Paşinyanın Minskdə uğursuz cəhdləri...-FOTOLAR
Xəbər verildiyi kimi iyulun 17-də Belarusun paytaxtı Minskdə Avrasiya İttifaqı hökumətlərarası şurasının iclası olub. Ölkəsində koronavirusla bağlı vəziyyətin getdikcə pisləşməsinə və Azərbaycanla münaqişənin kəskinləşməsinə baxmayaraq Ermənistan baş naziri Nikol Paşinyan bu iclasa qatılıb.
Yenixeber.org: “qazeta.ru” belə kritik məqamda Paşinyanın nədən Minskə uçduğunu araşdırmağa çalışıb. Sayt yazır ki, onun Minskə gəlişi çoxları üçün gözlənilməz olub. Belə ki, Paşinyan iyunun 26-da Moskvadakı Qələbə paradına qatılmaqdan imtina etmişdi və bunun səbəbini ölkəsində koronavirusla bağlı vəziyyətin pisləşməsi ilə əsaslandırmışdı. O vaxtdan bəri isə koronavirusla bağlı vəziyyət yaxşılaşmayıb, əksinə, pisləşib. Üstəlik Azərbaycanla sərhəddə açıq münaqişə başlayıb. Belə bir vaxtda isə ali baş komandanın Yerevanda olması lazım idi.
Rusiya nəşri qeyd edir ki, bu məntiqsiz adddım Avrasiya İtttifaqı hökumətlərarası şurasının iclasından fürsət kimi istifadə edib Rusiyanın Azərbaycanla Ermənistan arasında kəskinləşən münasibətlərdə daha fəal mövqe tutmasına nail olmaq idi.
Lakin Paşinyanın Minskdə sərgilədiyi mövqe onun üçün kifayət qədər vərdiş edilmiş formada olub. Söhbət banal vurnuxmadan gedir. “Bir tərəfdən erməni baş nazir Bakı ilə münaqişənin dinc yolla nizamlanması haqda danışdı, digər tərəfdən isə hər qabağına keçənə, görüşdüyü hər kəsə sərhəddə baş verənlər barədə Yerevanın gördüyü “həqiqətləri” danışdı”,-nəşq yazır.
Qazeta.ru qeyd edir ki, Paşinyan Qələbə paradına gəlməkdən imtina edəndə Moskvada bunu birmənalı şəkildə Rusiya üçün prioritet olan Avrasiya inteqrasiya proseslərinin axsamasının erməni baş nazir tərəfindən bariz şəkildə nümayiş etdirilməsi kimi qəbul ediblər. “İndi isə erməni baş nazirin “yeni hədiyyəsi”-Moskvanı Azərbaycanla münaqişəyə çəkmək cəhdləri ortadadır”,-məqalədə deyilir.
Bildirilir ki, Paşinyan KTMT-nin Ermənistanı qorumalı olduğu haqda öhdəliyi ilə çox primitiv oynayır. İndi Rusiyanın və KTMT-nin tərəfləri Yerevanın istədiyi kimi “ayırmaqdan” imtina etməsi isə bu blokun işə yaramadığını göstərməyə yönələn təhdid özündə əks etdirir. Moskva isə aydın məsələdir ki, bundan qaçmaq istərdi.
Rusiya online nəşri Paşinyanın özünün əvvəlcədən KTMT-yə soyuq yanaşdığını xatırladır. Çünki o müxalifətdə olanda Ermənistanın təşkilatdan çıxmasını tələb edirdi. Hakimiyyətə gələndə isə Paşinyan KTMT-nin baş katibi Yuri Xaçaturovu həbs etdi, onunla hansısa şəxsi hesab çürütməyə çalışdı. Daha sonra isə Ermənistan KTMT-nin yeni rəhbərinin təyinatını xeyli tormozladı.
Nəşr bu məqamda xatırladır ki, Paşinyan ABŞ-dan dəstəklənən etirazlar sayəsində hakimiyyətə gəlib, onun komandasında Soros fondu ilə əlaqəsi olan çoxlu tərəfdaşları toplaşıb. Ona görə də Moskva rəsmən büruzə verməsə də Paşinyan bütün bunların Rusiyanın yadından çıxdığını düşünməsin. O cümlədən Putinlə qrafikdən kənar görüşmək üçün Paşinyanın göstərdiyi axmaq, yersiz cəhd Moskvanın yadından çıxmayıb. O vaxt Paşinyanı baş nazir postunu tutan Dmitri Medvedyev tələsik qəbul eləmişdi.
“Ona görə də Ermənistanın baş naziri açıq-aşkar Moskvanın yüz faizli dəstəyinə arxayın olmağa ümid bəsləməsin. Ermənistan-Azərbaycan qarşıdurmasında Kreml prinsipial şəkildə hər iki tərəfdən bərabər məsafə saxlayır. 2019-cu ildə XİN rəhbəri Sergey Lavrov Moskva və Bakının münasibətlərinin strateji tərəfdaşlıq fundamentinə söykəndiyini bəyan edib”,-nəşr yazır.