Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Amerikalı professor Azərbaycana gəldi- SƏBƏB

 

 

ABŞ-ın Azərbaycandakı səfirliyinin vasitəsilə Şərqi Karolina Universitetinin eko-turizm üzrə eksperti professor Paige Vireni ölkəmizin ekoturizm sektorunu inkişaf etdirmək üçün Azərbaycana gəlib

 

Yenixeber.org: Səfirlikdən verilən məlumata görə, aprelin 2-8-də nəzərdə tutulan səfəri zamanı o, ABŞ-ın çox milyard dollarlıq ekoturizm sektoru ilə bağlı öz təcrübələrini və biliklərini bölüşmək üçün yerli biznes, dövlət rəsmiləri, tələbə qrupları və turizm idarəçiləri ilə görüşəcək.

P.Virenin səfərində məqsəd Azərbaycanın ekoloji baxımdan göstərdiyi səyləri və ekoturizm üzrə ilkin addımlarını dəstəkləməkdir. Azərbaycanda eko-turizm böyük potensiala malikdir: bu, iqtisadi diversifikasiyanın əsas hissəsi olmaqla regionların yerli əhalisinin, eləcə də təhsilli gənc azərbaycanlıların Azərbaycan iqtisadiyyatına töhfə verməsinə imkan yaradır. Bundan əlavə, eko-turizm ətraf mühitin qorunması, çirklənmənin azaldılmasını və dünyanın təbii ehtiyyatlarının məsuliyyətlə idarə edilməsini təşviq edir.

P.Viren turizm sənayesi üzrə 12 ildən çox olan təcrübəsini bölüşəcək. Onun təcrübə sahəsi istehlakçı davranışı və turizmdir və burada əsas diqqət əyalətlərdə davamlı cəmiyyətə əsaslanan turizm və macəra səyahətinə yönəldilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam