Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

44 bankdan 6-sı zərər ilə işləyib

 

banklar

2014-cü ilin noyabr ayının 1-nə olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən 44 bankdan 38-i mənfəətlə, 6-sı zərərlə işləyib.

"Xeberinfo.com": Müqayisə üçün bildirək ki, bu ilin aprelində 11, mayında 10 bank, iyun- avqust aylarında isə 8 bank zərərlə işləyirdi. Sentyabr ayında da 6 bank zərər ilə işləyirdi.

“Marja” Mərkəzi Banka istinadən xəbər verir ki, 2014-cü ilin yanvar-oktyabr ayları ərzində mənfəətlə işləyən banklar üzrə bank sisteminin cəmi xalis mənfəəti 393,63 milyon manat, zərərlə işləyən banklar üzə bank sektorunun xalis zərəri isə 32,26 milyon manat təşkil edib. Nəticədə, bank sisteminin yekun xalis mənfəəti 361,37 milyon manat təşkil edib, bu da 2013-cü ilin eyni dövrü ilə müqayisədə 75,62 milyon manat və ya təxminən 26,5% çoxdur.

TƏKCƏ OKTYABRDA 44 MİLYONDAN ÇOX MƏNFƏƏT GÖTÜRÜBLƏR

Oktyabr ayında mənfəətlə işləyən bankların mənfəəti 45,11 milyon manat, zərərlə işləyən bankların zərəri isə 930 min manat artıb. Nəticədə bank sisteminin yekun xalis mənfəəti təkcə oktyabrda 44,18 milyon manat artıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam