Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Moldovada seçki günüdür...

Moldova seçim qarşısında

Bu gün Moldovada parlament seçkiləri keçirilir

Yenixeber.org: Sentyabrın 28-də Moldovada parlamentin XII çağırışına seçkilər başlayıb.

Seçicilər 101 deputatı dörd il müddətinə seçəcəklər. Səsvermə məntəqələri yerli vaxtla 07:00-dan 21:00-dək (Bakı vaxtı ilə 08:00-dan 22:00-dək) açıq olacaq.

Seçkilərin etibarlı sayılması üçün seçici siyahısına daxil olanların azı üçdə biri iştirak etməlidir.

Vətəndaşlar yalnız ölkə daxilində deyil, xaricdə yaradılan məntəqələrdə səs verə bilirlər. İlk dəfə olaraq, diaspora seçicilərinə 10 ölkədə poçtla səsvermə imkanı verilib.

Ümumilikdə seçkilərdə 23 iştirakçı qeydə alınıb: 15 siyasi partiya, 4 seçki bloku və 4 müstəqil namizəd. Parlamentə düşmək üçün partiyalar 5%, bloklar 7%, müstəqil namizədlər isə 2% səs baryerini keçməlidirlər.

Seçkilərin əsas rəqabəti hakim “Fəaliyyət və Həmrəylik Partiyası” (PAS) ilə müxalif “Patriot Bloku” arasında gedir. PAS-ın əsas vədi 2028-ci ildə Avropa İttifaqına üzvlük müqaviləsinin imzalanmasıdır. Partiya həmçinin əhalinin gəlirlərinin ikiqat artırılmasını, ixracın və yol infrastrukturunun genişləndirilməsini vəd edir.

“Patriot Bloku” isə qaz tariflərinin yarıbayarı azaldılacağı, bütün məktəblilərə pulsuz qida təmin ediləcəyi və pensiya yaşının yenidən 57 ilə qaytarılacağı ilə çıxış edir. Blokun aparıcı simaları İqor Dodon, Vladimir Voronin və Vasili Tarlevdir. Onlar seçkilərdən sonra nəticədən asılı olmayaraq etiraz aksiyaları keçirəcəklərini açıqlayıblar.

Ekspertlər proqnoz verirlər ki, PAS təxminən 40% səs toplasa belə, parlamentdə çoxluq əldə edə bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam