Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

ABŞ-la Azərbaycan arasında ticarət dövriyyəsi açıqlandı

ABŞ-la Azərbaycan arasında ticarət dövriyyəsi açıqlandı

 

 "2017-ci ilin 8 ayı ərzində Azərbaycan və ABŞ arasında ticarət dövriyyəsi 7% artaraq, 416 milyon dollara çatıb"

 

Yenixeber.org: Bunu iqtisadiyyat nazirinin müavini Sahil Babayev Bakıda keçirilən Azərbaycan - ABŞ biznes forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında əlaqələr 25 illik tarixə malikdir: "Bu əlaqələr müxtəlif istiqamətlərdə hər zaman dinamik inkişaf edib. Həm enerji, həm də iqtisadiyyatın digər sahələri çərçivəsində mühüm əməkdaşlıq mövcuddur. İnvestisiya əməkdaşlığımız geniş spektrə malikdir. Bu gün ABŞ-ın Azərbaycana yatırdığı investisiyaların həcmi 13 mlrd. dollara yaxınlaşır. Azərbaycanın da ABŞ-a əhəmiyyətli investisiyaları mövcuddur. Xüsusilə, Azərbaycan Dövlət Neft Fondunun investisiyalarını vurğulamaq lazımdır".

Nazir müavini bildirib ki, bu gün Azərbaycanda 235 ABŞ şirkəti fəaliyyət göstərir: "Bu gün dünyada Azərbaycanın kənd təsərrüfatı məhsullarına böyük tələbat var. Bu istiqamətdə potensialımızı genişləndirə biləcəyik və amerikalı tərəfdaşlarımızı bu işə dəvət edirik".

Azərbaycan - ABŞ biznes forumunda sənaye, kənd təsərrüfatı, turizm, logistika və digər sahələrdən olan 150-dən artıq sahibkar iştirak edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam