Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Ekspert: "Yerli turizm şirkətləri Novruz bayramında planlı şəkildə fəaliyyət göstərməlidir"

 

"Novruz bayramında Azərbaycana İrandan və ərəb ölkələrindən gələcək turistləri ölkədən məmnun yola salmaq, Azərbaycana gələcəkdə daha çox turist cəlb etmək üçün otellər, restoranlar və digər ictimai iaşə obyektlərinin üzərinə böyük yük düşür. Yerli turizm şirkətləri də bayrama xüsusi hazırlaşmalıdır

 

 

 

    Yenixeber.org:    Bu barədə  açıqlama verən turizm üzrə ekspert və BF şirkətlər qrupunun prezidenti Aydın Əhmədov bildirib. 

Onun sözlərinə görə, mart ayında ölkəyə güclü turist axını Azərbaycanda Novruz bayramının daha möhtəşəm keçirilməsi ilə əlaqədardır: “Bunu nəzərə alaraq turizm şirkətləri özləri üçün necə üstünlük qazanacaqlarını öncədən düşünməli, planlı şəkildə fəaliyyət göstərməlidir. Belə ki, hər bir turizm şirkətində çalışan menecerlər öz iş istiqamətinə uyğun fəaliyyət planı, şirkətin hədəflərinə uyğun fəaliyyət mexanizmləri hazırlamalıdırlar. Yerli otellər, restoranlar və digər ictimai iaşə obyektləri nəqliyyat şirkətləri ilə əməkdaşlıq etməli, müqavilələr bağlamalı və əldə olan resurslara uyğun tur paketlər hazırlanaraq müştərilərə təqdim edilməlidir. Xarici turistlərə viza xidmətindən bələdçi xidmətinə kimi bütün xidmətlər təqdim olunmalıdır. Belə olan halda turistlərin qarşısına daha yüksək xidmətlə çıxmış olarıq. Təbii ki, bu da şirkətə həm uğur, həm də qazanc gətirəcək."

Aydın Əhmədov onu da qeyd edib ki, turizm agentliyinə əsas gəliri daimi müştərilər və onların tanışları gətirir: “Əsas odur ki, istənilən turizm firması özünün müştəri bazasını yaratsın. Daimi müştərilər yığılır, gəlir əldə edilir. Ən əsas nüans isə odur ki, istənilən şirkətin ildən ilə gəlirlərinin artırılması üçün baş menecerin səyləri, peşəkarlığı və əməksevərliyi vacibdir”.

Onun sözlərinə görə, restoran və kafelərə həm gəlir əldə etmək, həm də müştəri cəlb etmək üçün, ilk növbədə, peşəkar kadrlar lazımdır: “Xidmətçisindən tutmuş mətbəxdə çalışan personala qədər bu sahəni dərindən bilən kadrlar olmalıdır. Təəssüf ki, biz bu baxımdan xarici ölkələrdən bir az geridə qalırıq. Çünkü sırf bu sahə üzrə ixtisaslaşmış kadrlarımız çox azdır. Təbii ki, yüksək keyfiyyətli iş ərsəyə gətirmək məqsədini qarşısına qoyan istənilən iş adamı əvvəlcə məcburi şəkildə xaricdə təhsil almış, ixtisaslaşmış kadrlara müraciət edəcək ki, bu da bir qədər maddi cəhətdən çətin olacaq. Yox, əgər az maliyyə ilə sıradan bir sadə kafe işlədəcəksənsə, onun üçün istədiyin nəticəni əldə edə bilməyəcəksən”.

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam