Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“AZƏRSUN”un BANKINDA KƏSKİN GERİLƏMƏ -“ASB”-nin aktivləri və mənfəəti niyə azalıb?

1489567257

“Azərsun Holdinq”ə daxil olan “Azərbaycan Sənaye Bankı” ASC-nin (ASB) ötən ilin yekununa aid hesabatları bankın vəziyyətinin heç də yaxşıya doğru dəyişmədiyini göstərir.

Yenixeber.org: Məlumata görə, rəsmi hesabatda yer alan göstəricilər hətta bankın kiçildiyindən xəbər verir.

Belə ki, ASB ötən ili mənfəətlə başa vursa da, 2017-ci ilin yekunları ilə müqayisədə bankın xalis mənfəəti yarım milyon manata yaxın – 411 min manat azalıb. Bank, 2017-ci ili 4 milyon 357 min manat xalis mənfəətlə bağladığıı halda, 2018-ci ili 3 milyon 946 min manat mənfəətlə yekunlaşdırıb. Bu o deməkdir ki, bankın xalis mənfəəti 9,4 faiz azalıb.

Bankın əməliyyat mənfəəti isə 2017-ci illə müqayisədə daha kəskin şəkildə – az qala 4 dəfə (!) azalaraq, 6 milyon 693 min manatdan 1 milyon 791 min manata enib.

Xatırladaq ki, hətta 2016-cı ildə bu göstərici 8 milyon 34 min manat olub. İki il ərzində əməliyyat mənfəətinin az qala 7 milyon manata yaxın azalması əlbəttə ki, bir bank üçün sıradan hadisə deyil. Bu rəqəmlər onu göstərir ki, ildən-ilə bankın xərcləri gəlirlərini daha çox “udmağa” başlayıb.

Azərbaycanın ən böyük özəl şirkətlərindən biri olan “Azərsun Holdinq”ə aid bankın maliyyə vəziyyətinin pisləşməsini ifadə edən göstəricilərdən biri isə ASB-nin cəmi aktivlərinin kəskin şəkildə azalmasıdır.

1357717518-221

2017-ci ilin 31 dekabrına bankın cəmi aktivləri 945 milyon 189 min manat olduğu halda, ötən ilin yekununa görə bu göstərici 822 milyon 311 min manata enib.Ortada 123 milyon manata yaxın fərq var ki, bu da olduqca böyük geriləmə sayıla bilər. Göründüyü kimi, il ərzində bankın aktivləri 13 faizə yaxın azalıb və bu, sözsüz ki, ciddi siqnaldır.

Həmçinin, bankın qeyri-faiz gəlirləri də 2.5 dəfədən çox azalıb. Elə bu nəticə də bankın xərclərinin gəlirlərinə nisbətdə “şişməsinin” göstəricisidir.

ASB-nin verdiyi kreditlərdə də azalma var. 2017-ci ildə bank tərəfindən təxminən 299 milyon manatlıq kredit verildiyi halda, ötən il bu rəqəm 285 milyon 950 min manata enib.

Bütün bu göstəriciləri nəzərə alaraq, deyə bilərik ki, ASB həqiqi mənada kiçilib. Özü də bu proses ötən il ərzində əvvəlki illərə nisbətdə manatın stabilləşməsi və bazardakı digər göstəricilərin yaxşılaşması fonunda baş verib. Hansı ki, normalda bunun əksini ifadə edən proses baş verməli idi.

Bütün bunlar hansı səbəblərdənsə bankın xərclərinin artdığını göstərir. Bu isə mənfəətinin və büdcəyə ödənilən verginin azalması deməkdir.

Xatırladaq ki, “Azərbaycan Sənaye Bankı”nın əsas səhmdarı “Anadolu İnvestment Kompani” MMC-dir.(azpolitika)

Cəlal


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam