsləndirilib.

Qeyd edək ki, KTMT baş katibliyi ilə bağlı məsələ 8 noyabrda Astanada müzakirə edilib. Paşinyan 2020-ci ilə qədər baş katiblik postunun Ermənistana aid olduğunu əsas gətirərək, Xaçaturovun yerinə digər namizəd irəli sürüb. KTMT ölkə liderləri isə buna qarşı çıxıb və rus əlifbasına uyğun olaraq, baş katib növbəsinin Belarusa çatdığını bildiribər.

Belarus artıq namizədini də irəli sürüb.

Yekun qərar 6 dekabrda Sankt-Peterburq sammitində veriləcək.(axar)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam