Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

RUSİYA İQTİSADİYYATI BÖHRANDAN ÇIXDI- Putinin əlindəki “iqtisadi kartlar” nə dərəcədə güclüdür?

 

putin

Vladimir Putin prezident seçkilərində özünün iştirakını təzəcə elan etdikdən sonra, sanki qasırğa kimi Suriyada peyda oldu və Rusiya qoşunlarının bu ölkədən çəkilməsini elan etdi. Bütün bunların hamısı Rusiyanın Suriya məsələsində nə dərəcədə təşəbbüskar olduğunu göstərərək, Putinin gələcək seçkilərdəki “çəki”sini artırdı.

Yenixeber.org: Amma hər halda prezidentin fikrinə görə, iqtisadi məsələlərin həlli onun “çəki”sini daha çox artıra bilər. Ölkənin daxili iqtisadi və xarici iqtisadi qüdrəti hakimiyyətdə olmanın başlıca əsasıdır. Görəsən Vladimir Putin öz əlində hansı “iqtisadi kartlar”ı tutub?

2012-ci ildə Putin üçncü dəfə prezident olandan sonra Rusiya maliyyə böhranı, Qərb sanksiyaları, rublun devalvasiyası və neftin qiymətinin aşağı düşməsi kimi mümkün olan bütün sınaqlara tab gətirmək məcburiyyətində qaldı. Böhran əleyhinə tədbirlərdən sonra Rusiya iqtisadiyyatı çətinliklərə sinə gərməli oldu. Makroiqtisadi göstəricilərə əsasən, 2017-ci ildə ölkədə sabitləşmə yaşanıb və Rusiya iqtisadiyyatı özünə gəlməyə başlayıb.

“Rosstat”-ın statistik məlumatlarına əsasən, 2017-ci ilin birinci rübünə görə Ümumi Daxili Məhsul 0,5%, ikinci rüb üzrə 2,5%, üçüncü rüb üzrə isə 1,8% təşkil edib.

Dovlət Dumasındakı yığıncaqda çıxış edən Rusiya Federasiyası Mərkəzi Bankının başçısı Elvira Nabiulina 2017-ci ildə iqtisadiyyatın 1,8% böyüməsini bildirib. Lakin İqtisadiyyat Nazirliyinin hesablamasına görə, bu il Rusiyanın iqtisadi böyüməsi 2,3%-ə yaxın olacaq.

1393583129_ekonomika-rossii-rastet

BMT-nin iqtisadi və sosial məsələlər üzrə departamentinin “Dünya iqtisadiyyatının vəziyyəti və 2018-ci ilin perspektivləri” məruzəsi Rusiyanın iqtisadi tənəzzüldən çıxdığını göstərir. Həmin məruzədə deyilir ki, 2018-2019-cu illərdə Rusiya iqtisadiyyatının böyüməsinin, təxminən 1,9% təşkil edəcəyi gözlənilir.

Dünya Bankının iqtisadi inkişafla bağlı məruzəsində isə deyilir ki, növbəti iki ildə Rusiyadakı iqtisadi böyümə davam edəcək və bunun səbəbi ixracın artışı və daxili tələbatın güclənməsi olacaq.

İqtisadiyyatın bərpasının təmini üçün Rusiya Mərkəzi Bankı il ərzində uçot faiz dərəcəsini beş dəfə aşağı salıb. Həm də inflyasiya nisbətən sabit qalıb – 4%. Ekspertlərin hesablamasına görə, 2018-ci ildə inflyasiya 4,4%, 2019-cu ildə isə 3,9 % olacaq. Bundan başqa Rusiyadakı məvaciblərin səviyyəsi, təxminən 3% artıb ki, bu da 2014-cü ildən bu tərəfə olan ən yüksək əməkhaqqı səviyyəsinə gəlinəcəyinə əminlik yaradır.

Putin belə bir uğurdan məmnundur. Müsahibələrinin birində o deyib ki, Rusiya tənəzzüldən çıxıb və dayanıqlı inkişaf və böyümə fazasına qədəm qoyub, ona görə də onun üçün bu il uğurlu sayılır.

Rusiya üçün daha sevindirici hal iqtisadiyyatın bərpasının davam etməsidir. Neftin indiki qiyməti və kütləvi ticarət Rusiya iqtisadiyyatı üçün çox əlverişlidir. Hasilatın azaldılması ilə bağlı OPEK və digər neftçıxaran dövlətlər arasındakı saziş sayəsində 2018-ci ildə neftin qiyməti özünün böyümə meylini saxlayacaq. Bu neft və qazdan asılı olan Rusiya üçün “sakitləşdirici həb” olacaq.

2018-ci ildə Rusiyada futbol üzrə dünya çempionatının keçirilməsinə də xüsusi diqqət etmək lazımdır. Dünya Bankı hesab edir ki, çempionat zamanı rusiyalıların və ölkəyə gələn xaricilərin istehlak tələbi artacaq ki, bu da öz növbəsində oyunları keçirəcək şəhərlərdəki kommersiya fəaliyyətini yüksəldəcək. İlkin hesablamalara görə, bütün ölkələrin futbol həvəskarları Rusiyaya 3 milyard dollar pul gətirəcəklər. Dünya çempionatı yeni iş yerləri yaradacaq və bu isə iqtisadiyyatın bərpasına kömək göstərəcək.

Çox asanlıqla iddia etmək olar ki, 2018-ci ildəki prezident seçkilərində heç bir çəkişmə olmayacaq. İndi əsas məsələ Putinin dördüncü prezidentlik müddətində Rusiyanın nə dərəcədə yenilənəcəyi ilə bağlıdır. Məsələn, enerjidən hədsiz asılılığın öhdəsindən necə gəlmək, mühüm iqtisadi tərəfdaşlarla münasibəti necə inkişaf etdirmək, iqtisadi inkişafın insanların həyatında əks olunmasını necə həyata keçirmək və sairə bu kimi sullara Putin seçkilərdəki qələbəsindən sonra cavab verməli olacaq.

putin

Demək lazımdır ki, Qərbin sanksiyalarından sonra Rusiya hakimiyyəti müəyyən tədbirlər görmək məcburiyyətində qalıb. Həmin tədbirlər iqtisadiyyatdakı ”zəif həlqələrə” inkişaf üçün imkan verdi. Lakin əgər neftin qiyməti qalxmaqda davam edəcəksə, onda bizim qarşımızda belə sual dayanır: Rusiya hökuməti iqtisadiyyatın yenidən qurulması üçün struktur dəyişikliyinə təkan verə biləcəkmi?

Digər tərəfdən isə, Rusiyanın “Şərqə doğru dönüş” siyasətini necə irəliyə aparmasına diqqət yetirmək gərəkdir. Bu siyasətə əsasən, Asiya ölkələri ilə ticarət-iqtisadiyyat münasibətləri dərinləşdiyi bir vaxtda, Qərb ölkələri ilə münasibətlərdə dəyişiklərə necə nail olunmağın yolları axtarılır.

Hələ 2012-ci ildə Putinin üçüncü prezidentlik müddəti başlayanda, o öz qarşısına 2020-ci ilədək Rusiyanı dünyanın ən iri beş iqtisadiyyatından biri etmək kimi ambisiyalı tapşırıq qoymuşdu. Lakin Ukrayna böhranı qızışandan sonra bu hədəfin həyata keçirilməsi təxirə salındı.

Amma bütün bunlara baxmayaraq, məqsədinə çatmaq istəyən prezident Putin Rusiya iqtisadiyyatının necə süründüyünə sakitcə baxa bilməz. Çünki güclü siyasətçi kimi onun möhtəşəm planları var. Rusiya iqtisadiyyatını siyasi gedişlərdə əsas karta çevirmək istəyi onun başlıca fikirlərindən biridir.

(“Çin iqtisadiyyat saytı”-Çin)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam