Redaktor seçimi
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Günün xəbəri

Bakıdan start götürən Türkiyə-İran qovğası-Bölgənin iki iri dövləti arasında nə baş verir?

 

Yenixeber.org: Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıda keçirilən Zəfər Paradında söylədiyi bayatı iki ölkə arasında gərginliyi artırıb.  Xarici işlər naziri Məhəmməd Cavad Zərifin dekabrın 11-də qınaq dolu “tvit”indən sonra Türkiyənin Tehrandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılaraq ondan izahat tələb edilib. İran siyasətçilərinin paylaşımlarında və mediadakı yazılarda Ərdoğanın ünvanına çox sərt tənqidlər, hətta təhqirlər əksini tapıb. Məsələn, İran parlamentinin üzvlərindən biri Səddam Hüseynin edam səhnələrini sosial mediada paylaşaraq “İrana hücum edənlərin aqibəti belə olur” deyə yazıb.

Politoloq Ərəstun Oruclu baş verənləri saytımıza şərh edərkən bildirdi ki, əslində İranın xarici işlər naziri Cavad Zərifin Türkiyə prezidenti Ərdoğanın söylədiyi misralara reaksiyasi həmin sözlərdə Araza və Azərbaycanın bölünməsinə olan işarə ilə əlaqəli deyildi:

“Bu, yalnız bəhanə idi, əsl səbəb Türkiyənin Qafqazda və xüsusilə də Azərbaycanda artan roludur. Bölgəyə dair uzun müddət davam etmiş və əsasən Rusiya-İran tandemindən ibarət əməkdaşlıq bu gün yeni formata və yeni fazaya keçməyə məhkumdur, çünki artıq Cənubi Qafqazda yeni bir oyunçu – Türkiyə var. Şübhəsiz ki, belə bir dəyişiklik bölgənin əsas “söz sahibləri” üçün ciddi narahatlıq yaradır”.

Ə.Oruclunun sözlərinə görə, bu mənada son aylar istər İran, istərsə də Rusiya tərəfindən Türkiyənin bölgəyə müdaxiləsinə yönəlik bəzən açıq, bəzən də qapalı etirazlar anlaşılandır:

“Bütün səylərə, o cümlədən də son savaşda Ermənistana verilən hərbi dəstəyə rəğmən, Azərbaycan-Türkiyə hərbi-siyasi əməkdaşlığı öz real bəhrəsini verdi və bu da əks tərəfdən sakitliklə qarşılana bilməz. Bu səbəbdən hər iki ölkədə – İran və Rusiyada Türkiyəyə münasibətin təzahürləri özünü sinxron göstərir. Onlar formaca fərqli olsa da, mahiyyətcə eynidir. Xatırlayırsınızsa, İkinci Qarabağ savaşı dövründə hər iki ölkə rəsmiləri Türkiyənin Azərbaycanın tərəfində döyüşmək üçün bölgəyə guya Suriyadan terrorçular gətirdiyi haqda absurd iddialar səsləndirirdilər. Halbuki, ortada bunu təsdiq edən bir fakt belə yox idi. Həmçinin, Azərbaycan ordusu İranla həmsərhəd ərazilərini işğaldan azad etdikdə isə cənub qonşumuz öz sərhədyanı bölgəsində silahlı qüvvələrinin sayını artırırdı. Odur ki, Türkiyə prezidentinin adi bir şeir söyləməsinə verilən qeyri-adekvat və qeyri-peşəkar reaksiya da təəccüblü görünməməlidir. Türkiyə artıq öz hərbi-siyasi gücü ilə bölgədədir və bu da o deməkdir ki, biz bu tipli açıqlama və bəyanatların hələ çox şahidi olacağıq”.

Bəs, indiki məqamda Türkiyə – İran münasibətlərinin kəskinləşməsi mümkündürmü? Ankara ABŞ-ın təzyiqlərinin artdığı dönəmdə qonşu ölkə ilə münasibətləri böhrana sürükləməkdə maraqlıdırmı?

Ankarada fəaliyyət göstərən İran Araşdırmaları Mərkəzinin (İRAM) baş vəkili Hakkı Uğur bildirir ki, İranı doğru anlamaq Türkiyə üçün həyati önəm daşıyır:

“Çünki İranın reflekslərini doğru anlamadığınız zaman bir sıra problemlərlə qarşılaşa bilərsiniz. Türkiyə üçün bunun ən bariz örnəyi İranın Suriya böhranındakı rolu idi. Suriya inqilabının iç savaşa dönməsi ilə əlaqədar Türkiyə ağır bir bədəl ödədi və hələ də ödəməyə davam edir. Burada İranın oradakı müdaxiləsinin önəmli bir payı var”.

İranın iqtisadi durumunun Türkiyə üzərindəki təsirlərinə diqqət çəkən araşdırmaçı əlavə edib ki, İrana sanksiya tətbiq edildiyi zaman bu, Türkiyə şirkətlərinə də təsir edir:

“İranda sıradan bir vətəndaşın alıcılıq qabiliyyəti azaldıqda, onların Türkiyəyə səfərləri azalır. Halbuki Türkiyə iranlı turistlərdən böyük pullar qazanır. Yoxsullaşmadan İranda fəaliyyət göstərən Türkiyə şirkətləri təsirlənir və s…”

Uğur əlavə edir ki, ABŞ-la İran arasında nüvə proqramından əlavə, ballistik raket proqramı, habelə regional siyasəti ehtiva edən bir anlaşma Türkiyəni də məmnun edər:

“Əgər bu anlaşma İranın ballistik raketlərini və regional siyasətini də ehtiva edəcəksə, Türkiyə bundan məmnun olar. Çünki Türkiyə bunlardan rahatsızdır. Türk ordusu güclüdür, müdafiə baxımından Səudiyyə Ərəbistanı və ya Birləşmiş Ərəb Əmirliklərinin hiss etdiyi kimi, İrandan özünə təhlükə görmür. Amma İranın əlində yüzlərlə, minlərlə raketlərin olması Türkiyənin də xoşuna gəlmir. Eyni zamanda, İranın regional siyasətinin İraqda və Suriyada olduğu kimi, qeyri-konstruktiv olması Ankaranı narahat edir. Əgər ABŞ-la İran arasında gələcək anlaşma bunları da ehtiva edəcəksə, yəni İranı cilovlayacaqsa, Türkiyə bundan məmnun qalacaq. Dolayısı ilə Türkiyə yenə Bayden höküməti və İranın müzakirələrini dəstəkləyəcək”.(pressklub)

Turqut


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam