Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ruhani Zərifin istefasını qəbul etmədi

 

Ruhani Zərifin istefasını qəbul etmədi
İran prezidenti Həsən Ruhani ölkənin xarici işlər naziri Məhəməd Cavad Zərifin istefasını qəbul etməyib.

 Yenixeber.org: Bu barədə İran prezident administrasiyasının rəhbəri Mahmud Vaizi sosial şəbəkə vasitəsilə verdiyi açıqlamada deyib.
Bildirib ki, Cavad Zərifin istefasının Ruhani tərəfindən qəbul edilməsilə bağlı yayılan iddialar həqiqətə uyğun deyil.

“IRNA” agentliyi isə bəyan edib ki İran parlamentinin bir sıra deputatları prezident Ruhaniyə məktub yazaraq Zərifin xarici işlər naziri kimi vəzifəsinin icrasına davam etməsini istəyiblər.

Qeyd edək ki, İran xarici işlər naziri Məhəməd Cavad Zərif ötən axşam sosial şəbəkə vasitəsilə istefa verdiyini bəyan edib. İddia olunur ki, onun istefasına səbəbSuriya prezidenti Bəşər Əsədin İrana səfəri barədə ona əvvəlcədən məlumat verilməməsi və bundan xəbərsiz olmasıdır.

“Entekhab” saytı yazıb ki, artıq bu hadisədən sonra Cavad Zərifin xarici işlər naziri kimi dünyada heç bir nüfuzu olmayacaq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam