Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Sülhə nail olmağın 3 yolu-Ukraynada

Ukraynada sülhə nail olmağın 3 yolu
"Donbassda Ukraynanın hakimiyyəti bərqərar olmalıdır" 

Yenixeber.org: Bu barədə Ukraynanın xarici işlər naziri Pavel Klimkin "Tvitter" səhifəsində bəyan edib.
Klimkin həmçinin, Ukraynanın şərqindəki münaqişə zonasında sülhə nail olunmasının 3 şərtini açılayıb: “Bütün KİV-lər Sinqapurdan (ABŞ-Şimali Koreya sammitinin keçirilməsindən) danışır, amma bizə öz problemimizlə məşğul olmaq lazımdır: ATƏT və sülhməramlıların nəzarəti altında real təhlükəsizliyə nail olunması, insanlarımızın azad olunması və Ukrayna ilə beynəlxalq birlik tərəfindən birgə təşkil edilən əsl seçkilərin keçirilməsi...”

XİN rəhbəri daha sonra əlavə edib: “Bu gün işğal edilmiş Donbassda Ukrayna torpaqları və ukraynalı vətəndaşlar var, amma Ukraynanın özü yoxdur. Biz ora qayıtmalıyıq”

Xatırladaq ki, 7 apreldə Klimkin BMT sülhməramlılarının yerləşdirilməsi məsələsində Rusiyaya təzyiq edəcəklərini bəyan etmişdi.

ATƏT nümayəndələrinin təhlükəsizliyi üçün Donbassdakı təmas xəttində BMTsülhməramlılarının yerləşdirilməsini 2017-ci ilin sentyabrında Rusiya prezidenti Vladimir Putin təklif edib. Rəsmi Kiyevdə isə təkid edirlər ki, sülhməramlılar Donbassın bütün ərazisi üzrə, o cümlədən Ukraynanın Rusiya ilə sərhəddində yerləşdirilməlidir. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam