Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Vladimir Putin Rusiyanı qarşıda çətin günlər gözlədiyini deyir

 

Rusiya prezidenti federal məclis qarşısında növbəti ənənəvi çıxış edib
 
"Xeberinfo.com":  Bu gün Rusiya parlamentinə müraciət edən Prezident Vladimir Putin rusiyalıları qarşıdan gələn çətin günlər barədə xəbərdar edib.
Gələn il ölkənin tənəzzülə uğraya biləcəyi barədə proqnozlardan sonra parlamentə müraciət edən Vladimir Putin iqtisadiyyat və siyasi məsələləri əhatə edən mövzulara toxunub.
Vladimir Putin ötən il ölkənin həyatında baş verən hadisələri sadalayaraq “Krımın Rusiyaya birləşməsini” qeyd edib.
O, yarımadanın Rusiya “xalqına məxsus” olduğunu deyərək Krımın Rusiya üçün “müqəddəs mənaya” malik olduğunu vurğulayıb. O Krımı İsraildəki Məbəd Dağı ilə müqayisə edib.
Rusiya prezidenti nitqində Qərbi tənqid edib. O, deyib ki, Krım olmasa Qərb sanksiyalar tətbiq etmək üçün başqa bir səbəb tapacaqdı.
Rusiya liderinin sözlərinə görə Ukraynanın şərqindəki "faciə" Rusiya siyasətinin düzgün olduğunu təsdiqləyib.
"Çətin zamanlar"
Eyni zamanda Vladimir Putin qardaş adlandırdığı qonşu ölkəyə hörmətlə yanaşacağını deyib.
 
 
İqtisadiyyat haqqında danışan cənab Putin Rusiyanın dünyaya - xarici investisiyalara bə birgə layihələrə açıq olacağını bildirib.
Ancaq o xəbərdar edib ki, Rusiyanı qarşıda "çətin günlər gözləyir və çox şey bizim hər birimizin necə işləməyimizdən asılıdır".
Parlamentin hər iki palatasına müraciət edən Vladimir Putin Qərbi Rusiya ətrafında yeni “dəmir pərdə” salmaq niyyətində ittiham edib.
Putin iqtisadiyyatın xarici investisiya və müştərək layihələr üçün açıq qalacağını vəd edib.
Vladimir Putinin sözlərinə görə Qərbin sanksiyaları stimul kimi qəbul olunmalıdır: "Biz nəhəng daxili bazar, ehtiyatlar və qabiliyyətli əhaliyə malikik”.
Rublun qiyməti enir
Putin çıxış etdiyi bir vaxtda rublun qiyməti ucuzlaşmaqda davam edib.
Ukrayna böhranı ilə bağlı Rusiyaya qarşı tətbiq edilən Qərb sanksiyaları və neft qiymətlərinin aşağı düşməsi enerjidaşıyıcıları ixracından daha çox asılı olan Rusiya iqtisadiyyatına öz təsirini göstərməkdədir.
Rusiya Maliyyə Nazirliyinə əsasən, neftin 30 faiz ucuzlaşması və sanksiyalar 140 milyard dollar dəyərində iqtisadi itkilərə səbəb ola bilər.
Ötən ildən bəri Rusiya rublu dollara nisbətdə dəyərinin 40 faizini itirib. 2015-ci ildə inflasiyanın 10 faizə çatacağı proqnoz edilir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam