Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Ermənistan Cənubi Qafqazın gələcək taleyi ilə oynayır: Rəsmi İrəvan geopolitik və geoiqtisadi layihələri əngəlləyir

 

Cənubi Qafqaz üçün böyük əhəmiyyət daşıyan yeni sərhədlərin müəyyən edilməsi və qarşılıqlı ərazi iddialarından imtina olunması barədə yekun anlaşmanın imzalanması yubanır; Ona görə də, yaxın vaxtlarda müxtəlif istiqamətlərdən Ermənistana "dərhal öz sərhədlərinə çəkil" mesajının verilə biləcəyi qətiyyən istisna deyil...

Yenixeber.org: Cənubi Qafqaz regionunda yeni dövrün başladığı artıq heç kimdə elə bir ciddi şübhələr doğurmur. İndi bu regionda əvvəlki dövrlərdən heç bir şeyin qalmayacağını anlayanların sayı durmadan artmaqdadır. Və bu, Cənubi Qafqazın gələcək inkişafı üçün olduqca önəmli məsələdir.

Hər halda, bu region artıq "etnik münaqişələr bataqlığı" statusunu tədricən öz üzərindən atmağa başlayıb. Hazırda hər bir region dövləti üçün gələcək inkişaf perspektivlərini nəzərə alan siyasi-iqtisadi hədəflərin müəyyən olunmasının vaxtı çatmış kimi görünür. Bu baxımdan, geopolitik və geoiqtisadi imkanlardan faydalana bilmək qabiliyyəti çevik manevrlərdən asılı vəziyyətə düşmüşməyə başlayıb.

Məsələn, Azərbaycan Prezidenti İlham Əliyev əksər açıqlamalarında Cənubi Qafqaz regionunda yeni inkişaf perspektivlərinin ön plana keçməkdə olduğunu birmənalı şəkildə vurğulayır. Azərbaycan ordusunun işğaldan azad etdiyi ərazilərdə yeni quruculuq prosesinə qatılmaq marağında olan dövlətlərin və xarici şirkətlərin mövcudluğunu xüsusi olaraq, qeyd edir. Və bu, Azərbaycan üçün gələcək inkişaf perspektivlərinin rəsmi təsdiqi sayıla bilər.

16116574703169961139_1000x669.jpg (317 KB)

Təbii ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu istiqamətdə verdiyi açıqlamaları rəsmi Bakının Cənubi Qafqazda yaranmış yeni situasiyadan faydalanmaq niyyətindən xəbər verir. Rəsmi Bakı regionda yeni mərhələnin başlanmasına hazırlaşır. Və bu, Azərbaycanın Cənubi Qafqazda yeni dövrün şəriksiz avanqardına çevirə bilər.

Azərbaycanla yanaşı, qonşu Gürcüstan da yeni regional çağırışlara müsbət reaksiya vermək niyyəti ilə diqqəti çəkir. Rəsmi Tiflis də Gürcüstanın geopolitik və geoiqtisadi proseslərin əsas iştirakçılarından birinə çevrilməsində birbaşa maraqlıdır. Çünki, regionda gözlənilən fərqli inkişaf perspektivləri Gürcüstan üçün yeni maliyyə-iqtisadi qaynaqlar vəd edir.

Məsələ ondadır ki, rəsmi Tiflis Cənubi Qafqazda vaxtilə yaranmış analoji şansdan bəhrələnməyi bacarıb. Belə ki, ötən əsrin 90-cı illərində Azərbaycan ilə müharibə vəziyyəti Ermənistanın geoiqtisadi layihələrə qatılmaq şansını bloklamışdı.

Həmin dövrdə atəşkəsin elan edilməsi geoiqtisadi layihələrin önünü açdı, beynəlxalq sərmayənin regiona yolu qarşısındakı əngəl nisbətən aradan qalxmış oldu. Və rəsmi Tiflis davamlı sülh şəraitində Ermənistanın qatıla biləcəyi geoiqtisadi layihənin iştirakçısına çevrildi.

cqaf-unnamed.jpg (27 KB)

Şübhəsiz ki, rəsmi Tiflis yenə də Gürcüstan üçün önəmli maliyyə-iqtisadi qaynağın o qədər də uzaqda olmadığını anlamamış deyil. Ona görə də, bu prosesin iştirakçıslna çevrilmək marağını qətiyyən gizlətmir.

Ancaq Gürcüstanı narahat edən və maraqlarını təhlükə altına sala biləcək faktorlar da olmamış deyil. Belə ki, rəsmi Tiflis Rusiya ilə heç bir geopolitik və geoiqtisadi prosesdə iştirak etməyə həvəsli deyil. Gürcüstan özünün geopolitik və geoiqtisadi maraqlarını Rusiya ilə təmaslardan yayınmaqla, reallaşdıra biləcəyi variantların axtarışındadır. Yəqin ki, Kremlin Cənubi Osetiya və Abxaziya münaqişələrinə yönəlik mövqeyi dəyişməyənə qədər Gürcüstanın bu yanaşma tərzi də sabit qalacaq.

Ona görə də, hazırda rəsmi Tiflis geopolitik və geoiqtisadi maraqlarını məhz Azərbaycan və Türkiyə ilə yaxın münasibətlərin qurulması üzərindən təmin etməyə çalışır. Rəsmi Tiflis üçün hazırda Azərbaycan və Türkiyə ilə ikitərəfli, eləcə də, üçtərəfli anlaşmalar daha böyük önəm daşıyır. Və yəqin ki, yaxın gələcəkdə bu istiqamətdə təmasların intensivləşdirilməsinə də müəyyən cəhdlər göstəriləcək.

Onu da qeyd edək ki, regiondakı "erməni faktoru" da müəyyən mənada, hazırda Gürcüstanın maraqlarına cavab verir. Belə ki, Ermənistanda daxili siyasi böhran rəsmi İrəvanı geopolitik və geoiqtisadi layihələrdə iştirak imkanlarından məhrum edir. Bu vəziyyətin dəyişməyəcəyi təqdirdə, ötən əsrin 90-cı illərində baş verənlər təxminən təkrarlana bilər.

bd7f79589384bad31baa1c39f20bd546.jpg (126 KB)

Məsələ ondadır ki, Ermənistandakı qeyri-sabit situasiya bu düşmən ölkənin geopolitik və geoiqtisadi layihələrdə iştirakı qarşısında əsas əngəl rolunu oynayır. Belə ki, beynəlxalq sərmayə qaynaqlarının Ermənistan kimi gələcəyi qeyri-müəyyən olan ölkənin iştirak etdiyi və reallaşdırılması qarşısında süni suallar ola biləcək geoiqtisadi layihələrə maliyyə yatırmağa həvəsli olmaya bilərlər. Belə olacağı təqdirdə, yenə də Gürcüstan variantının ön plana keçməsi, bu ölkənin daha cəlbedici hala gəlməsi qətiyyən istisna təşkil etməyəcək.

Ancaq burada bir önəmli faktoru da diqqətdən qaçırmaq olmaz. Belə ki, Cənubi Qafqazın ümumilikdə yeni beynəlxalq tranzit və iqtisadi-ticari əməkdaşlıq məkanına çevrilməsi üçün region ölkələri arasında mübahisəli məsələlərin qalmaması da olduqca vacib amildir. Yəni, bunun üçün yalnız ölkədaxili sabitliyin hökm sürməsi yetməz. Buna paralel olaraq, ərazi iddialarına yönəlik problemlər də öz həllini tapmalıdır.

Çünki, yalnız bu halda, regional kommunikasiya xətlərinin açılması baş tuta bilər. Halbuki, indiki halda, Ermənistan bu istiqamətdə Cənubi Qafqazın gələcək inkişafı qarşısında əsas əngəl rolunu oynayır. Və bu, regionun inkişaf perspektivlərini təhlükə altına salır.

Məsələ ondadır ki, Azərbaycan-Ermənistan sərhədlərinin demarkasiya prosesi hələ də yekunlaşdırılmayıb. Ermənistanda hökm sürən daxili siyasi hakimiyyət böhranı və rəsmi İrəvanın beynəlxalq hüquq normalarından yayınmaq cəhdləri ucbatından bu proses ləng inkişaf edir.

_AZpressAZ_0819545f17f5fb068efdbfd4f_o.jpg (43 KB)

Halbuki, artıq bir neçə aydır ki, Azərbaycan və Ermənistan arasında dövlət sərhədlərinin demarkasiyası ilə bağlı təmaslar davam edir. Əslində, bəzi məlumatlara görə, yeni sərhəd məntəqələrinin yaradılması prosesi yekunlaşmaq üzrədir.

Ancaq indi əsas məsələ yeni sərhədlərin delimitasiyası və demarkasiyasına nail olmaqdadır. Bunun üçün tərəflər arasında daha geniş məzmunlu müzakirələrə ehtiyac var. Çünki məhz bu müzakirələrin sonunda Azərbaycan və Ermənistan arasında dövlət sərhədlərinin qarşılıqlı tanınması barədə yekun sənəd imzalana bilər. Bu isə regional sülhün və əmin-amanlığın davamlı xarakter daşıması istiqamətində önəmli addım olacaq. Və geoiqtisadi layihələrin önünü açacaq.

Ancaq bütün bunların əksinə olaraq, Ermənistanda bəzi siyasi dairələr Azərbaycan ilə yeni sərhədlərin müəyyən edilməsi prosesini ölkədaxili siyasi mübarizənin mövzusuna çevirməyə çalışırlar. Revanşist siyasi dairələr bu mövzudan Paşinyan hakimiyyətinə qarşı ittiham bəhanəsi kimi yararlanmağa çalışır. Və indiki situasiyada Paşinyan hakimiyyəti revanşist siyasi rəqiblərinə bəhanə vermək istəmədiyindən çıxılmaz vəziyyətə düşüb.

Nəticədə, Cənubi Qafqaz üçün böyük əhəmiyyət daşıyan yeni sərhədlərin müəyyən edilməsi və qarşılıqlı ərazi iddialarından imtina olunması barədə yekun anlaşmanın imzalanması yubanır. Belə anlaşılır ki, hazırda Ermənistan ümumilikdə regionun gələcək inkişaf perspektivlərini əngəlləyir. Ona görə də, yaxın vaxtlarda müxtəlif istiqamətlərdən Ermənistana "dərhal öz sərhədlərinə çəkil" mesajının verilə biləcəyi də qətiyyən istisna deyil.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert

13331023_1081110595260992_3771441806828143088_n.jpg (72 KB)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam