Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

BAŞ PROKUROR “ŞƏRİK”, HESABLAMA PALATASININ SƏDRİ QUDA... - Və ya Ziya Məmmədovun bir tunelə yarım milyard dollar xərcləyə bilməsinin sirri...

İndi vəzifəsini itirən, korrupsiya əməlləri rəsmən ifşa olunan, yaxud həbs edilən sabiq iri ranqlı məmurlar barədə yazanda, bəziləri “yıxılanı baltalamazlar” deyib, irad tuturlar. Ancaq reallıq ondan ibarətdir ki, belələrini nəinki vəzifəsini itirəndə, hətta həbsxanaya düşəndə də “yıxılmış” saymaq olmaz. 

Yenixeber.org: Təcrübə göstərir ki, bu adamlar həbsxanada da “xan-bəy” kimi gün keçirir və elə də uzun olmayan “ayrılıqdan” sonra azadlığa çıxıb, yığdıqları milyonları həzmi-rəvadan keçirməklə məşğul olurlar – “Rabitə işi”ni yada salmaq kifayətdir. Nəticədə məlum olur ki, əsil yıxılan “vurulan” məmurlar yox, onların çapıb taladığı ölkə, onun sərvətləri və “qara camaat”dır...

Məsələn, Ziya Məmmədova “yıxılan” demək olarmı?

Biz sabiq məmurların dövlət büdcəsini talama, külli miqdarda mənimsəmə, vəzifə saxtakarlığı, rüşvət alma və başqa cinayətlərilə bağlı başlanılan araşdırmalar çərçivəsində onun da istintaqa çağırıldığını yazandan sonra Ziya Məmmədov kənddəki evində oturduğunu, maldarlıqla, əkinçiliklə məşğul olduğunu və “dolanmaq lazımdır, indiki dövrdə dolanmaq asan deyil” deyərək, öz aləmində insanların gözünə “kül üfürdü”.

Lakin bunun ardınca sosial şəbəkələrdə “Italian Design” holdinqin rəhbəri Franco Rizzatonun adından Ziya Məmmədovun nazir olduğu illərdə Qələbə meydanındakı (Gənclik metrostansiyası) tunelin tikintisinə 528 milyon(!) ABŞ dolları xərcləndiyinə dair yayılan məlumat bir növ “Ucardakı fermer”ə xatırlatma oldu. Yəqin ki, bu məlumatın məhz indi dövriyyəyə buraxılması təsadüfi deyildi və maraqlıdır ki, sonradan həmin paylaşım silindi...

Lakin istənilən halda qeyd olunan rəqəm realdır və bunu rəsmi statistikaya istinadla müstəqil iqtisadçılar da təsdiqlədilər.

Bu da azmış kimi, məlum olur ki, Ziya Məmmədovun nəqliyyat naziri olduğu dövrdə təkcə yolların tikintisi və təmirinə 10,5 milyard(!) manat xərclənib. Bunun Azərbaycan reallığında necə fantastik bir gəlir mənbəyi olduğunu təsəvvür edirsinizmi?

Biz hələ onun nazir olduğu illərdə yaratdığı “qoçu dəstələri”nin vasitəsilə sürücülərin cibinə göz dikməsini, eləcə də nazirliyə digər mənbələrdən gələn gəlirləri demirik. İndi özünüz təsəvvür edin ki, Ziya Məmmədovun bu milyardlarda nə qədər, neçə faiz payı olub. 

Bir tunelə az qala bütöv bir şəhər salınacaq qədər, yəni yarım milyard dollardan artıq pul “silinən” məmləkətdə Ziya Məmmədov kimi “bulağın gözündə” oturmuş adamlardan biri indi hansı üzlə dolanmaqda çətinlik çəkdiyini, “çobanlıq” etdiyini deyə bilər axı?...

Təbii ki, bu talançılığı bütünlüklə Ziya Məmmədovun ayağına yazmaq insafsızlıq olar. Nəzərə alın ki, qeyd etdiyimiz bu milyardlarla vəsait Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə ayrılıb. 

Bəs, haradaydı o zaman bu soyğunçuluğu görməli və bunun qarşısını almalı olan dövlət qurumları – Nazirlər Kabineti, Baş Prokurorluq, Hesablama Palatası, Vergilər Nazirliyi, Maliyyə Nazirliyi və sair?

Axı bu vəsaitlərin hara və necə xərcləndiyini, ən dəqiq Nazirlər Kabineti və Maliyyə Nazirliyi izləyə bilirdi...

Buradakı mənimsəməni, talançılığı isə Baş Prokurorluq, Hesablama Palatası, Vergilər Nazirliyi və s. üzə çıxarmalıydı. Çıxardımı? Əlbəttə ki, yox.

Çünki indi məşhurlaşan “Gənclik”dəki tunelin tikintisində həmin dövrün Baş prokuroru Zakir Qaralovun olduğu iddia edilən “Akkord” şirkəti iştirak edib!

Çünki Hesablama Palatasının o vaxtkı sədri Heydər Əsədov Ziya Məmmədovun doğmaca qudasıdır!

Çünki o illərdəki Vergilər naziri Fazil Məmmədov da elə Ziya Məmmədovun tayıdır və sair.

Bu “çünkilər”i uzatdıqca uzatmaq olar. Prokuror “şərik”, Hesablama Palatasının sədri quda, qalanlar da yenə “özününkülər” – Ziya Məmmədov “qaz vurub qazan doldurmasın”, varlanmasın, bəs neyləsin? 

Bəli, bu gün rəsmən üzə çıxan talançılıq, korrupsiya faktları həm də uzun illər məmur oliqarxiyasında müşahidə olunan tayfa, qohum, quda və s. əlaqələr sisteminin məhsuludur...

Bu sırada həmin illərdə Nəqlliyyat Nazirliyinin nəzdindəki “Azəryolservis” ASC-nin rəhbəri, hazırda isə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsini tutan Cavid Qurbanovun “zəhmətini” də yerə vurmaq düz olmazdı.

Yuxarıda qeyd edilən milyardlarda onun da “əl izləri” olmamış deyil. Ən azından ona görə ki, nazirliyin yol tikintisilə bağlı podratçı şirkətlərə sifarişləri məhz onun rəhbərlik etdiyi qurum vasitəsilə verilirdi. Təkcə 2011-2015-ci illərdə Şəki-Qax yolunun tikintisi zamanı törədilmiş irimiqyaslı korrupsiya hallarının araşdırılması və buna hüquqi qiymət verilməsi kifayət edərdi ki, C.Qurbanovun o dövrlərdəki “nailiyyətləri” barədə dolğun təsəvvür yaransın. 

İstənilən yolun çəkilişi zamanı podratçı şirkətlə sövdələşərək texniki şərtləri pozmaq, Bakı-Quba yolu kimi keyfiyyətsiz “əsər” yaratmaq hesabına “qənaət edib” külli miqdarda dövlət vəsaitini mənimsəmək Nəqliyyat Nazirliyi və C.Qurbanovun qurumu üçün adi hal deyildimi? Onu da unutmayaq ki, hazırda yüksək vəzifədə olmaq törədilmiş korrupsiya əməllərinə görə cəzadan immunitet yaratmır, yaratmalı deyil!...

Əslində, “sabiqlər” mövzusunu son zamanlar istintaq orqanlarının apardıqları araşdırmalar, xüsusilə Səlim Müslümovun həbsi gündəmə gətirdi və aktuallaşdırdı.

Ancaq yuxarıda adı çəkilən və çəkilməyən məmurların korrupsiya əməlləri hələ onlar vəzifədə olan zaman da mətbuatın müəyyən kəsimi tərəfindən gündəmə gətirilirdi. Lakin yazılanlara demək olar ki, məhəl qoyan yox idi.

Yəqin ki, bunun səbəblərindən biri də həmin illərdə neft pullarının “fontan vurması”, ona görə də “xırdaçılıq edilməməsi”dir. Və bəlkə də həmin “fontan vurmaqda” davam etsəydi, nə “Beynəlxalq Bank işi” kimi milyardlıq korrupsiya faktlarının, nə də Səlim Müslümov və digər “sabiqlərin” izinə düşən olmayacaqdı...(azpolitika)

Cəlal Məmmədov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam