Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Paşinyan Fransada Rusiyaya ZƏRBƏ VURDU:Kreml Ermənistanı KTMT-dən QOVA BİLƏR

 

 Erməni baş nazir son davranışları, xüsusilə də, Rusiyanın maraqlarına zidd açıqlamaları ilə Ermənistan dövlətçiliyini ciddi riskə atdı; Kreml adətən, xəyanətə bərabər “geopolitik sürüşkənliyi” qıcıqla qarşılayır, üstəlik, cəzasız da buraxmır…

Yenixeber.org: Ermənistanın siyasi rəhbərliyi ölkəni düşdüyü “uğursuzluq zolağı”ndan çıxartmağın yollarını axtarmaqda davam edir. Bir müddət öncəyə qədər rəsmi İrəvan xilas yolunu Rusiyada və Kollektiv Təhlkükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) axtarırdı. Və bütün mümkün vasitəslərlə həm Rusiyanı, həm də KTMT-ni Azərbaycanla qarşıdurmaya sürükləməyə can atırdı.

Ancaq Paşinyan hakimiyyətinin bu istiqamətdə göstərdiyi bütün cəhdlər boşa çıxdı. Rəsmi İrəvan ümid bəslədiyi nəticələrə nail olmayaraq, məyusluq yaşadı. Bununla da, Ermənistanın geopolitik manevr imkanları ciddi şəkildə daralmış oldu.

Ermənistanın düşmüş olduğu uğursuz situasiyanı isə bu ölkənin keçmiş prezidenti Robert Koçaryan son açıqlamasında tam dəqiqliyi ilə ifadə edib. O, bildirib ki, KTMT-yə üzv olan ölkələr Ermənistandan daha çox Azərbaycanla yaxın münasibətlərə malikdir. Belə vəziyyətdə Rusiyanın patronajlığı altında olan KTMT-dən hər hansı ciddi dəstəyin alınması qətiyyən mümkün deyil.

R.Koçaryanın bu açıqlamasında Ermənistanın öz strateji müttəfiqi Rusiya ilə qarşılıqlı münasibətlərində də ciddi problenlərin olduğuna üstüörtülü eyham var. O, Rusiya üçün də Ermənistanın deyil, məhz Azərbaycanın daha əhəmiyyətli ölkə olduğuna işarə edir. Ancaq bunun əsas günahının məhz Rusiya ilə qarşılıqlı etimadı sarsıdan Paşinyan hakimiyyətində olduğunu da vurğulayır.

Təbii ki, Paşinyan hakimiyyəti də Rusiya və KTMT-dən Ermənistana dəstək ala bilməyəcəyini artıq anlayır. Ona görə də son vaxtlar rəsmi İrəvanın üzünü ABŞ və Qərbə çevirməyə can atdığı müşahidə edilməkdədir. Və bu, Kremldə ciddi narazılıqla qarşılanır.

Ancaq Paşinyan hakimiyyəti hələlik Rusiyadan kənar güclərin Ermənistana dəstək imkanlarını sınaqdan çıxartmaqda israrlıdır. Baş nazir Nikol Paşinyanın Fransaya son səfəri çərçivəsində verdiyi açıqlamalar da bunu təsdiqləyir. O, Fransanın Ermənistanda fəaliyyətinin daha da gücləndirməyin vacibliyini vurğulayıb. Erməni baş nazirin fikrincə, Fransa ATƏT-in Minsk Qrupunun ən önəmli üzvlərindədir. Və həmsədr ölkə kimi regionda cərəyan edən proseslərdə, problemlərin həllində daha aktiv iştirak etçəlidir.

Göründüyü kimi, baş nazir N.Paşinyan ermənipərəst Fransanı Ermənistanın tam arxasında yerləşdirə biləcəyinə ümid bəsləyir. Halbuki onun bu ümidləri Ermənistan üçün kifayət qədər ciddi təhlükə mənbəyinə də çevrilə bilər. Hər halda, Rusiyanın öz for-postunu Fransaya güzəştə gedəcəyini düşünmək sadəlövhlük olardı.

Əksinə, Kreml rəsmi İrəvana “yerini göstərmək” niyyətində tamamilə ciddidir. Belə ki, Rusiya siyasi dairələri Paşinyan hakimiyyətinə KTMT-dən şəxsi siyasi məqsədlər üçün istifadə cəhdlərinin yolverilməz olduğunu anlatmağa çalışırlar. Bəzi məlumatlara görə, əsas iradlar ondan ibarətdir ki, KTMT Ermənistan dövlətçiliyinin qarantı olsa da, “özəl siyasi oyunları”n predmeti deyil.

Maraqlıdır ki, Rusiya və KTMT-yə üzv dövlətlər də erməni baş nazirin bu hərbi-siyasi təşkilatı öz siyasi mənafeləri çərçivəsində münaqişəli situasiyaya cəlb etməyə çalışdığını anlayırlar. Bu qurumda hesab edirlər ki, Azərbaycanla sərhəd bölgəsində baş verənlər Ermənistanın son 30 ildə yürütdüyü işğalçılıq siyasətinin bumeranqa çevrilməsindən başqa bir şey deyil.

Ona görə də, hesab etmək olar ki, böyük ehtimalla Rusiya və KTMT bundan sonra da Azərbaycan və Ermənistan arasındakı münaqişəli proseslərdən məsafə saxlamağa üstünlük verəcək. Çünki sərhəd bölgəsində baş verənlər Ermənistanın ərazi bütövlüyünə hər hansı təhlükə törətmir. Bu münaqişəli situasiya birmənalı şəkildə sərhədlərin demarkasiya prosesi çərçivəsində iki ölkə arasında həll olunmalıdır. Və KTMT Ermənistanın son 30 ildə törətdiyi “geopolitik xaos”un rəsmi İrəvana sərfəli məzmunda nizamlanmasına təminat verə bilməz.

Ona görə də Kremlə yaxın siyasi dairələrin qənaətinə görə, mövcud situasiyadan yeganə çıxış yolu Ermənistan və Azərbaycan arasında növbəti insidentlərin baş vermə ehtimalından mütləq yayınmaq lazımdır. Bunun üçün isə ilk növbədə danışıqlar masası arxasında danışıqların aparılması və iki ölkə arasında dövlət sərhədlərinin tanınması barədə müqavilənin ən qısa zamanda imzalanması vacibdir.

Eyni zamanda, Kremlə yaxın siyasi dairələr əmindirlər ki, rəsmi İrəvanın öz avantürist siyasəti ucbatından buraxılan kobud səhvlərin günahını Rusiya və KTMT üzrə hərbi-siyasi müttəfiqlərinin üzərinə yükləmək cəhdlərindən də imtina etməsi ilk növbədə Ermənistana daha faydalı ola bilər. Əks halda, bu cəhdlər elə Ermənistanın Rusiya və KTMT ilə münasibətlərinin gərginləşməsinə səbəb olar. Bu isə rəsmi İrəvana qarşı kifayət qədər ciddi xəbərdarlıq mesajı kimi qəbul edilməlidir.

Göründüyü kimi, baş nazir N.Paşinyanın Fransaya səfəri artıq öz ilk nəticələrini verməyə başlayıb. Onun Parisə səfəri və açıqlamaları Rusiyaya meydan oxumaq kimi dəyərləndirilir. Erməni baş nazirin Fransada dilə gətirdiyi rəsmi Parisə yönəlik siyasi çağırışlar Rusiyanın geopolitik maraqlarına ciddi zərbə xarakteri daşıyır.

Əslində, bir müddət öncə rəsmi İrəvan Ermənistanın KTMT-ni tərk edə biləcəyinə üstüörtülü eyham vurmuşdu. İndisə Rusiya siyasi dairələri Ermənistanın KTMT-dən qovulma ehtimalının istisna olmadığına işarə edir. Və bu halda, Ermənistan dövlətçiliyinin kifayət qədər ciddi təhlükə altında qala biləcəyi qətiyyən şübhə doğurmur.

Məsələ ondadır ki, Ermənistanın KTMT-dən qovulması birmənalı şəkildə Rusiyanın sifarişi ilə reallaşa bilər. Əgər, bu, baş verərsə, deməli, Rusiya Ermənistandan üz çevirib və rəsmi İrəvanı ciddi şəkildə cəzalandırmaq niyyətinə düşüb. Ermənistan dövlətçiliyinin yeganə beynəlxalq qarantının məhz Kreml olduğunu isə bütün dünya erməniləri hamıdan yaxşı bilirlər.

Bu baxımdan, erməni baş nazirin son davranışları, xüsusilə də, Fransadakı açıqlamaları ilə Ermənistan dövlətçiliyini ciddi riskə atdığını da düşünmək olar. Kreml adətən, xəyanətə bərabər belə “geopolitik sürüşkənliyi” qıcıqla qarşılayır, üstəlik, cəzasız da buraxmır. Ona görə də, ən yaxın günlərdə Kremldən Ermənistana ağır zərbənin vurula biləcəyi qətiyyən istisna deyil.

Elçin Xalidbəyli


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam