Redaktor seçimi
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Günün xəbəri

Dövlət xidmətləri haqqında qanuna niyə ehtiyac yaranıb? -Deputat izah etdi

 

“Hər bir şəxs dövlət xidmətlərindən bu və ya digər şəkildə istifadə edir. Bu mənada xidmət sahəsində islahatlar hər zaman zəruridir. Bu sahədə təcrübələr  ölkələrə və cəmiyyətlərə görə dəyişsə də ümumi yanaşmada peşəkar  komandanın yaradılması, vətəndaş məmnunluğu və dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsi prinsipləri heç vaxt dəyişmir”.

Yenixeber.org-un məlumatına görə, bu sözləri Milli Məclsiin deputatı Nigar Məmmədova “Dövlət xidmətləri haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib. 

“Dövlət xidmətləri haqqında” qanun layihəsi də vətəndaşlara və dövlət qurumlarına keyfiyyətli, əlçatan və şəffaf xidmətlərin göstərilməsini təmin etməyə hesablanıb. Bütün xidmətlərin ümumi reyestrdə birləşməsi əminlik və etimad mənbəyi yaradır. 

Deputat bildirib ki, burada xidmətin keyfiyyətinin və əlçatanlığının yaxşılaşdırılması əsas şərtdir. Vətəndaşların hüquqlarının müdafiəsi baxımından yanaşsaq, əhalinin məlumatlandırılması, şikayətlərə baxılması, hüquqların qorunması mexanizmləri də qanun layihəsində əksini tapıb.

“Qanun layihəsinin ən vacib məqamlarından biri də şəffaflıq və hesabatlılıq prinsipinin qorunmasıdır. Xidmətlərin göstərilməsi prosedurlarının tənzimlənməsi və “ASAN xidmət indeksi” əsasında onların keyfiyyətinin qiymətləndirilməsi ilk növbədə dövlət orqanlarının şəffaflığını və cəmiyyət qarşısında hesabatlılığını artırır”. 
“Qanun layihəsinin əsas üstünlüklərindən biri də bütün əhali kateqoriyasının, o cümlədən də həssas əhali qrupunun, xüsusilə ahılların, regionlarda yaşayan insanların bütün növ xidmətlərdən bürokratik əngəllər və vaxt itkisi olmadan məmnunluğunu nəzərdə tutmasıdır. Eyni zamanda korrupsiya hallarının sıfırlanmasına yönələn mexanizmlər layihənin əsas üstünlüklərindən biridir. Burada dövlət xidmətlərindən eyni şərtlərlə və bərabərhüquqlu istifadə həm də ədalət prinsipinin qorunması deməkdir” – deyə o qeyd edib.  

N. Məmmədova bildirib ki, qanun qəbul edildikdən sonra qurumların bir-birilə koordinasiyalı şəkildə işləməsi xidmətin keyfiyyətinin daha da təkmilləşdirilməsinə gətirib çıxaracaq. Nəticə etibarı ilə hər bir oqranın məmnunluq səviyyəsinin müxtəlif istiqamətlər üzrə ölçülməsi mümkün olacaq. Burada təbii ki, kadr potensialı, etik davranış standartları, insan resursları siyasətinin düzgün tətbiqi fərdi məsuliyyəti artıraraq, xidmət səviyyəsinə təsir edən əsas faktorlardan biridir.

“Uzun illər görməyə adət etdiyimiz növbələr, kağızlar dövrü çoxdan bitib və  yeni nəsil yanaşmalarla, effektiv rəqəmsal transformasiya ilə əvəzlənir. Yüksək keyfiyyətli xidmətlər dövlətlə vətəndaş arasında etimadı daha da möhkəmləndirərək, qarşılıqlı əlaqələri məhz rəqəmsallaşdırma vasitəsilə tənzimləyəcək. Belə bir qanunun mövcudluğu vətəndaşların hüquqlarını qorumaqla yanaşı xidmət təminatçıları üçün hesabatlılığı müəyyən edəcək, dövlət idarəçiliyinin səmərəliliyini artıracaq” –sonda o qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam