Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

Ukraynanın Türkiyə kimi qardaşı olsaydı...

 

 

Pisi odur ki, Ukraynanın bu davada təkcə qardaşı ilə üz-üzə deyil, yanında həm də qardaş deyə biləcəyi ölkə(lər) yoxdur

Yenixeber.org: Ukraynanın ərazi bötüvlüyünü təmin etmək istəməsi tam suveren haqqıdır. Bunu heç kim dana bilməz. Amma 28 illlik acı Qarabağ təcrübəsi bizə öyrətdi ki, bu haqqın tanınması hələ heç nə demək deyil. Gərəkirmiş ki, həm də haqqın olanı güclə, qan tökərək geri alasan...
Ukrayna ilə Qarabağ münaqişəsi arasında oxşarlıqlar da, fərqliliklər də var, bu barədə dəfələrlə yazmışıq. Luqansk və Donetskdən fərqli olaraq bizim münaqişə bölgəsində Rusiya ilə sərhəddimiz yox idi. Rusiya Qarabağ münaqişəsində daima əsas skripka idi, müharibədən sonra da bu statusunu sülhməramlılar bayrağı altında saxlamağa nail oldu.

İki əsrə söykənən Kyev Rus dövlətini (IX-XI əsrlər) də yada salsaq, bu xalqları isə bir-birinə bağlayan təkcə sərhədlər olmadığı anlaşılar. İki bir-birinə qaynayıb-qarışmış slavyan xalqı arasında nifaqda isə təkcə Qərbin rolu olmayıb. Moskvanın bu ölkəyə SSRİ dağılandan sonra da az qala “arxa baxçası” kimi baxması, daima siyasi prosesləri nəzarətdə saxlamaq istəyi nəhayətdə, partlaq verdi. Ukrayna Rusiyanın patronajlığında ayrılaraq NATO-ya, Qərbə üz tutmasını Moskva həzm edə bilmədi- əvvəl Krımı ələ keçirdi, sonra isə ölkənin şərq vilayətlərini Kiyevin nəzarətindən çıxarmağa nail oldu.

Əvvəl gündən də məlum idi ki, münaqişənin həlli üçün Minskdə yaradılmış qrupun-Normand formatının( Almaniya, Fransa, Rusiya və Ukrayna) sülhyaratma cəhdləri uğursuz olacaq. Çünki Rusiya nə Krımla Sevastopolu qaytarmağa razılaşacaq, nə də hansısa güzəştlər qoparmayanadək Ukraynın şərqindəki gərginlik səngiyəcək. Nəticə göz qarşısındadır. Kiyev-Moskva münasibətlərində yaranmış çat son 7 ildə böyüyərək indi müharibə həddinə gəlib. 

Rusiya münaqişədə tərəf kimi məsuliyyəti üzərinə götürmür, amma son olaraq dövlət başçısı Putin səviyyəsində də bəyan edilib ki, Donbassı tək və müdafiəsiz qoymayacaqlar. Niyə? Axı sənin böyük ölkənin təkcə Ukrayna ilə sərhəddi yoxdur. Bir ucu Finlandiya, bir ucu Yaponiyaya qədər uzanan sərhəddini qoru, amma “sərhəddim” deyib bir münaqişə yaransa, oradan suveren dövlətə və dünyaya meydan oxunsa, bunun axırı necə olar? Ukraynanın şərq vilayətlərinin Rusiya ilə münasibətlərində təbii yaxınlığı, hətta prezident seçkilərində Kremlin dəstəklədiyi namizədə böyük əksəriyyətin səs verməsi, daima davam edən ticarət, daha da sıxlaşmış qohumluq münasibətləri o demək deyil ki, sən ölkənin bir hissəsini “ruslara təhlükə var” bəhanəsi ilə nəzarətə alasan. Ukrayna ruslarla qardaşdırlar, tarixi bağları o qədər dərindir ki, bunu bir-birinə silah qaldırmaq həddinə gətirmək böyük bir tarixi cinayətdir. Putinin hakimiyyəti illərində ən böyük və bağışlanılmaz səhvi Ukrayna ilə güc dilində danışması, iki qardaş xalqın arasına nifaq salması olub. Putin Rusiya xalqının tarixində mənfi xatırladacaq ən ciddi siyasi səhvi Ukrayna ilə bu bağlara bıçaq uzatması, dərindən yaralaması oldu. Onun əlbəttə ki, öz “arqumenti” var. “Krımı Rusiyaya birləşdirməsəydik, indi NATO qoşunları orada oturmuş, silahlarını bizə tuşlamışdı” deyir hələ də.

Ukraynanın Moskvadan asılı siyasi hakimiyyəti illərlə Krım adasına lazımı diqqət yetirməyib, yarımadanın tarixi sakinləri- Krım tatarlarının hələ Stalin dövründə vətənlərindən dərbədər salınmasından sonra da onların diskriminasiya siyasətinə göz yummuşdu və Rusiyanın keçirdiyi “birləşmə” referendumda bunun acı nəticəsini gördü. Vaxtilə eyni siyasəti sovet hökuməti Qarabağda da həyata keçirmişdi, DQMV adlı qondarma qurum vasitəsilə erməniləşmə siyasəti aparmışdı. Amma Heydər Əliyevin birinci hakimiyyəti dövründə bu siyasətin genişlənməsinə imkan verilməmiş, ermənilər Şuşa kimi tarixi şəhərimizdə kök ata bilməmiş, eləcə də Qarabağ ətrafında bir sıra ərazilərdə azərbaycanlıların etnik üstünlüyü saxlana bilmişdi.

Ukrayna da isə Rusiyanın təsirləri o qədər böyük idi ki, dövlətin maraqları heçə sayılırdı, orduda, təhlükəsizlik orqanında milliləşmə deyil, “moskvalaşma siyasəti” aparılırdı. Kreml bunu hərdən o qədər kobud və saymazyana edirdi ki, Ukrayna günlərin birində müqtləq bu boyunduruqdan xilas olmaq yolunu tutacaqdı.

İndi Qərbi, xüsusilə ABŞ-ı günahlandırırlar ki, Ukraynada münaqişənin yaranmasında onların da rolu olub. Kiyevi özlərinə doğru çəkmək üçün onları Rusiya kimi dövlətin ağzına atıb və sairə...Bunlar əlbəttə ki, səbəblər sırasında var. Qərbin Ukrayna ilə bağlı öz hərbi-siyasi planları var(dı) və bunu da gerçəkləşdirməyə qismən nail oldular. Rusiya ilə Ukrayna arasında münaqişə ocağı yarandı, Kiyev ərazisini itirdi. Qərb, ABŞ və NATO bu 7 ildə Ukraynanın bir qarış torpağının geri almasına nail ola bilməyib, yalnız mənasız danışıqlarla baş qatılıb.
Pisi odur ki, Ukraynanın bu davada təkcə qardaşı ilə üz-üzə deyil, Qarabağ müharibəsindən fərqli olaraq yanında həm də qardaş deyə biləcəyi ölkə(lər) yoxdur.

Türkiyə müharibənin ilk günündən yanımızda oldu, dəstəyini verdi. Türkiyə NATO-nun qüdrətli dövləti olmaqla yanaşı, həm də qanbir -canbir qardaşlarının haqqı işində dəstəyinə heç Rusiya da tam müqavimət göstərə bilmədi. Hətta bu etnik yaxınlığı müharibənin gedişinə təsir edən mühüm fakt kimi qəbullandılar. Ukraynanın isə belə bir dəstəyi təəssüf ki, yoxdur. Hansı ki, müharibə başlayanda açıq dəstəklərini verib, sonadək “qardaşlarımızın yanınındayıq” deyə bilsinlər.(Lukaşenko Belarusuna belə ümidlər yoxdur)

İlk qaradərili Pentaqon rəhbərinin Ukraynanı müharibədə tək qoymayacaqları bəyanatı fərqlidir, mənim göstərdiyim misal tam fərqli. Ukraynaya əlbəttə ki, dəstək veriləcək, o cümlədən Bakı da. Amma o uzaq ölkələrdən gələn dəstəklərlə bir qardaşın dəstəyi fərqlidir. Biz bu müharibədə Türkiyə ilə mənəvi bağlarımızı daha da möhkəmlətdik, müharibənin nəticəsi nə olsaydı belə, bizi tək qoymayacaqdılar. Amma dostlarının hansısa mərhələdə Ukraynanı tək qoymayacağına şəxsən məndə o qədər əminlik yoxdur.

Burda çox incə bir məqam da var. Azərbaycan həm də müstəqil siyasəti nəticəsində işğal olunmuş torpaqlarının hamısını, Qarabağda isə böyük ölçüdə qanuni hakimiyyətini bərpa edə bildi. Ukraynanın isə bağlı olduğu dairələr çoxrəngli və çoxplanlıdır, Kiyev həm siyasi, həm iqtisadi baxımdan tam müstəqil siyasət yeridə bilmir. Ukraynaya dəstək vəd edən ölkələr indi heç vaksini ədalətlə aralarında bölə bilmirlərsə, Kiyevə hansı birmənalı dəstəkdən söhbət gedir? Almaniyanın Ukraynada öz marağı, Fransanın öz marağı, ABŞ-ın da öz marağı var. Bu maraqlar isə heç də həmişə üst-üstə düşmür. Bu səbəbdən müharibə kimi tarixi qərar verməkdə Kiyevin hətta havaların düzəlməsini gözlədiklərini deməklə ehtiyatlı mövqeləri tam anlaşılandır.

Bəziləri yeni müharibə başlayacağı təqdirdə Ukraynanın yeni ərazilər itirə biləcəyini deyirlər. Rusiya əlbəttə ki, məkrli, güclü silah arsenalı, müharibə təcrübəsi olan ölkədir. Amma yeni ərazilər işğal etməsi indi Moskva üçün ölüm hökmü kim olar. Rusiya ümumiyyətlə, bu münaqişədən yayınmaq istədiyi daha çox nəzərə çarpır, çünki Ukrayna ilə açıq müharibə Rusiya hakimiyyətinin daxilldə də mövqelərini ciddi təhlükə altına ata bilər. Qardaş qırığınına görə barmağını Ağ Evdən əvvəl hamı Moskvaya doğru uzadacaq. Rusiya müharibə arzulamır, amma Ukraynanın arxasından ona barmaq sirkələyənlərin qarşısından qaçmaq da istəmir.

 

Separatçı bölgənin yetkilisi bu gün deyib ki, Ukrayna mayın 2-də müharibəyə başlayacaq. Ukrayna bizə dost ölkədir, ukraynalılar da həmişə xalqımıza hörmətlə davaranıblar. Biz bu müharibədə şübhəsiz ki, bir vətəndaş olaraq ukraynalıların tərəfində olacağıq, onların qələbəsini, ərazi bötüvlüyün bərpasında tərəf olacağıq. Tanrı ukraynalıların haqq işində köməkləri olsun...

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam