Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
Günün xəbəri

III MDB Oyunları: Qəbələdə stolüstü tennis və futbol yarışları keçiriləcək

 

Azərbaycanda təşkil olunan III MDB Oyunları çərçivəsində bu gün növbəti yarışlar keçiriləcək.

Yenixeber.org-un məlumatına görə, Qəbələ Olimpiya Kompleksində oğlanlar və qızlardan ibarət stolüstü tennisçilər arasında komanda yarışının final görüşləri, həmçinin fərdi yarışın 1/4 final və yarımfinal görüşləri baş tutacaq.

Bu gün həmçinin 16 yaşadək futbolçular arasında qrup mərhələsinin ilk görüşləri keçiriləcək. A qrupunda yer alan Azərbaycan millisi Tacikistanla üz-üzə gələcək. B qrupunda isə Rusiya və Belarus qarşılaşacaq.

Qeyd edək ki, yarışlar 23 idman növü (kamandan oxatma, badminton, 3x3 basketbol, boks, kanoe, çövkən, qılıncoynatma, futbol U-16, yunan-Roma güləşi, cüdo, karate, bədii gimnastika, avarçəkmə, sambo, güllə atıcılığı, stend atıcılığı, üzgüçülük, stolüstü tennis, taekvondo, batut gimnastikası, voleybol, qadın güləşçi, sərbəst güləş) üzrə 12 məkanda təşkil olunacaq.

III MDB Oyunları Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə təşkil olunacaq. Açılış mərasimi sentyabrın 28-də, bağlanış mərasimi isə oktyabrın 8-də Gəncə şəhər stadionunda baş tutacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam