Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Fuad Ələsgərovun qəbulunda olan valideynin övladının vəsadəti qəbul olunmadı:PREZİDENTƏ VİDEOMÜRACİƏT

 

Bir müddət öncə Azərbaycan Respublikası Cinayət Məsəlləsinin 192. 3.2 (Xüsulilə külli miqdarda gəlir əldə etməklə törədildikdə) və 206.3.2(Qabaqcadan bir qrup şəxslə əlbir olaraq törədildikdə) maddəsi ilə ittiham olunaraq 2023-cü ildən həbsdə olan Elvin Şirinov  işinə obyektiv baxılmaması şikayəti ilə Baş Prokurorluğa şikayət etməsi haqda məlumat vermişdik. Bu şikayət əsasında Sabunçu rayon prokurorluğunun əməkdaşları Kürdəxanı təcridxanasında E.Şirinovla görüşmüş və ondan izahat almışlar.

Yenixeber.org: Elvin Şirinov izahatında işinə ədalətli baxılmayacağı və haqq etdiyi bəraəti almayacağı halda həyatına qəsd edəcəyi ilə bağlı “ölüm ərizəsi” yazaraq Sabunçu rayon prokurorluğunun əməkdaşlarına təqdim edib. Bunun ardınca heç bir tədbir görülməyib. Cumhuriyyet.az-a daxil olan məlumata görə sentyabrın 21-də səhər saat 5-30  radələrində Elvin Şirinov Kürdəxanı təcridxanasında mələfə ilə özünü asararaq növbəti dəfə intihara cəhd edib. Kamera yoldaşlarının təsadüfi müdaxiləsi nəticəsində sağ qalan E.Şirinov intihardan öncə yazdığı məktubda ölümündə təcridxana rəhbərliyinin heç bir günahı olmadığını, aparılan qeyri-obyektiv istintaqa və məhkəmə prosesinə etiraz əlaməti olaraq bu addımı atdığını qeyd edib. E.Şirinovun həyatı təhlükəsi ilə bağlı anası, yaxınları Respublika Prokurorluğuna, ölkə rəhbərliyinə müraciət edib. Redaksiyamıza verilən məlumata görə bu günlərdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Fuad Ələsgərovun göstərişi ilə məhbusun yaxınları qəbul olunub və işinəzarətdə saxlayacaqlarını bildiriblər. Ötən gün  Fəhmin Hümbətovun sədrliyi ilə Sumqayıq Ağır Cinayətlər Məhkəməsində Hidayətov Zöhrab Raqub oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 192.3.2 və 206.3.2-ci maddələri ilə, Şirinov Elvin Valeh oğlu və Hümbətov Qaçqın Şura oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 192.3.2 və 206.3.2-ci maddələri və  təqsirləndirilmələrinə dair  cinayət işinin növbəti məhkəmə prosesi keçirilib və dövlət ittihamçısı ağır cəza tələb edib. Onu da bildirək ki, onlayn keçirilən məhkəmə prosesində Elvin Şirinov  iştirak etməkdən imtina edib və ədalətsizliyə etiraz olaraq intihar edəcəyini bildirib. Digər müttəhim Hidayətov Zöhrab Raqub oğlunun atası prezidentə müraciət edib. Müraciəti diqqətinizə çatdırırıq:(Cumhuriyyet.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam