Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

Yerevan Rusiya ilə Türkiyə arasındakı Qarabağ məsləhətləşmələrindən narahatdır-ANALİZ

 Ermənistanın baş naziri yenidən Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində olub və həmişəki kimi separatçıların liderlərinə orden-medal paylayıb. Elə həmin vaxt Moskva və Ankara Avropa İttifaqı ilə ABŞ-ın regiona buraxılmaması üçün birgə səylər göstərmək qərarına gəliblər.

Yenixeber.org: Publisist Aram Amatuninin Paşinyanın "Aykakan Jamanak" qəzetində təsdiq etdiyi kimi, Rusiya və Türkiyə rəhbərləri Putin və Ərdoğan arasında olan son telefon danışıqlarından birində söhbət məhz Vaşinqtonla Brüsselin münaqişənin həllinə və bütövlükdə işğal edilmiş Qarabağ regionuna təsir göstərmək cəhdlərinə son qoyulmasından gedib. Amatuni vurğulayıb ki, Türkiyə və Rusiya Dağlıq Qarabağ münaqişəsini obyektiv şəkildə müzakirə edir və bununla da Minsk Qrupuna paralel olaraq yeni vasitəçilik formatı formalaşdırırlar.

 

Rusiya və Türkiyənin ATƏT-in Minsk Qrupunun həmsədrlik formatından narazı olduqları çoxdan məlumdur. Bu iki ölkənin münaqişənin həllində mövcud vasitəçilərə qarşı meyilsizliyinin günahkarı bölgədə həlledici rol oynamaq istəyən ABŞ-dır. Rusiyanın "Rus dünyası" və "Avrasiya" adlandırılan ideoloqları artıq açıq şəkildə bəyan edirlər ki, Moskva ilə Ankara Birləşmiş Ştatları regiondan sıxışdırıb çıxarmaq üçün əməkdaşlıq etməlidirlər, çünki ayrı-ayrılıqda bunu etmək imkanları yoxdur.

Erməni publisist əmindir ki, hadisələrin bu cür dönüşü, yəni Rusiya-Türkiyə yaxınlaşması heç də Yerevanın maraqlarına uyğun deyil. "ABŞ-ın regiondan sıxışdırılması, əslində,"erməni soyqırımı"nın nəticəsi olmuş yüzillik regional məntiqin dirçəldilməsi və Ermənistanın qərb ərazilərini və Naxçıvanı itirməsi deməkdir", - deyə Amatuni bildirib.

Əslində, bu jurnalist Türkiyə və Azərbaycan ərazilərinə ermənilərin iddialarını bir daha səsləndirib və Ermənistanın regiondakı müdafiəçisinin Rusiya yox, ABŞ olduğunu düşünür.

"Yüz il bundan əvvəl Moskva və Ankara ABŞ-ı sıxışdırıb bölgəni bölüşdürə bildilər. Bu gün bu, ATƏT-in Minsk Qrupu həmsədrlərinin hazırkı formatının işləməyəcəyi təqdirdə mümkündür. Buna görə də, Ermənistan bu formatı şübhə altına almaqla yanaşı, praktiki olaraq alternativ formatın ortaya çıxma ehtimalına da olduqca sərt reaksiya göstərməlidir. Rusiya və Türkiyə, əlbəttə ki, regional sabitlik məsələlərini müzakirə edə bilərlər, lakin Qarabağ məsələsinə bu formatda baxılması Yerevan üçün tamamilə qəbuledilməz olmalıdır", - deyə publisist bildirib.

Bununla yanaşı, müəllif erməni xadimlərinə xas olan əbədi iddialarla ilkin şərtləri də  unutmur: “Əlbəttə ki, bu müzakirənin gündəliyinə aşağıdakı məsələ daxil deyilsə: Ermənistan-Azərbaycan sərhədində atəşkəs rejiminə riayət etmək üçün beynəlxalq mexanizmlərin yaradılması və 3 + 1 + 1 + 1 +2 formatında müharibənin istisna edilməsinə dair çoxtərəfli müqavilənin heç bir ilkin şərt olmadan imzalanması. ATƏT-in Minsk Qrupunun həmsədrləri, Ermənistan, İran, Dağlıq Qarabağ, Türkiyə və Azərbaycan”.  Diqqət yetirin, bu sıralamada Azərbaycan təsadüfi subyekt kimi, sonuncu yerdə xatırlanır.

Ermənistan Rusiyanı Tovuzdakı təxribatına çəkə bilmədiyi üçün heç cür sakitləşə bilmir. Özünü taleyin ümidinə atılmış və təhqir olunmuş hesab edən Yerevan indi avantürasını leqallaşdırmaq üçün məsələyə  ABŞ-ı cəlb etməyə çalışır. Bu arada, Rusiya və ABŞ, dünyanın əksər ölkələri kimi, Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyırlar, bu səbəbdən Yerevanın bu ölkələri münaqişənin eskalasiyasına cəlb etməsi həqiqətən çətin olacaq.

Paşinyan və onun tərəfdarları bu cür təxribat xarakterli bəyanatlarla birmənalı olaraq yalnız özləri üçün bəzi üstünlüklərə nail olmağa yox,  həm də burada daimi bir gərginlik ocağı yaratmaqla bölgədəki dünya güclərini sıxışdırmağa çalışırlar.

Eyni zamanda, Ermənistanın baş naziri həm Tovuz əməliyyatında, həm də koronavirusla mübarizədə uğursuzluğunu başa düşərək respublika ictimaiyyətinin diqqətini bütün ölkə və şəxsən özü üçün bu təhlükəli faktlardan yayındırmaq istəyir. Onun hakimiyyətindən narazı olan müxalifət bir neçə partiyanı da əhatə edən anti-Paşinyan cəbhəsi formalaşdırır. Odur ki, gah Rusiyaya, gah da Amerikaya doğru dəyişən reveranslar, işğal edilmiş Qarabağa səfərlər və xalqın gözünə kül üfürmək, əslində öz hakimiyyətini qoruyub saxlamaq cəhdindən başqa bir şey deyil.(virtualaz)

Aydın Kərimov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam