Redaktor seçimi
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Günün xəbəri

Məmur həbsləri ölkədə nəyi dəyişir?


Əgər hakimiyyət gerçəkdən idarəetməni dəyişmək və təkmilləşdirmək istəyirsə, bu sahədə köklü islahatlara başlamalıdır

Yenixeber.org: Pandemiya və müharibə dövründə ara verilmiş səs-küylü həbslər ilin əvvəlindən yenidən start götürüb. “Azərxalça” ASC-nin rəhbəri Vidadi Muradov, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, eləcə də iş adamı, “Baku Stell Company” MMC-nin sədri Rasim Məmmədov Bakı İstintaq Təcridxanasının yeni “qonaq”larıdır. İki ay əvvəl isə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Cəlilabadın icra başçısı Namiq Zeynalovu həbs edib, Bakıya gətirmişdi. 

Həbs olunan sabiq məmurlar demək olar ki, eyni maddələrlə ittiham edilirlər: mənimsəmə, rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə, dövlət əmlakını talama və s. Onların heç biri barələrində seçilmiş həbs-qətimkan tədbirindən şikayət etməyiblər. Yalnız Vüqar Səfərlinin vəkilləri onun ev dustaqlığına buraxılması barədə məhkəməyə müraciət edib, amma rədd cavabı alıblar.

Adıçəkilən şəxslər təcridxanada məhkumluğun ilk çətin günlərini yaşayarkən onların “təcrübəli” həmkarlarının məhkəmələri başlayır. 2019-2020-ci illərdə həbs edilmiş 6 icra başçısı bir-bir hakim qarşısına çıxarılır. Bu məmurlar da həbs qərarlarından şikayətçi olmayıblar, ehtimal ki, istintaqda qarşılarına qoyulan izahatları imzalayıb, həbsdən qurtulmağın başqa “kreativ” yolları barədə  tədbir görürlər. Axı, təcrübədə bu sahədə xeyli “yaxşı” nümunələr var. 

2014-2015-ci illərdə ləğv edilmiş Milli Təhlükəsizlik, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin demək olar ki, bütün rəhbərliyi həbs edilmişdi. Beynəlxalq Bankın İdarə Heyətinin sədri Cahangir Hüseynov və bəzi İH üzləri də milyardlarla dollarlıq talançılıqda ittiham edilərək həbsə atılmışdılar. Bu vəzifəli şəxslərə qarşı ittihamlarda nələr yox idi? Onların hər məhkəmə prosesində səslənən korrupsiya, rüşvət rəqəmləri ölkənin gündəminə çevrilirdi. Amma nəticə nə oldu? MTN-çilərin, rabitəçilərin bəziləri istintaqa gedib-gəlsələr də, barələrində heç bir qərar verilmədi. Əksəriyyəti isə bir neçə ildən sonra azadlığa çıxdı, yalnız “sözə baxmayan”, “üzrü günahından betər” olan şəxslərə bu şans tanınmadı. 

Bu hadisələr təsdiq etdi ki, Azərbaycanda qoluna qandal vurulan korrupsioner məmur üçün uzunmüddətli həbsxana həyatı yoxdur. Onlar hansısa yolla azadlığın yolunu tapmaqda çətinlik çəkmirlər. Çünki bayırda onlara doğma olan sistem iş başındadır. 

İcra başçılarının səs-küylü həbsləri cəmiyyətdə korrupsiyaya qarşı mübarizədə müəyyən ümidlər yaratsa da, qısa müddətdə ənənəvi vəziyyət bərpa olundu. Həbsxanaya göndərilənlərin iş başında olan həmkarları heyrətamiz şəkildə cinayətkar fəaliyyətlərini davam etdirdlər. Hətta rüşvət alarkən videoya çəkilib cəmiyyətdə rüsvay olmaq qorxusu onları dayandırmadı. Əlbəttə, bu, təkcə onların şəxsi mənəvi keyfiyyətləri ilə bağlı deyil. Onları hərəkətə gətirən, “formada saxlayan” bir sistem var. Sistemin tələbatından aslı olaraq fiqurlar dəyişir, yenilənir, amma iş prinspləri dəyişmir. Ora daxil olan şəxslərin əksəriyyəti oyun qaydalarını qəbul edir və gündəlik fəaliyyətlərində tətbiq edirlər. 

Sosial mediada, mətbuatda yayılan xəbərlərdən də görünür ki, icra başçıları əsla dəyişməyiblər. Sanki ölüm-qalım seçimi arasında qalmış insan kimi özlərini taleyin ümidinə buraxıblar. 

Təsvir olunan mənzərə son 6-7 ildə məmur həbslərinin idarəçilikdə ciddi dəyişikliklərə gətirib çıxarmadığını göstərir. Təcrübədən məlumdur ki, eyni xətt üzrə aparılan həbslərın, cəzalandırmaların cəmiyyətin inkişafına zərrə qədər xeyri yoxdur. Yenə də məmurun əsas işi dövlət vəsaitlərini talamaq, bir qismini özündən yuxarı ötürməklə təhlükəsizlik çətiri yaratmaq, rəhbərlik etdiyi sahədə dövlət siyasətini sabotaj etməkdir. Həbslər artıq adiləşib, bu vasitə ilə dövlət hakimiyyətini səmərəli hala gətirmək, şəffaflığı təmin etmək, korrupsiya və rüşvətin kökünü kəsmək mümkün deyil. Əgər hakimiyyət gerçəkdən idarəçiliyi dəyişmək istəyirsə, idarəetmə sistemi başda olmaqla, bütün sahələrdə köklü islahatlara başlamalıdır. 

Əvvəla, tamamilə iflasa uğramış icra hakimiyyəti sistemi ləğv olunmalı, onların səlahiyyətləri bələdiyyələrə verilməlidir. Bələdiyyə institutunun səlahiyyətləri genişləndirilməlidir. İctimai iştirakçılıq, ictimai nəzarət mexanizmləri yaradılmalı, məmurların gəlir bəyannamələrinin açıqlanması məcburi hala gətirilməlidir. Qohumbazlıq, tayfabazlıq kimi neqativ hallar ardan qaldırılmalı, tenderlər, dövlət vəsaitlərinin xərclənməsi kimi məsələlər tam şəffaflaşdırılmalıdır. 

Əlbəttə, yerli idarəçilikdə bu dəyişikliklər ölkədə aparılacaq köklü islahatlar çərçivəsində baş tuta bilər. Onun başında isə Konstitusiya islahatı və referendumunun keçirilməsi, parlamentin, məhkəmələrin siyasi rəhbərliyin nəzarətindən çıxarılaraq müstəqilləşməsi, azad seçkilər və güclü media dayanır. İldə 5-10 cinayətkar məmuru tutub, bir-iki ildən sonra azadlığa buraxmaq heç nəyi dəyişmir.(pressklub)

Turqut


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam