Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Kremldə 60 il işləyən məmur –O, Lenindən başqa SSRİ-nin 10 baş naziri ilə birgə çalışıb

 

SSRİ-nin mövcud olduğu 70 il ərzində ölkənin baş naziri (SSRİ Xalq Komissarları Sovetinin sədri, SSRİ Nazirlər Sovetinin sədri) vəzifəsində 11 nəfər çalışıb: Vladimir İliç Lenin, Aleksey Rıkov, Vyaçeslav Molotov, İosif Stalin, Georgi Malenkov, Nikolay Bulqanin, Nikita Xruşov, Aleksey Kosıgin, Nikolay Tixonov, Nikolay Rıjkov və Valentin Pavlov. Mixail Smirtyukov yeganə dövlət məmurudur ki, Lenindən başqa qalan 10 baş nazirlə işləmək ona qismət olub.

Yenixeber.org: Mixail Smirtyukov Nazirlər Sovetində işə 1930-cu ildə qəbul olunub və nə az, nə çox, düz 60 ildən sonra, 1990-cı ildə Kremli tərk edib.

Smirtyukov 1909-cu ildə Kaluqada anadan olub. Orta məktəbi bitirdikdən sonra Moskav Dövlət Universitetinin sovet hüququ fakültəsində ali təhsil alıb. Çox qısa müddət qəsəbə sovetinin sədri və klub müdiri işlədikdən sonra 1930-cu ildə onun Xalq Komissarları Sovetinə işə keçməsi ilə bağlı ərizəsinə müsbət cavab verilib və o, referent vəzifəsinə işə götürülüb. Artıq 1941-ci ildə Mixail Smirtyukov Xalq Komissarları Sovetinin katibliyində müavin vəzifəsini daşıyıb, eyni zamanda müharibə başlananda yaradılmış Dövlət Müdafiə Komitəsində Anastas Mikoyanın köməkçisi vəzifəsini də icra edib. 1953-cü ildə SSRİ Nazirlər Sovetinin İşlər İdarəsinin müdir müavini təyin olunan Smirtyukov 1965-cü ildən 1990-cı ilə qədər həmin idarənin müdiri olub.

 20002941-1.jpg (100 KB)

Siyasi Büro üzvlərini çıxmaq şərtilə Mixail Smirtyukov yeganə məmur olub ki, Kremlin qəbul edəcəyi ən vacib qərarlar onunla razılaşdırılıb. Əslində vəzifə ranqına görə o, Nazirlər Sovetində maliyyə, təminat, təşhizat və bu kimi məsələlərə cavabdehlik daşıyıb. Müasirlərinin söylədiklərinə görə, Kreml birincilərinin onunla hesablaşmasının səbəbi Smirtyukovun son dərəcə savadlı, düzgün qərar qəbul etmək və proqnoz vermək bacarığı olub.

Xüsusilə 1950-ci illərdən sonra Smirtyukov Kremldə böyük nüfuz sahibi olub. Hətta belə hallar da baş verib ki, hansısa bir nazir baş nazirə müəyyən sənədlərə imza atdırdıqdan sonra Smirtyukov həmin sənədi ləğv etdirmək gücündə olub.
İşlər idarəsinin müdiri işlədiyi illərdə baş nazirlər kadr məsələlərini də Smirtyukovla razılaşdırıblar. İşə qəbul olunmaq istəyənlər əvvəlcə Smirtyukovun kabinetindən keçib.

Zəngin dünyagörüşə, intellektə malik olan Smirtyukov metallurqla metallurq, pedaqoqla pedaqoq, həkimlə həkim dilində danışmağı bacarıb. Heç bir sahənin mütəxəssisi onu aldada bilməyib. Nazirlər Sovetinə daxil olan sənədə bir dəfə nəzər salmaqla o, məsələnin mahiyyətini dəqiqliklə anlayıb. Elə bu səbəbdən də nazirlər, komitə sədrləri baş nazirin qəbulundan əvvəl onun yanına gediblər. Yalnız Smirtyukovun razılığından sonra məsələnin müzakirəsi baş nazirin yanında davam etdirilib. Məsələn, Stalin dövrünün “əfsanəvi naziri” sayılan maliyyə naziri Arseni Zverev 1951-ci ildə istiqrazlarla bağlı təkliflə Nazirlər Sovetinə gələndə Smirtyukov onun təkliflər paketinə nəzər saldıqdan sonra bir cümlə ilə münasibət bildirib: “Bu xalqın cibinə girməkdir”. Smirtyukov öz xatirələrində yazdığı kimi, bu cümlədən sonra Arseni Zverev sənədləri elə onun kabinetində cıraraq zibil səbətinə atıb və Nazirlər Sovetinin binasını tərk edib.

20003546.jpg (70 KB)

Mixail Smirtyukov bütün rəhbərlərlə dil tapmağı bacarıb. Yalnız Leonid İliç Brejnevlə aralarında soyuq münasibət olub. Yəqin ki, bu da Smirtyukovun təşəbbüskar bir kadr olmasından irəli gəlib. Brejnev Smirtyukovu partiya ilə hökumət arasında qarşıdurma yaradan şəxs adlandırıb.

1979-cu ildə Smirtyukovun 70 illik yubileyində ona Sosialist Əməyi Qəhrəmanı adı verilməsi ilə bağlı təqdimat Brejnevin masasına qoyulanda baş katib əvvəlcə razılıq verməyib. Yalnız Nazirlər Sovetinin sədri Aleksey Kosıginin və Ukraynanın birinci katibi Vladimir Şerbitskinin müdaxiləsindən sonra Brejnev təltiflə razılaşıb.

Kremldə 60 illik fəaliyyətində Mixail Smirtyukov çox hadisələrin şahidi olub və həmin hadisələr haqqında zaman-zaman mətbuata danışıb. Ümumiyyətlə, mətbuata həmişə açıq olan Smirtyukovun müsahibələri böyük maraqla qarşılanıb.
Məlum olduğu kimi, Stalinin vəfatından sonra onun cəbhə bölgələrinə səfər edib- etməməsi haqqında mətbuatda saysız hesabsız müzakirələr açılıb. Bu məsələyə Smirtyukovun açıqlaması daha maraqlı olub:

1011692137.jpg (87 KB)

“İosif Stalinin ona qarşı törədilə biləcək sui-qəsdlərdən çox ehtiyat edib. Hətta Kremlin daxilində belə ona yaxın düşmək mümkün olmayıb. Uzun illər birgə işlədiyimiz dövrdə mən bunun canlı şahidi olmuşam. Belə bir təlimat var idi ki, əgər təsadüfən Stalinlə dəhlizdə rastlaşanda üzünü divara çevirməli və əllərin görünəcək şəkildə dayanmalıydın. Onunla dəhlizdə görüşmək isə heç də təsadüfi olmurdu. Çünki Stalinin dəhlizdə gəzişməyi adət halına çevrilmişdi. Sovet liderləri arasında Nikita Xruşov və Mixail Qorbaçov xalqla daha çox təmasda olub. Amma bu, heç də o demək deyil ki, Stalin cəbhə bölgələrində olmayıb və heç vaxt insan kütlələri qarşısına çıxmayıb. Sadəcə, Stalin öz təhlükəsizliyi üçün bir çox hallarda kütləvi görüşlərdən yayınıb. O ki qaldı onun cəbhə bölgələrində olmasına, mən maraqlı bir faktı açıqlaya bilərəm. Müharibə ərəfəsində Stalin Smolensk istiqamətinə səfər edib. Bu səfər zamanı o, bir gün Vyazmanın kəndlərinin birində gecələyib. Qaldığı evin sahibəsi isə yaşlı bir qadın olub. Səhərsi gün Stalin evi tərk edəndə mühafizə rəisi general Nikolay Vlasikə tapşırıb ki, evdə qaldıqlarına görə evin sahibəsinə pul versinlər. Sonda məlum olub ki, nə Stalinin, nə də onu müşayiət edənlərin heç birinin üstündə pul yoxdur. Pul əvəzinə ev sahibəsinə Stalin üçün nəzərdə tutulmuş və istifadə olunmamış ərzaqlar verilib. Məhz bu səfərdən sonra sovet lideri köməkçisi Poskrebışevə tapşırıb ki, belə görüşlərdə əvvəlcədən ona nə edəcəyini mükəmməl izah etsinlər ki, o sıravi vətəndaşlara borclu qalmasın. Stalin çox nəhəng və dahi bir insan idi. Bu danılmaz faktdır...”

800px-Смиртюков,_Михаил_Сергеевич.jpg (36 KB)

Mixail Smirtyukovun Nikita Xruşovla bağlı aşıqlamaları da maraqla qarşılanıb:

“Stalindən fərqli olaraq mən Nikita Xruşovla daha çox əlaqədə olmuşam. Xruşov o tip siyasətçilərdən idi ki, həmişə başından yuxarı tullanmaq istəyirdi. Onun əhvalı gün ərzində bir neçə dəfə dəyişirdi. Xruşov öz savadsızlığını, hansısa bir məsələdə anlayışsız olduğunu hay-küyü ilə əvəzləyirdi. Bəli, Kremldə belə məmurlar çox olub. Ağıllarına gələni təklif edirdilər, müzakirəsiz və düşünmədən rəsmiləşdirməyə çalışırdılar. Məhz SSRİ-də ilk dəfə ölkənin ailə tərəfindən idarə edilməsi Xruşovdan başlayıb. Kosmonavtlara, artistlərə, yazıçı və şairlərə mənzil, avtomobil, mebel lazım olanda hamı Xruşovun həyat yoldaşına müraciət edirdi. Kürəkəni Acubey mətbuatı öz təsiri altına almışdı. Belə faktlar çoxdur. Xruşov hökumət işlərindən çox qisas işləri məşğul olurdu, o hətta ölülərdən də qisas alırdı. Xruşov dəfələrlə mənim iştirakımla bu gün imza atdığı sənədə səhərisi gün düzəlişlərdən sonra yenidən imza atıb. Xruşov kobud bir adam idi. Onun üçün hamının qarşısında tabeliyində olanları alçaltmaq, təhqir etmək adi bir məsələydi. İçəndən sonra danışığına ümumiyyətlə nəzarət edə bilmirdi. İstisnalar olmaqla, bütün siyasi elita onun hakimiyyətdən getməyini arzulayırdılar və gözləyirdilər. Sonda da saray çevrilişi baş verdi və o təqüdə göndərildi. Ona bağ evini mən ayırmışdım...”

Mixail Smirtyukov baş nazirlər arasında Aleksey Kosıginlə dostluq münasibətində olub. Onların tanışığı hələ 1930-cu illərdən başlayıb. Smirtykov Kosıginin karyerası ilə bağlı sirli bir faktı da açıqlayıb:

smirtyukov_ms.jpg (178 KB)

“1937-ci ildə məni Nazirlər Sovetində sektor müdiri təyin etmişdilər. Bu vəzifədə ilk ezamiyyətim Leninqrada olub. Səhər saatlarında məni vağzalda qarşıladılar. Planımda ilk olaraq toxuculuq fabrikinə getmək idi. Qarşılayanlara bildirdim ki, artıq iş saatı başlayıb, birbaşa gedək fabrikə. Həmin vaxt fabrikin direktoru Aleksey Kosıgin idi. İlk dəfə idi onunla görüşürdüm. Son dərəcə zövqlə geyinmiş, səliqəsi ilə göz oxşayan bu adam ilk baxışdan məndə xoş təəssürat yaratmışdı. Biz fabriki gəzdik, sexlərdə olduq, sənədləri araşdırdıq, daha sonra fabrikin yataqxanasına da getdik. Harada oldumsa ideal vəziyyətlə üzləşdim. Moskvaya qayıdanda gördüklərimlə bağlı hər şeyi geniş arayış formasında rəhbərliyə təqdim etdim. Bu arayışdan sonra Kosıgin Leninqrad vilayət partiya komitəsinə şöbə müdiri vəzifəsinə təyin olundu. Bu, onun böyük karyerasının başlanğıcı idi. Kosıgin ideal bir şəxsiyyət idi, istər işdə, istər ailədə, istərsə də dostluqda...”

Mixail Smirtyukov SSRİ Nazirlər Sovetinin sədrləri arasında Nikolay Rıjkovu ən zəif və ən bacarıqsız baş nazir sayıb.
Smirtyukov 1990-cı ildə, 81 yaşında fərdi təqaüdə göndərilib. Təqaüddə olduğu illərdə də onun təcrübəsindən istifadə edilib.

Gərgin iş şəraitində işləməsinə, müharibə dövrünü yaşamasına baxmayaraq, Mixail Smirtyukov 95 il ömür sürüb. O, 2004-cü ildə vəfat edib. Uzunömürlülüyünün sirrini açlqlayan Smirtyukov bildirib ki, ona bu illəri bəxş edən piyada gəzintiyə üstünlük verməsi olub.(musavat)

İlham Cəmiloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam