Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Beynəlxalq bazarlarda - qiymətli metalların dəyəri artıb

Qızılın qiyməti 6 illik maksimumu yeniləyib

ABŞ-ın hava hücumu nəticəsində iranlı general Qasım Süleymaninin öldürülməsi və gərginliyin artması fonunda investorların “Təhlükəsiz liman” kimi qızıla üstünlük verməsi nəticəsində bu qiymətli metalın dəyəri 6 illik maksimumu yeniləyib.

Yenixeber.org: Beynəlxalq bazarlarda qızılın 1 unsiyasının qiyməti 1,4% artaraq 1 550,43 dollar səviyyəsinə qalxıb.

Məlumata görə, digər qiymətli metallardan platinin qiyməti 1,7% artaraq 1 unsiyası üçün 1 001,40 dollar, gümüşün qiyməti 1% artaraq 18,1977 dollar, palladiumun qiymətində isə cuzi artım qeydə alınıb. Bundan başqa Çin yuanı və ABŞ xəzinə istiqrazlarının da dəyəri artıb.

Qeyd edək ki, qızılın qiməti 2019-cu ildə 18% artıb. Bu ildə qızılın qiymətinin artmasını proqnozlaşdıran “Goldman Sachs Group Inc”, “Citigroup Inc.” və “UBS Group AG” kimi investisiya bankları bu metalın qiymətini 1 unsiyası üçün 1 600 dollar səviyyəsində proqnozlaşdırır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam