Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Kremlin “hər məsələni həll edən kadrı” –Şərəfsiz addımlar atdığının fərqində olan Şatalinin puç edilən karyerası

 


 O, üzdə çox görünməsə də, görülən bütün işlərdə izi olub. Müasirlərinin söylədiyi kimi, Şatalinin qaranlıq otaqda da kölgəsi əks olunub. 1940-cı illərdən 1950-ci illərin ortalarına qədər Nikolay Şatalin müttəfiq respublika, diyar və vilayətlərin partiya orqanlarında kadr siyasətini həyata keçirən əsas simalardan biri olub. Andrey Qromıkonun təbirincə desək, Şatalin Sibirin ən ucqar kəndlərində belə kimin əsl kommunist olduğunu hamıdan yaxşı bilib. Onunla bağlı Kreml məmurlarının bir aforizmi də meydana gəlib, İosif Stalinin məşhur “hər şeyi kadrlar həll edir” ifadəsinə, “hər şeyi Şatalin həll edir” kimi “düzəliş” veriblər.

Yenixeber.org: Nikolay Şatalin 1904-cü ildə Moskva vilayətinin Zarayski rayonunda anadan olub. Orta təhsilini başa vurduqdan sonra, 1921-1923-cü illərdə orduda xidmət edib. Hərbi xidmətdən sonra bir müddət komsomol orqanlarında işləyib, sonra Moskvada pedaqoji institutda ali təhsil alıb. İnstitutu fərqlənmə diplomu ilə bitirən gənc müəllimi Krasnoyarsk diyarına məktəb direktoru göndəriblər. O, pedaqoji fəaliyyəti ilə yanaşı elmi yaradıcılıqla da məşğul olub, təhsilini qiyabi yolla aspiranturada davam etdirib.

1935-ci ildə Nikolay Şatalin Moskvaya qayıdıb, pedaqoji institutun direktoru vəzifəsini icra edib. Onun dövrü mətbuatdakı mütəmadi çıxışları ictimaiyytin diqqətindən yayınmayıb, Şatalin savadlı və bacarıqlı kadr kimi tanınmağa başlanıb, hakim dairələrdə də onun haqqında müsbət rəy formalaşıb.

iu.jpg (53 KB)

1938-ci ildə Şatalin Kremlə dəvət olunub, onu Mərkəzi Komitədə inspektor vəzifəsinə təyin ediblər. Şatalin siyasi karyerasına bu kiçik vəzifədən başlayıb. Əvvəlcə inspektor, sonra şöbə müdirinin müavini, kadrlar idarəsinin rəis müavini, 1944-cü ildən Mərkəzi Komitənin Estoniya və Latviya üzrə büro sədri vəzifələrini daşıyan Şatalin həm də uzun illər “Partiya həyatı” jurnalının baş redaktoru olub.

Nikolay Şatalinə Kremldə Georgi Malenkov hamilik edib. Stalinin vəfatından sonra Kremldə keçirilən müşavirədə Malenkov Şatalini Mərkəzi Komitənin inzibati orqanlar üzrə katibi təyin etdirməyə nail olub. Ona eyni zamanda daxili işlər nazirinin siyasi məsələlər üzrə müavini vəzifəsi də həvalə edilib. Yəni, Şatalin DİN-də partiya nəzarəti funksiyasını həyata keçirib.
Malenkov-Şatalin birliyi daha geniş planlar cızıb. 1954-cü ildə Mərkəzi Komitədə Dövlət Təhlükəsizliyi Komitəsinin ayrıca bir qurum kimi yaradılması ilə bağlı qərar qəbul ediləndə, DTK sədri vəzifəsinə namizədlər məsələsi müzakirə olunub. Sözsüz ki, Nikita Xruşov bu mühüm posta özünə yaxın olan bir şəxsi təyin etmək istəyib. Bu şəxs İvan Serov olub. Müzakirələrdə iştirak edən Şatalin çıxış edərək Xruşovun təklifinə qarşı çıxıb. Serovun bu vəzifənin öhdəsindən gələ bilməyəcəyini müşavirə iştirakçılarının diqqətinə çatdırıb və bu çıxışdan sonra əvvəlcədən planlaşdırdıqları kimi Malenkovun çıxışı, DTK sədri vəzifəsinə Şatalinin namizədliyi verilməsi nəzərdə tutulub. Sövdələşmə baş tutmayıb. Siyasi Büro üzvləri Nikolay Bulqanin, Kliment Voroşilov, Lazar Kaqanoviç İvan Serovun bacarıqlı kadr olmasını söyləməsələr də, sonda Xruşovun təklifini qəbul ediblər. İvan Serov DTK sədri təyin edilib.

Təbii ki, Nikita Xruşov Şatalinin “canfəşanlığını”, Malenkovun gizli kadr oyunlarını yaddaşına həkk edib və qarşı tərəfə cavab vermək üçün məqam gözləyib.

1955-ci ilin fevralında Xruşov Malenkovu SSRİ Nazirlər Sovetinin sədri vəzifəsindən yola saldıqdan sonra növbə Şatalinə də çatıb. Xruşov onu Mərkəzi Komitənin katibi vəzifəsindən azad edərək Moskvadan çox-çox uzaqlara, Primorsk diyar Partiya Komitəsinə birinci katib göndərib.

İki ilə yaxın bu vəzifədə işlədikdən sonra Şatalin bir neçə dəfə Moskvaya qayıtması ilə bağlı Xruşova müraciət edib. Şatalinin artıq tam zərəşizləşdirlmiş bir şəxs olduğunu anlayan Xruşov onu Nazirlər Sovetində kiçik bir vəzifə ilə təmin edib.

Nikolay Şatalin 1960-cı ildə təqaüdə çıxıb, Dövlət Plan Komitəsinin nəzdində fəaliyyət göstərən elmi tədqiqat institutunda elmi-pedaqoji fəaliyyətlə məşğul olub.

Nikolay Şatalinin uzun müddətli siyasi fəaliyyətində maraqlı hadisələr çox olub. Amma onun adı SSRİ-nin və Kommunist Partiyasının tarixinə bir hadisə ilə düşüb, Lavrenti Beriyanı partiya sıralarından xaric etməklə.

Beriyanın həbsindən sonra Daxili İşlər Nazirliyində nazirliyin rəhbər heyəti ilə Nikolay Şatalin qapalı müşavirə keçirib. O, Beriyanın həbs olunması haqqında məlumatı müşavirə iştirakçılarına çatdırıb, Beriyanın ona Malenkova görə həmişə xoş münasibət göstərməsinə baxmayaraq, onun ünvanına sərt fikirlər söyləyib. Müşavirənin sonunda isə Şatalin qərarını verib:

- Mən Lavrenti Beriyanı Kommunist Partiyasından xaric edirəm. Bizim partiyamızda yaramazlara və cinayətkarlara yer yoxdur və bundan sonra da olmayacaq.

Müşavirədən sonra nazirliyin şöbələrindən birinin rəisi, Beriya ilə yaxınlığı ilə tanınan Zaytsev dəhlizdə ona yaxınlaşıb:

- Nikolay Nikolayeviç, siz bü gün bütün siyasi fəaliyyətiniz dövründə ən şərəfsiz addımınızı atdınız.

images.jpg (59 KB)

Yetərincə səbrli və təmkinli olan Şatalin şöbə rəisinə sakitliklə və bir az da təbəssümlə cavab verib:

- Xeyr, yanılırsınız, dediyiniz şərəfsiz addım bir neçə gündən sonra atılacaq, uzun illər tanıdığım bir şəxsi, sizi həbs etdirdiyim gün...

Şatalinin dediyi kimi də olub, Beriya ilə yaxın olanlar bir-birinin ardınca ölüm kameralarına, həbsxanalara göndərilib. Hələ bundan sonra Mərkəzi Komitənin sabiq katibi çox hadisələrə, Xruşovun devrilməsinə, Brejnevin 18 illik hakimiyyətinə, Andropovun ustalıqla birinci kürsüyə sahib olmasına, xəstə Çernenkonun əzyyət çəkə-çəkə baş katibin kreslosunda əyləşməyinə şahidlik edib...

Nikolay Şatalin 1984-cü ildə, 79 yaşında vəfat edib.(musavat)

İlham Cəmiloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam