Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Rusiyada prezident seçkiləri - 2018:“Putin-Medvedyev” tandemi davam edəcəkmi?

Rusiyada prezident seçkiləri - 2018:

 

Rusiya prezidenti Vladimir Putinin 2018-ci il prezident seçkilərinə qatılıb-qatılmayacağı uzun müddət sirr olaraq qalırdı. Belə bir görüntünün yaranmasına o özü səbəb olmuşdu. Jurnalistlər dəfələrlə bu suala cavab almağa cəhd etsələr də, Putin müxtəlif yollarla cavabdan yayınmışdı. Ona görə də ilk baxışdan birmənalı fikir söyləmək çətin idi. Əslində, Putinin öz namizədliyini irəli sürməsi proqnozlaşdırılan məsələ idi. Belə ki, onun növbəti dəfə prezident seçilməyə həm hüququ, həm şansı var. Eyni zamanda, başladığı islahatları yekunlaşdırmaq üçün onun öz namizədliyini irəli sürmək imkanı daha genişdir

 

Yenixeber.org: Bu barədə politoloq Elman Nəsirov Vladimir Putinin 2018-ci il prezident seçkilərinə qatılacağı ilə bağlı bəyanatını şərh edərkən bildirib.

"Ötən həftə Putin “Xalqın etimadı olacağı təqdirdə, öz namizədliyini irəli sürəcəyini” bildirmişdi. Bu isə xalqın etimadından çox, onun özünün istəməsi deməkdir. Bugünkü böyük konfransda Putinin 2018-ci il prezident seçkilərinə qatılması ilə bağlı daha konkret, dolğun məlumat verəcəyi gözlənilir. Hesab edirəm ki, Vladimir Putinin bu prezident seçkilərində də “Vahid Rusiya” partiyasından namizədliyi irəli sürüləcək”, - deyə E.Nəsirov qeyd edib.

Politoloqun proqnozuna əsasən, Vladimir Putin hakimiyyətdə qalacağı təqdirdə, Rusiyanın Azərbaycanla bağlı siyasətində ciddi dəyişikliklərin baş verəcəyini gözləmək düzgün deyil. 

“Putinin region siyasətini, Azərbaycanla bağlı addımlarını praqmatik adlandırmaq olar. Baxmayaraq ki, bir çox məsələlərdə ciddi narazılıqlar var, bütövlükdə Putin balansı qorumaq siyasətini həyata keçirə bilir. Hesab edirəm ki, Rusiya liderinin növbəti prezidentliyi illərində, yəni növbəti 6 il ərzində onun regionla, Azərbaycanla bağlı siyasətində köklü dəyişikliklər müşahidə olunmayacaq”, - deyə siyasi şərhçi vurğulayıb.

Politoloq “Rusiyada 2018-ci il prezident seçkilərindən sonra hökumətdə nə kimi konfiqurasiyalar gözlənilir?” sualına cavab olaraq bildirib ki, bu suala da birmənalı cavab vermək çətindir.

“Rusiya mətbuatında son zamanlar Dmitri Medvedyevin növbəti prezident seçkilərindən sonra baş nazir postunu tutacağı ilə bağlı fikirlər səslənir. Lakin bu suala birmənalı cavab vermək çətindir. Bilirik ki, Putin və Medvedyevin birgə fəaliyyəti nəticəsində bu gün də “Vahid Rusiya” partiyası hakimiyyəti qoruyub-saxlayır. Zənnimcə, etibarlılıq baxımından Medvedyev Putin üçün qiymətli, sınanmış kadrdır. Böyük ehtimalla, Medvedyevin qalmaq şansı var. 

Lakin siyasətdə istənilən reallıqlar yeni konfiqurasiya vəziyyətləri yarada bilir. Belə ki, son illərlə müqayisədə, xüsusən də Qərbin sanksiyaları fonunda Rusiya iqtisadiyyatına bu il ciddi zərbələr dəyib. Əhalinin maddi durumu xeyli aşağı düşüb. Buna görə də əsas məsuliyyət iqtisadi məsələlərlə məşğul olan hökumətin üzərinə düşür. Yəni əhalinin sosial durumu aşağı düşdükcə, hökumətə etimad da azalır. Bu nöqteyi-nəzərdən, Medvedyevin Qərbin sanksiyaları fonunda çevik siyasət həyata keçirməməkdə ittiham olunaraq, vəzifədən uzaqlaşdırılması, Rusiya hökumətinə yeni rəhbər təyin olunması istisna deyil”, - deyə E.Nəsirov qeyd edib. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam