Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Paşinyan Putini dilemma qarşısında qoyub: Rusiya Ermənistanın yox olmasına ya göz yummalı, ya da bunu özü tezləşdirməlidir

 

Kremlə yaxın siyasi dairələr hesab edirlər ki, Ermənistan dövlətçiliyinin "təmir edilməsi" ilə bağlı eksperiment artıq iflasa uğramaq üzrədir; Əsas səbəb isə "erməni mentaliteti"nin keçmişdən qopa bilməməsi və yeni regional reallığa uyğun gəlməməsi ilə bağlıdır...

Yenixeber.org: Ermənistanda nə baş verir? Bu sual hazırda Cənubi Qafqazda maraqları olan ölkələri də, region dövlətləri də maraqlandırmaya bilməz. Hər halda, Ermənistanda baş verənlər istər-istəməz hər kəsin mənafelərinə hansı formada təsir etməmiş deyil.

Onu da qeyd edək ki, hazırda Paşinyan hakimiyyətinin son davranışları daha çox Rusiyanı qıcıqlandırır. Kremlə yaxın siyasi dairələrin rəsmi İrəvanın davranışlarına verdiyi reaksiyanın məzmunundan bu, açıq şəkildə müşahidə olunur. Və Paşinyan hakimiyyətinin sərt şəkildə tənqid olunması Kremlin məmnun olmadığının əlaməti kimi dəyərləndirilə bilər.

Maraqlıdır ki, bu məsələ Ermənistan mətbuatında da geniş müzakirə mövzusudur. Hətta hakimiyyətə müxalif olan bəzi mətbuat quruluşları artıq rəsmi İrəvanı Ermənistan üçün təhlükəli ola biləcək oyuna girişməkdə suçlayırlar. Paşinyan hakimiyyətinin yeni siyasi kursa keçid eləmək cəhdlərini ölkənin gələcəyinin riskə atılması kimi dəyərləndirirlər.

119000283_gettyimages-1233565028.jpg (82 KB)

Ermənistanın "Qraparaq" nəşri bütün baş verənləri baş nazir Nikol Paşinyanın xarici siyasət kursunu tam əks tərəfə dəyişmək prosesini başlaması kimi şərh edir. Əsas arqument isə ondan ibarətdir ki, erməni baş nazir ciddi kadr dəyişiklikləri aparır. Əsasən də Rusiyaya bağlı olduğu şübhə doğurmayan kadrları vəzifələrdən kütləvi şəkildə kənarlaşdırır. Əvəzində isə Qərb ölkələri ilə daha sıx əlaqələri olan, hətta xarici xüsusi xidmət servislərinə xidmət edən şəxsləri təyin edir.

Böyük ehtimalla Paşinyan hakimiyyətinin belə davranmasında əsasən iki önəmli səbəb ola bilər. Birinci səbəb vəzifədən azad olunan şəxslərin əksəriyyəti Paşinyan hakimiyyətinə müxtəlif olan siyasi düşərgə ilə xüsusi münasibətlərə malikdir. Bu manevrlə erməni baş nazir müxalifətin hökumətin fəaliyyətinə təsirini məhdudlaşdırmaq və öz hakimiyyətini gücləndirmək niyyəti güdür.

Digər tərəfdən isə Rusiyanın Ermənistan hökumətinin qərarlarına müdaxilə imkanlarını minimum səviyyəyə çəkməyə çalışır. Çünki yalnız vəzifədən çıxarlanlar deyil, həm də onların xüsusi münasibətləri olan əsas müxalif siyasi dairələr də birbaşa Rusiyaya bağlıdır.

Belə anlaşılır ki, erməni baş nazir öz kadr dəyişiklikləri ilə əslində, "bir daşla iki quş vurmağa" çalışır. Yəni bir tərəfdən əsas siyasi rəqiblərini zəiflədir, digər tərəfdən isə Rusiyanı mümkün qədər məsafədə saxlamaq niyyəti güdür.

06aa5f8de54806787d66acc7588f8192.jpg (87 KB)

Nəticədə Paşinyan hakimiyyətinin kadr dəyişiklikləri müəyyən mənada, rəsmi İrəvanın öz xarici siyasət kursunu ciddi şəkildə Qərbə doğru istiqamətləndirməsi ilə bağlı təsəvvürlər yaranır. Üstəlik, son dövrlərdə Paşinyan hakimiyyətinin öz qərarlarını, atdığı addımları məhz ABŞ və Fransanın maraqları ilə uzlaşdırmağa xüsusi həvəs göstərməsi də bu təsəvvürləri dəstəkləmiş olur.

Onu da qeyd edək ki, Ermənistanın Rusiya ilə çox yaxın münasibətləri olan müdafiə naziri Vaqarşak Arutyunyanın əvəzlənməsi həm Qarabağ klanı, həm də Rusiya siyasi dairələri tərəfindən narazılıqla qarşılanıb. Erməni mətbuatı iddia edir ki, postunu itirən keçmiş müdafiə naziri Ermənistanın regionda atdığı addımları ilk növbədə Rusiyanın maraqları ilə uzlaşdırılmasında israrlı mövqe tuturmuş. Hətta onun bu mövqeyinin Qərbdə, xüsusilə də, Fransada bəyənilmədiyi bir neçə dəfə erməni baş nazirin diqqətinə çatdırılıbmış. Və artıq erməni baş nazir bu iradları nəzərə alıb, Rusiya ilə daha yaxın olan müdafiə nazirini istefaya göndərib.

Maraqlıdır ki, erməni mətbuatı Paşinyan hakimiyyətinin bu davranışlarının Kremlin diqqətindən qətiyyən yayınmadığını vurğulayır. İddialara görə, bu məsələ ətrafında olan narazılıq yalnız Rusiyameyilli dairələrdə deyil, hətta Sünikdə yerləşdirilmiş rus hərbçiləri arasında belə, müşahidə edilir. Rus hərbçilərin yerli əhali ilə kontaktlar zamanı Azərbaycan-Ermənistan sərhədlərində yaşanan gərginliyin günahkarının məhz rəsmi İrəvan olduğunu bildirdikləri vurğulanır. Rus hərbçiləri hesab edirlər ki, Paşinyan hakimiyyəti Rusiyanın öz öhdəliklərini yerinə yetirə bilmədiyi barədə rəy yaratmağa çalışır. Əvəzində isə Qərb ölkələrindən, Fransadan hərbi kontingent gətirmək niyyəti güdülür.

ermeni herbçiler.jpg (111 KB)

Göründüyü kimi, erməni baş nazir hətta rus hərbçilərini belə, narazı salmağa imkan tapıb. Əslində, bütün bunlarda həqiqət payı olmamış deyil. Çünki son həftələrdə Ermənistan mövqelərindən Azərbaycan ərazilərinin atəşə tutulması artıq adi hala çevrilib. Və bu, hər an yeni savaşı atəşləyə bilər.

Əgər, Paşinyan hakimiyyəti buna nail ola bilərsə, böyük ehtimalla rəsmi İrəvan Rusiyanı bölgədə sülhü təmin edə bilməməkdə suçlayacaq. Ardınca isə dərhal Qərb ölkələrinə hərbi kontingent göndərilməsi barədə müraciət edəcək. Bununla da regionda Rusiya ilə yanaşı, Fransa hərbi kontingentinin yerləşdirilməsi məqsədi güdülür.

Təsadüfi deyil ki, Fransanın İrəvandakı səfiri bir neçə gün öncə Ermənistanın müdafiə ilə bağlı bütün müraciətlərinə dərhal reaksiya verməyə hazır olduqlarını bəyan edib. Şübhəsiz ki, əsas hədəf Minsk Qrupuna həmsədr ölkələrin qoşunlarının bölgəyə yeridilməsi bəhanəsi ilə Fransa hərbi kontingentinin Ermənistana gətirilməsindən ibarətdir.

Bütün bunlar onu göstərir ki, Rusiya ilə düşmən olan ölkələrin Ermənistan üzərindən bölgəyə girmək cəhdləri artıq sistemləşdirilmə mərhələsindədir. Belə anlaşılır ki, Paşinyan hakimiyyəti bəzi Qərb ölkələri, o cümlədən, Fransa ilə bu məsələdə artıq ortaq qərara nail olub. Və rəsmi Parisin qurduğu oyundan geri çəkilməyə hazırlaşmır.

cqafff-unnamed.jpg (26 KB)

Ermənistan mətbuatı bu prosesin ölkəni fəlakətə apara biləcəyini vurğulayır. Hesab edilir ki, Ermənistanın Rusiyadan uzaqlaşdırılması prosesinə qarşı çıxmaq artıq mənasızdır. Çünki Ermənistanı regionun siyasi xəritəsindən silinməsi ilə nəticələnə biləcək bu proses artıq geriyə dönülməsi mümkün olmayacaq mərhələdədir.

Maraqlıdır ki, bu reallığı artıq Rusiya siyasi dairələri də qəbul etməyə başlayıblar. Kremlə yaxın siyasi dairələr hesab edirlər ki, hazırda Rusiyanın qarşısında qərar verilməsi vacib olan bir dilemma var: Kreml ya Ermənistan regionun siyasi xəritəsindən yox olmasını sadəcə, izləməklə kifayətlənməlidir. Ya da ki, Rusiya bu prosesdə birbaşa iştirak edərək, Ermənistanın yox olmasını tezləşdirməlidir.

Kremlə yaxın siyasi dairələr hesab edirlər ki, Ermənistan dövlətçiliyinin "təmir edilməsi" ilə bağlı eksperiment artıq iflasa uğramaq üzrədir. Əsas səbəb isə "erməni mentaliteti"nin keçmişdən qopa bilməməsi və yeni regional reallığa uyğun gəlməməsi ilə bağlıdır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam